"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 401
Şirvanda keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərilib
Mətbuat xidmətinin məlumatı 14 İyun, 2025

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (VK) birgə təşkilatçılığı ilə Şirvan şəhərində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yaşayış kompleksində “Konstitusiya və Suverenlik İli” və “İnsan Hüquqları Aylığı” çərçivəsində “Yurdumuza Qayıdırıq” adlı hüquqi maarifləndirmə tədbiri keçirilib. Dövlət Komitəsinin Hüquq və kadrlar şöbəsi müdirinin müavini Mirhüseyn Hüseynov bildirib ki, tədbirin məqsədi keçmiş məcburi köçkünlərin hüquqi biliklərinin artırılması və işğaldan azad edilmiş ərazilərə könüllü və təhlükəsiz qayıdışla bağlı maarifləndirmənin təmin olunmasıdır. Tədbir zamanı iştirakçılara dövlət tərəfindən təqdim edilən güzəştlər və sosial imtiyazlar, sosial müdafiə tədbirlərinin hüquqi əsasları və başaçatma müddətləri, hüquqi müddətlərin hesablanması, onların qanunvericiliyə uyğunluğu və digər aktual hüquqi məsələlər barədə ətraflı məlumat verilib. Şirvan regional vəkil bürosunun rəhbəri Ruslan Mirzəyev qeyd edib ki, belə ödənişsiz hüquqi yardımlar şəhid ailələri və qazilər üçün də mütəmadi olaraq təşkil olunur. O, eyni zamanda, keçmiş məcburi köçkünlərin hüquqi maarifləndirilməsinə yönəlmiş bu təşəbbüsə çox sayda vəkilin könüllü şəkildə qoşulmasını yüksək qiymətləndirib. Tədbir çərçivəsində 80-dən çox keçmiş məcburi köçkünə ödənişsiz hüquqi yardım göstərilib, onların sualları cavablandırılıb. Məcburi köçkünlərin hüquqi biliklərinin artırılmasına yönələn hüquqi maarifləndirmə tədbirləri respublikanın digər bölgələrində də təşkil ediləcəkdir. 

 

 

 

 

 

 

21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdərə və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Doğma yurdda xoşbəxt uşaqlıq
10 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
09 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Gözün aydın, ay Laçın…
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Kəlbəcər şəhərinə yola salınan köç ünvana çatıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Zabux: kənd də şəhər kimidir...
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xanabad kəndinə çatıb