XƏBƏRLƏR
Çap et
1285
Məcburi köçkünlərin problemlərinin həlli hazırda daha böyük əhəmiyyət kəsb edir
Mətbuat xidmətinin məlumatı
22 May, 2014

Ölkəmizdə səfərdə olan BMT-nin məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani mayın 22-də Abşeron rayonunun Masazır qəsəbəsində köçkün ailəsi üçün salınmış məhəllə ilə tanış olmuşdur.
Qonağa 760 məcburi köçkün ailəsi üçün nəzərdə tutulmuş məhəllədə yaradılmış şərait barədə məlumat verilmişdir. Bildirilmişdir ki, burada Zəngilan Rayon İcra Hakimiyyəti üçün inzibati bina, məktəb, 280 yerlik uşaq bağçası, klub-icma mərkəzi, tibb məntəqəsi və s. inşa edilmişdir.
Əvvəlcə qonaq məhəllədəki 33 nömrəli orta məktəbdə şagirdlərin təhsil almaları üçün yaradılmış şəraitlə maraqlanmışdır. Qeyd edilmişdir ki, 540 şagird yerlik məktəbdə yüksək təhsil üçün hər cür şərait yaradılmışdır.
BMT nümayəndəsi məktəbin kompyuter otağına baxmış, tədris prosesi və məktəbin ikinci mərtəbəsində təşkil edilən Zəngilan rayonunun Tarix-Diyarşünaslıq Muzeyinin eksponatları ilə tanış olmuş, muzeyin xatirə kitabına ürək sözlərini yazmışdır.
Sonra qonaq məhəllədə tikilmiş 280 yerlik uşaq bağçası ilə də tanış olmuşdur. Məlumat verilmişdir ki, bağça balacaların təlim-tərbiyəsi üçün zəruri avadanlıqla təchiz edilmişdir.
Çaloka Beyani Zəngilan rayonundan məcburi köçkün Piriyev Elnurun mənzilində yaradılmış şəraitlə tanış olmuşdur. Ev sahibi məhəllədə məcburi köçkünlər üçün yaradılmış yüksək şəraitdən danışmış, ən böyük arzularının doğma yurdlarına qayıtmaq olduğunu diqqətə çatdırmışdır.
Zəngilan Rayon İcra Hakimiyyətinin inzibati binasına gələn qonaq burada iş otaqları ilə tanış olmuşdur. Bildirilmişdir ki, binada işçilərin rahat fəaliyyəti üçün hər cür şərait vardır.
Sonra BMT rəsmisi rayon icra hakimiyyətinin başçısı Ramiz Həsənov ilə görüşmüşdür.
Görüşdə qonağa məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər barədə məlumat verilmişdir. Bildirilmişdir ki, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması hər zaman Azərbaycan dövlətinin diqqət mərkəzindədir.
Çaloka Beyani Binəqədi rayonu ərazisindəki Bakı İdarəetmə və Texnologiya Kollecinin 1 nömrəli yataqxanasında da olmuşdur.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov qonağa məlumat vermişdir ki, Azərbaycanın tarixi torpaqlarına ermənilərin təcavüzü nəticəsində doğma yurdlarında didərgin düşmüş insanlar müxtəlif tipli binalarda - uşaq bağçalarında, inşası yarımçıq qalmış tikililərdə, sanatoriyalarda, yataqxanalarda müvəqqəti məskunlaşmışlar. Bakıda 262 yataqxanada 15 min ailə - 70 minə yaxın insan ağır şəraitdə yaşayır.
Sonra qonaq yataqxanadakı şəraitlə tanış olmuşdur. Məlumat verilmişdir ki, yataqxanada 160 məcburi köçkün ailəsi məskunlaşmışdır. Füzuli rayonundan məcburi köçkün Abbas Əliyevin ailəsində olan Çaloka Beyaninin diqqətinə çatdırılmışdır ki, 16 kvadratmetrlik otaqda 5 nəfər yaşayır. Ev sahibi vurğulamışdır ki, yeganə arzumuz doğma torpaqlarımıza qayıtmaqdır. Ermənilərlə də dinc yanaşı yaşamağa hazırıq.
Təəssüratlarını bölüşən BMT-nin xüsusi məruzəçisi Çaloka Beyani demişdir: “Belə ağır şəraitdə yaşayan məcburi köçkünlərin problemlərinin həlli hazırda daha böyük əhəmiyyət kəsb edir. İyirmi ildən artıqdır ki, belə ağır şəraitdə yaşayan insanların hamısı tezliklə doğma torpaqlarına qayıtmaq istəyirlər. Məcburi köçkünlər üçün salınmış yeni qəsəbələr onların lazımlı həyat şəraiti ilə təmin olunması baxımından çox yaxşıdır”.
02 İyul, 2025 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıla qayıdış: yeni başlanğıclar...
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Qayıdış davam edir – onlar doğma yurdlarını yenidən dirçəldir
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
25 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilərin keçirilməsi ilə əlaqədar Elan
25 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Yeni günə oyanan Ağalı...
24 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
24 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdərə və Ağdam rayonunlarına növbəti köç yola salındı
23 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması ilə bağlı iclas keçirilib
23 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib
21 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşlarını təltif edib
21 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Qarabağ — Azərbaycanın dilbər guşəsi, musiqimizin beşiyi
19 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Laçında yeni səhər, yeni həyat...
18 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
18 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
17 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
27 ölkənin diplomatına Böyük Qayıdış prosesi haqqında məlumat verilib
14 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Şirvanda keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərilib
11 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Doğma yurda qayıdışın ilk ünvanı – Ağalı kəndi...
04 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Azad, abad Ağalı kəndimiz...
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
“Qarabağda gələcək” adlı sərgi və satış-yarmarka təşkil edilib