"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1215
Çaloka Beyani: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin vaxtı çoxdan çatmışdır
Mətbuat xidmətinin məlumatı 24 May, 2014
Azərbaycanda qaçqın və məcburi köçkünlərlə görüşlərim zamanı onların hamısı bir ağızdan doğma yurd-yuvalarına qayıtmaq arzularını dilə gətirdilər. Düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin vaxtı çoxdan gəlib çatmışdır. Bu, beynəlxalq ictimaiyyətdən də müəyyən səylər göstərilməsini tələb edir. Bu sözləri BMT-nin İnsan Hüquqları Şurasının məcburi köçkünlərin hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani mayın 23-də Bakıda keçirdiyi mətbuat konfransında demişdir. Ç.Beyani səfəri zamanı qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları ərazilərə baş çəkdiyini, Azərbaycan hökumətinin məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı gördüyü işlərin şahidi olduğunu vurğulamışdır. Səfər çərçivəsində dövlət və hökumət rəsmiləri, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşdüyünü diqqətə çatdıran BMT-nin xüsusi məruzəçisi demişdir: “Münaqişənin tarixi bəllidir. Səfərdən sonra BMT Təhlükəsizlik Şurasının üzvləri ilə qeyri-rəsmi görüş keçirəcəyəm və hazırladığım hesabatda bütün məsələlər öz əksini tapacaqdır. Əsas diqqət diplomatik dialoqa yönəlməlidir. Dünyada sülhə maraqlı olan təşkilatlar da regionda sabitliyə töhfə verməyə cəlb olunmalıdır. Azərbaycanda insanların səmimi münasibəti məndə xoş təəssüratlar yaratdı. İstərdim ki, bu insanların üzərində məcburi köçkünlük yükü qalmasın”. Qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması ilə bağlı beynəlxalq sənədlərdə boşluqların olduğunu söyləyən Ç.Beyani fəaliyyəti müddətində bu çatışmazlıqların aradan qaldırılmasına çalışacağını vurğulamışdır. Mətbuat konfransında iştirak edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov BMT-nin qaçqın və məcburi köçkünlərin hüquqları üzrə xüsusi məruzəçilərinin ölkəmizə dəfələrlə səfər etdiklərini, onların hazırladıqları hesabatların hələ heç bir nəticə vermədiyini söyləmişdir. Əli Həsənov gec-tez bu hesabatların, bəyanatların öz təsirini göstərəcəyini vurğulamışdır. Baş nazirin müavini bu günlərdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistana səfəri zamanı ABŞ-dan olan həmsədrin Madrid prinsiplərinin tətbiq olunması ilə bağlı fikir bildirdikdə 200 nəfərdən ibarət insanın hücumuna məruz qaldığını və qarşılıqlı etimad məsələsinin hər zaman Ermənistan tərəfindən pozulduğunu diqqətə çatdırmışdır. Əli Həsənov demişdir: “Prezident İlham Əliyevin “Azərbaycan bir qarış da torpağını Ermənistana güzəştə getməyəcək” fikri Azərbaycan xalqının da birmənalı mövqeyidir. Ermənistan tərəfinin bunu tez başa düşməsi və konstruktiv mövqeyə gəlməsi onun xeyrinədir. Hələ ki, uduzan yalnız onlardır. Biz istəyirik ki, hər bir beynəlxalq təşkilat münaqişənin həll olunmasına obyektiv, ədalətli yanaşsın. BMT-dən isə istəyimiz və tələbimiz odur ki, qəbul etdiyi qətnamələri icra etsin. ATƏT-in Minsk qrupunun həmsədrləri də bir məsələyə aydınlıq gətirsinlər: Nə üçün onlar Ermənistanda qaçqınlarla görüşür, onların həyat şəraiti ilə tanış olurlar, amma Azərbaycanda bunu etmirlər?”. Əli Həsənov BMT-nin xüsusi məruzəçisi Çaloka Beyaninin regiona səfəri ilə bağlı hesabatında hər bir reallığın doğru əks olunacağına ümid etdiyini bildirmişdir.
02 İyul, 2025 / Mətbuat xidmətinin məlumatı Cəbrayıla qayıdış: yeni başlanğıclar...
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Qayıdış davam edir – onlar doğma yurdlarını yenidən dirçəldir
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
25 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilərin keçirilməsi ilə əlaqədar Elan
25 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Yeni günə oyanan Ağalı...
24 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
24 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə və Ağdam rayonunlarına növbəti köç yola salındı
23 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması ilə bağlı iclas keçirilib
23 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib
21 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşlarını təltif edib
21 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Qarabağ — Azərbaycanın dilbər guşəsi, musiqimizin beşiyi
19 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Laçında yeni səhər, yeni həyat...
18 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
18 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
17 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı 27 ölkənin diplomatına Böyük Qayıdış prosesi haqqında məlumat verilib
14 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Şirvanda keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərilib
11 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Doğma yurda qayıdışın ilk ünvanı – Ağalı kəndi...
04 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Azad, abad Ağalı kəndimiz...
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı “Qarabağda gələcək” adlı sərgi və satış-yarmarka təşkil edilib