XƏBƏRLƏR
Çap et
1626
UNİCEF-lə işgüzar əməkdaşlıq bundan sonra da uğurla davam etdiriləcəkdir
Mətbuat xidmətinin məlumatı
10 İyun, 2014
Azərbaycan Respublikası Baş nazirinin müavini, Dövlətqaçqınkomun sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov ölkəmizdəki fəaliyyət müddəti başa çatmaqda olan BMT-nin «Uşaq Fondu» (UNİCEF) beynəlxalq humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevardla görüşmüşdür.
Görüşdə Baş nazirin müavini Əli Həsənov UNİCEF-in ölkəmizdə fəaliyyətə başladığı vaxtdan, xüsusilə son beş ildə bu beynəlxalq qurumun Azərbaycandakı nümayəndəliyinin rəhbəri kimi Mark Herevardın təmsil etdiyi qurumla Azərbaycanın birgə fəaliyyətini, yaradılan işgüzar əməkdaşlığı yüksək qiymətləndirərək qeyd etmişdir ki, UNİCEF xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin salınmış qaçqın və məcburi köçkün uşaqların hüquqlarının müdafiəsi, sağlamlıqlarının qorunması, təhsil problemlərinin həlli istiqamətində müvafiq proqramlar həyata keçirmişdir.
Qeyd olunmuşdur ki, nümayəndəliyin ilk proqramları humanitar ehtiyacları və milli prioritetləri əhatə etsə də sonralar bu, müxtəlif illəri əhatə edən Ölkə Proqramları ilə əvəz edilmiş, Azərbaycan Respublikasının uşaqlarla bağlı dövlət siyasətinin, xüsusilə qaçqın və məcburi köçkün uşaqların sosial-müdafiə hüquqlarının təminatı sisteminin güclənməsinə öz töhfələrini vermişdir.
Dövlətimizin daxili siyasətində uşaq problemlərinin mühüm yer tutduğu bildirilən görüşdə vurğulanmışdır ki, Azərbaycan bir sıra beynəlxalq təşkilatların, o cümlədən UNİCEF-in yaxın tərəfdaşıdır. Bu əməkdaşlıq ölkədə uşaqların inkişafı ilə bağlı mühüm layihələrin həyata keçirilməsinə və təcrübə mübadilələrinin aparılmasına təkan verir. UNİCEF-lə işgüzar əməkdaşlıq uşaqların inkişafına dəyərli töhfələr verməklə yanaşı, onların maraqlarının təmin olunmasına yönəlmişdir.
Rəhbərlik etdiyi qurumun fəaliyyətinin müsbət qiymətləndirildiyinə, UNİCEF tərəfindən həyata keçirilən layihələrə verilən dəstəyə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirən qonaq Azərbaycanın uşaq hüquqlarının müdafiəsi sahəsində bir çox uğurlara imza atdığını demişdir. O, ötən müddətdə Azərbaycanla əməkdaşlığın uşaq hüquqlarının müdafiəsində birgə və səmərəli səylər göstərilməsini yaxşı nümunə kimi dəyərləndirmiş və bu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirmişdir.
Sonda Baş nazirin müavini Əli Həsənov Mark Herevarda Azərbaycanda səmərəli fəaliyyətinə görə təşəkkürünü bildirmiş və Afrika ölkəsinin regional nümayəndəliyinə direktor müavini təyin olunması münasibətilə onu təbrik etmiş, gələcək fəaliyyətində uğurlar diləmişdir.
Görüşdə UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Rəşid Mustafa iştirak etmişdir.
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd kəndinə çatıb
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə çatıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dünya əhəmiyyətli tarixi abidə – Xudavəng monastrı
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
23 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhəri, Qırmızı Bazar qəsəbəsi və Badara kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb









