"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1455
Küveyt dövləti məcburi köçkünlərin tezliklə doğma ocaqlarına qayıtmasında maraqlıdır
Mətbuat xidmətinin məlumatı 08 May, 2014
8 may 2014-cü il tarixdə Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov ölkəmizdə səfərdə olan Küveyt Dövləti Vəqflər və İslam İşləri nazirinin müavini, Beynəlxalq İslam Xeyriyyə Təşkilatı «Asiya Müsəlmanları Komitəsi» Direktorlar Şurasının sədri Adel Abdullah əl-Fəlahini qəbul etmişdir. Görüşdə əsasən qonağın təmsil etdiyi təşkilatın Azərbaycandakı nümayəndəliyinin ölkəmizdəki qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı indiyədək həyata keçirilən və keçirilməsi nəzərdə tutulan tədbirlərin müzakirəsi zamanı cənab Adel Abdullah əl-Fəlahi ilə əvvəlki görüşlərini, həmçinin onun rəhbərliyi altında həyata keçirilən humanitar laiyhələrə və xeyriyyəçilik tədbirlərinə görə dövlətimizin başçısı tərəfindən hələ 2010-cu ildə «Dostluq ordeni» ilə təltif olunmasını minnətdarlıqla xatırladan Baş nazirin müavini Ə.Həsənov bütün bunları ölkələrimiz arasındakı əməkdaşlığın yüksək səviyyədə olması, həmçinin qonağın xoşməramlı fəaliyyəti ilə əlaqələndirmişdir. Bu gün Azərbaycan xalqı üçün müqəddəs olan bir məkanın - Azərbaycanın incisi, Şərqin konservatoriyası, dünya musiqi mədəniyyətinə görkəmli korifeylər bəxş edən Şuşanın işğal günü olduğunu təəssüflə vurğulayan Əli Həsənov qeyd etmişdir ki, Ermənistanın havadarlarının köməyi və tövsiyyəsi ilə sərgilədiyi qeyri-konstruktiv mövqe, 20 ildən çoxdur ki, münaqişənin həllində vasitəçilik missiyası ilə məşğul olan ATƏT-in Minsk qrupunun konkret bir nəticəyə nail olmaması, dünyada baş alıb gedən ədalətsizlik, aparıcı dövlətlərin daha çox regiondakı maraqlarını qorumaları nəticəsində münaqişə bu gün də həll olunmamış qalmaqdadır. Bu gün ölkəmizin Prezidenti İlham Əliyevin rəhbərliyi altında dünyanın ən qabaqcıl ölkələrindən birinə çevrildiyini, ölkəmizin gündən-günə inkişaf etdiyini, Azərbaycan Prezidentinin bütün sahələrdə müstəqil siyasət yeritdiyini bildirən Ə.Həsənov onu da xüsusi vurğulamışdır ki, gec-tez haqq-ədalət öz yerini tapacaq və Azərbaycan Prezidentinin də dəfələrlə bəyan etdiyi kimi, biz bir qarış da olsun, torpaqlarımızı güzəştə getməyəcəyik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən daha çox doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın əziyyət çəkdiyini, ancaq Azərbaycan dövlətinin bu təbəqədən olan vətəndaşlarının problemlərinin həllini öz üzərinə götürdüyünü, bütün sosial-texniki infrastrukturu ilə birlikdə 82 müasir qəsəbə salındığını, 180 mindən çox qaçqın və məcburi köçkünün bu qəsəbələrə köçürüldüyünü bildirən Baş nazirin müavini qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı Küveytin Beynəlxalq İslam Xeyriyyə Təşkilatı «Asiya Müsəlmanları Komitəsi»nin Azərbycandakı nümayəndəliyinin uzun müddətli fəaliyyətini də müsbət qiymətləndirmiş, bu sahədə işlərin gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyini bildirmişdir. Səmimi qəbula, ətraflı məlumata və təmsil etdiyi qurumun ünvanına deyilən xoş sözlərə görə minnətdarlığını bildirən Adel Abdullah əl-Fəlahi öz növbəsində Azərbaycanın inkişafından qürur duyduğunu, Küveytin problemin tezliklə həllində, qaçqın və məcburi köçkünlərin doğma ocaqlarına qaytarılmasında maraqlı olduğunu, ölkəsinin hər bir sahədə daim Azərbaycanın mövqeyini dəstəklədiyini bildirmişdir. Sonda qonağa «Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı» kitabı təqdim olunmuşdur.
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd kəndinə çatıb
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə çatıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dünya əhəmiyyətli tarixi abidə – Xudavəng monastrı
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
23 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhəri, Qırmızı Bazar qəsəbəsi və Badara kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb