Vətəndaş cəmiyyəti institutlarının diqqətinə çatdırılır ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilər Dövlət Komitəsinin inzibati binasında keçiriləcək.
Səsvermədə iştirak edəcək təşkilat təmsilçilərindən səsvermə bülletenlərini alarkən şəxsiyyət vəsiqələrini təqdim etməsi xahiş olunur.
Bildiririk ki, İctimai şura üzvlüyünə aşağıdakı vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinın namizədliyi qeydə alınıb:
Ağdərə rayonundan məcburi köçkünlərin təşəbbüs qrupunun namizədi, Azərbaycan Dillər Universitetinin müəllimi – Qorxmaz Mustafayev
“Bələdiyyələrin Fəaliyyətinin Təbliği” İctimai Birliyinin üzvü – Asəf Mikayılov
Cəbrayıl rayonu Qarabağ müharibəsi veteranlarının təşəbbüs qrupundan namizəd – Səbuhi Hüseynov
“Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyinin sədri – Bəsti Nəsibova
Xankəndi şəhəri məcburi köçkünlərin təşəbbüs qrupu tərəfindən namizəd, hüquqşünas - Səbuhi Səmədov
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri təşəbbüs qrupundan namizəd - Kənan Babayev
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri təşəbbüs qrupundan namizəd - Mahir Məmmədov
Qarabağ müharibəsi veteranlarının təşəbbüs qrupundan namizəd – Babək Aslanov
Qərbi Azərbaycan icmasının təşəbbüs qrupundan namizəd - Rufik İsmayılov
"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri - Hafiz Səfixanov
Odlar Yurdu İctimai Birliyinin sədri – Həcər Əkbərova
Regional Gender Mərkəzi İctimai Birliyinin sədri - Şərqiyyə Dadaşova
“Report” İnformasiya Agentliyinin redaktoru – İmdad Əlizadə
“Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri – Anar Xəlilov
“Türküstan” Media Qrupunun rəhbəri – Aqil Camal
"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi - Fəridə Cabbarova









