XƏBƏRLƏR
Çap et
1423
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilmişdir
Mətbuat xidmətinin məlumatı
16 May, 2014
Mayın 15-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş vətəndaşların qəbulu keçirilmiş, onların müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilmiş, ərizə və şikayətlərinə baxılmışdır.
Məcburi köçkünləri Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov qəbul etmişdir.
Əli Həsənov müraciətləri diqqətlə dinləmiş, vətəndaşların bir sıra müraciətləri yerindəcə həll edilmiş, digər məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi üçün qeydiyyata alınmışdır.
Qəbulda, ümumilikdə 450-dən çox vətəndaş iştirak etmişdir. Hər ayın 15-də keçirilən qəbulda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyi, komitənin Bakı rayonları üzrə nümayəndələri və ərazisi işğal olunmuş rayonların icra hakimiyyəti başçlılarının müavinləri iştirak edirlər. Vətəndaşların qəbulu ilə bağlı məlumatlar Komitənin rəsmi internet səhifəsində yerləşdirilir.
Qəbulda iştirak edən qaçqın və məcburi köçkünlər onlara göstərilən həssas münasibətdən də razılıqlarını bildirmişlər, eyni zamanda, bəzi vətəndaşlarımızın səbirsizliyinin yaratdığı narahatlıqları da dilə gətirmişlər.
Cəbrayıl rayonundan məcburi köçkün Qafar Vəliyev demişdir: “Qəbula gəlmişdim problemim yerindəcə həll olundu. Dövlətimizin başçısı İlham Əliyev biz məcburi köçkünlərə hər cür diqqət və qayğı göstərir. Prezidentimizdən çox razıyıq”.
Laçın rayonundan məcburi köçkün Çiçək Məmmədova isə bildirmişdir: “Bu gün qəbulda problemimizə yüksək səviyyədə yanaşıldı və həll olunması barədə tapşırıq verildi.
Prezidentimiz İlham Əliyev hər zaman biz məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərir. Buna görə Prezidentimizə dərin minnətdarlığımızı bildiririk. Bu gün burada hər şey çox gözəl təşkil olunmuşdur”.
Məlum olduğu kimi, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşən soydaşlarımızın problemlərini ölkənin bir nömrəli problemi elan etmişdir və bu istiqamətdə ardıcıl olaraq tədbirlər həyata keçirilir. İndiyədək qaçqın və məcburi köçkünlər üçün Bakıda və ölkəmizin ayrı-ayrı bölgələrində bütün sosial-texniki infrastruktura malik 82 müasir qəsəbə salınmış, 180 mindən çox qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Prezident İlham Əliyev bu qəbildən olan insanlara kifayət qədər diqqət və qayğı göstərir. Qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər bu gündə davam etdirilir, bu problem mərhələli şəkildə həll olunur.
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd kəndinə çatıb
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə çatıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dünya əhəmiyyətli tarixi abidə – Xudavəng monastrı
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
23 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhəri, Qırmızı Bazar qəsəbəsi və Badara kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb









