XƏBƏRLƏR
Çap et
1962
“Ulu öndər Heydər Əliyev – qaçqın və məcburi köçkün gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, həmçinin ali hərbi məktəbə, hərbi liseyə qəbul” mövzusunda konfrans keçirilmişdir
Mətbuat xidmətinin məlumatı
02 May, 2014
Mayın 2-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş “Ulu öndər Heydər Əliyev – qaçqın və məcburi köçkün gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, həmçinin ali hərbi məktəbə, hərbi liseyə qəbul” mövzusunda konfrans keçirilmişdir.
Əvvəlcə konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin komitənin Heydər Əliyev guşəsindəki büstünün önünə gül dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər.
Konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Nazirlər Kabinetinin, Müdafiə və Təhsil nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nümayəndələri, Milli Məclisin deputatları, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun rəhbərliyi və Komitənin əməkdaşları iştirak etmişlər.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov konfransda çıxış edərək ulu öndər Heydər Əliyevin hərbi vətənpərvərlik tərbiyəsinə göstərdiyi diqqət və qayğıdan, Ümummilli Liderin hərbi sahənin inkişafı istiqamətində gördüyü işlərdən danışmışdır. Əli Həsənov bildirmişdir ki, ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra başqa sahələrdə olduğu kimi, ordu quruculuğu prosesində də dönüş baş vermişdir. Azərbaycan Ordusunun maddi-texniki bazası gücləndirilmiş, döyüş hazırlığının səviyyəsi yüksəlmişdir. Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin yüksəldilməsi, müasir silahlarla təchiz edilməsi prosesini daim diqqətdə saxlamış, ölkədə milli müdafiə sənayesi kompleksi yaradılmışdır. Bu gün Azərbaycanın çox güclü, qüdrətli, ən müasir silahlarla təmin olunmuş ordusu vardır.
Əli Həsənov Azərbaycan tarixində həmişə yüksək rütbəli hərbi kadrların mövcud olmasından, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 1971-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən yaradılmasının tarixindən danışmışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, problemin tarixindən bəhs edən Əli Həsənov bildirmişdir ki, bu dövrdə Ermənistanın iqtisadiyyatı daha da ağır duruma düşmüş, əhali ölkəni sürətlə tərk etməyə başlamış, Azərbaycanın iştirakı ilə reallaşdırılan beynəlxalq regional layihələrdən kənarda qalmışdır.
Əli Həsənov gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsinin vacibliyindən danışmışdır.
Konfransda təhsil naziri Mikayıl Cabbarov çıxış edərək ulu öndər Heydər Əliyevin təhsil sahəsinin inkişafı istiqamətində gördüyü işlərdən, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsinin vacibliyindən danışmışdır. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə gənclərin təhsili, ölkəmiz üçün yüksək ixtisaslı milli kadrların, o cümlədən hərbiçi kadrların yetişdirilməsini bütövlükdə ölkə üçün prioritet istiqamət hesab edilmişdir. Təhsil Nazirliyi tərəfindən 2013-2014-cü tədris ilindən etibarən tədris ilinin ilk dərs saatının vətənpərvərlik mövzusuna həsr edilməsi qərara alınmışdır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə konfransda çıxış edərək ulu öndər Heydər Əliyevin hərbi vətənpərvərlik tərbiyəsinə göstərdiyi diqqət və qayğıdan, Ümummilli Liderin təhsil sahəsinin inkişafında əvəzsiz xidmətlərindən danışmışdır. Dahi rəhbər Heydər Əliyevin gənclərin təhsilinə daim diqqət yetirdiyini deyən M. Abbaszadə, eyni zamanda, qaçqın və məcburi köçkün gənclərin ali məktəblərə, o cümlədən ali hərbi məktəblərə qəbulu barədə də danışmışdır.
Müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, ordu quruculuğundan, dahi rəhbərin gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə göstərdiyi diqqət və qayğıdan danışmışdır. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti vətənpərvərlik nümunəsidir. Ulu Öndər bütün həyatını xalqın tərəqqisinə, müstəqil Azərbaycan dövlətinin yaranmasına və formalaşmasına həsr etmişdir.
Konfransda çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov ulu öndər Heydər Əliyevin hərbi vətənpərvərlik tərbiyəsinə göstərdiyi diqqət və qayğıdan, ordu quruculuğuna mühüm əhəmiyyət verməsindən, yüksək ixtisaslı hərbiçi kadrların hazırlanmasını daim diqqət mərkəzində saxlamasından danışmışdır. Bildirilmişdir ki, Ulu Öndərin hakimiyyəti dövründə vətənpərvərlik tərbiyəsi yalnız ideologiyada deyil, həmçinin yüksək ixtisaslı hərbi kadrların hazırlanması işinin təşkilində də özünü göstərmişdir. Müasir mütəşəkkil ordunu yaratmaq dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biridir.
Kəlbəcərdən olan məcburi köçkün, mayor, Silahlı Qüvvələrin Hərbi Akademiyasının dinləyicisi Anar Əliyev, Xocalıdan olan məcburi köçkün, Kosalar kənd tam orta məktəbinin şagirdi Məhəmmədəli Quliyev və başqaları çıxış edərək gənclərin hərbi vətənpərvər ruhunda yetişməsinin vacibliyindən, ulu öndər Heydər Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan söhbət açmışlar.
Konfransa yekun vuran Əli Həsənov mövzunun əhəmiyyətindən danışmış, tövsiyələrini vermişdir.
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd kəndinə çatıb
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə çatıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dünya əhəmiyyətli tarixi abidə – Xudavəng monastrı
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
23 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhəri, Qırmızı Bazar qəsəbəsi və Badara kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb









