XƏBƏRLƏR
Çap et
1588
BMT-nin məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi Ağdamda olmuşdur
Mətbuat xidmətinin məlumatı
22 May, 2014
Mayın 20-də BMT-nin məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani Ağdam rayonuna gəlmişdir.
Əvvəlcə qonaqlar rayonun Quzanlı qəsəbəsi yaxınlığında, yol kənarındakı çiy kərpicdən tikilmiş evlərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin vəziyyəti ilə tanış olmuşlar. Qonağa məlumat verilmişdir ki, 180 mindən çox əhalisi olan Ağdam rayonu 1993-cü ildə işğal olunmuşdur. Bu gün 143 min ağdamlı məcburi köçkün həyatı yaşayır. Ağdamda məcburi köçkünlər üçün 18 qəsəbə tikilib istifadəyə verilmişdir.
Ağdam rayonundan məcburi köçkün Aslan Rüstəmovun evinə gələn qonaqlar ailənin yaşayış şəraiti ilə tanış olmuşlar.
İyirmi ildən artıqdır ki, bu cür çətin şəraitdə yaşadıqlarını deyən A.Rüstəmov Azərbaycanın 20 faiz torpağını işğal altında saxlayan erməni təcavüzkarlarına hələ də dünya ictimaiyyəti tərəfindən heç bir təzyiqin olunmamasının narahatlıq doğurduğunu diqqətə çatdırmışdır.
A.Rüstəmov məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması üçün Azərbaycan hökuməti tərəfindən göstərilən diqqət və qayğıdan danışmış, ən böyük arzularının öz evlərinə qayıtmaq olduğunu vurğulamışdır. O, Ermənistanın işğalçılıq siyasətini davam etdirməsindən, beynəlxalq hüququn tələblərinə məhəl qoymamasından narahatlığını bildirmişdir.
Sonra Çaloka Beyani 2010-cu ilin noyabrında Quzanlı qəsəbəsi ərazisində məcburi köçkünlərin istifadəsinə verilmiş yeni qəsəbəyə gəlmişdir. Qonağa qəsəbə barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, 689 məcburi köçkün ailəsi üçün nəzərdə tutulmuş qəsəbə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında bu qəbildən olan insanların məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə salınmışdır.
Qəsəbədəki 18 nömrəli məktəbə gələn qonaq burada şagirdlərin təhsil almaları üçün yaradılmış şəraitlə maraqlanmışdır. Məlumat verilmişdir ki, 480 şagird yerlik məktəbdə yüksək təhsil üçün hər cür şərait yaradılmışdır. Qonaqlar məktəbin sinif və kompyuter otaqlarına baxmış, tədris prosesi ilə tanış olmuşlar.
Qonaqlar Qarabağ müharibəsi əlili Fəxrəddin Rəhimovun evinə də baş çəkmişlər.
Sonda BMT rəsmisi Ağdam musiqi kollecində olmuş və burada uşaq xor dərnəyinin ifasını dinləmişdir.
Səfərlə bağlı təəssüratlarını bölüşən Çaloka Beyani demişdir: “Mənim burada gördüyüm insanlar çox çətin şəraitdə yaşayırlar. Artıq iyirmi ildən artıqdır ki, bu insanlar bu cür ağır şəraitdə yaşayırlar. Onların övladları, nəvələri də bu cür şəraitdə böyüyürlər. Mən onlar üçün yeni qəsəbələrin tikilməsi təşəbbüsünü alqışlayıram. Bütün bunlara baxmayaraq, onların ən böyük arzusu öz doğma torpaqlarına qayıtmaqdır. Çox ümid edirik ki, bu məsələ yaxın zamanlarda öz həllini tapacaq və məcburi köçkünlər doğma torpaqlarına qayıdacaqlar”.
Qonaqlar Ağdam, Bərdə və Yevlaxda məcburi köçkünlər üçün salınmış qəsəbələri helikopterdən seyr etmişlər.
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd kəndinə çatıb
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə çatıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dünya əhəmiyyətli tarixi abidə – Xudavəng monastrı
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
23 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhəri, Qırmızı Bazar qəsəbəsi və Badara kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb









