XƏBƏRLƏR
Çap et
1277
Yaponiyanın “Fuji Optical” şirkəti Azərbaycandakı qaçqın, məcburi köçkün və aztəminatlı əhaliyə bu il nəzərdə tutulmuş xidmətini başa çatdırmışdır.
Mətbuat xidmətinin məlumatı
29 Aprel, 2014

Aprelin 29-da Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri , Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov Yaponiyanın “Fuji Optical” Ltd. şirkətinin rəhbəri, 2006-cı ildə “Nansen qaçqın mükafatı”na layiq görülmüş dünya şöhrətli oftolmoloq Akio Kanainlə görüşmüşdür. Baş nazirin müavini Əli Həsənov Azərbaycandakı qaçqın, məcburi köçkün və aztəminatlı əhaliyə göstərilən təmənnasız optometrik xidmətə görə doktor Akoi Kanaiyə və onun rəhbərlik etdiyi heyətə təşəkkürünü bildirərək qeyd etmişdir ki, bu xeyirxah missiyanın artıq 10 ildir ki, bununla həyata keçirilməsi bir daha Azərbaycan ilə Yaponiya hökumətləri arasındakı əlaqələrin yüksək səviyyədə olduğunun, Yaponiya təşkilatlarının ölkəmizdəki fəaliyyəti üçün hər tərəfli şərait yaradıldığının bariz nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin inkişafından, Azərbaycanın bu gün dünyanın diqqət mərkəzində olmasından, Yaponiya-Azərbaycan əlaqələrindən danışan Ə.Həsənov Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzündən və münaqişənin hələ də həllini tapmadığından təəssüfləndiyini də bildirmişdir.
Görüşdə vurğulanmışdır ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü və təşkilatçılığı, həmçinin Azərbaycan Respublikası hökumətinin dəstəyi ilə Yaponiyanın “Fuji optical Ltd. Şirkətinin nümayəndələrinin 2005-ci ildən başlayaraq hər il Şirkətin rəhbəri doktor Akio Kanainin rəhbərliyi ilə Azərbaycana səfər edib və məcburi köçkünlərə, az təminatlı əhaliyə oftomoloji xidmət göstərirlər. BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin təşkilatı dəstəyi ilə həyata keçirilən bu humanitar missiyanın məqsədi Azərbaycandakı qaçqın, məcburi köçkün və az təminatlı əhaliyə oftomoloji xidmət göstərilməsindən ibarətdir.
Qeyd olunmuşdur ki, 2005-ci ildən indiyədək şirkət Azərbaycandakı fəaliyyətinə 1,8 milyon ABŞ dollarından artıq vəsait xərcləmişdir. İndiyədək şirkət tərəfindən otuz doqquz minə yaxın yüksək keyfiyyətli optik eynək və digər vasitələr ölkəyə gətirələrək bu təbəqədən olan soydaşlarımıza paylanmışdır. Bildirilmişdir ki, ümumilikdə ötən 10 il ərzində şirkətin təkcə BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin və Azərbaycan hökumətinin dəstəyi ilə həyata keçirdiyi bu xeyirxah missiyalar zamanı 19 mindən artıq qaçqın və məcburi köçkün, aztəminatlı şəxs müayinə olmuş və təqribən 18 min nəfər təmənnasız olaraq eynəklə təmin olunmuşdur.
Bu il də Doktor Kanai və onun 6 optometrist mütəxxəssisdən ibarət heyət tərəfindən məcburi köçkünlər, qaçqınlar və digər aztəminatlı insanlar üçün ödənişsiz göz müayinəsi və eynək paylanışı 22-26 aprel tarixlərdə İmişli, Beyləqan, Xocavənd və Fizuli rayonlarında, 28 aprel tarixdə Bakı şəhərində, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Qaçqın, Qadın və Gənclər mərkəzində həyata keçirilmişdir. Bu il ki, missiya zamanı “Fuji Optical” şirkətinin mütəxəssisləri tərəfindən ümumilikdə 2400 nəfər müayinə olunmuş, 2 min dən artıq hazır eynək paylanmışdır. Yardım proqramını əvvəlki illərdə olduğu kimi, bu il də BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi və yerli hakimiyyət orqanları ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilmişdir.
Görüşdə Doktor Akio Kanai Azərbaycanda son illər aparılan abadlıq-quruculuq işlərindən, qaçqın və məcburi köçkünlər üçün yaradılan hər tərəfli şəraitdən məmnun olduğunu qeyd etmiş, həmçinin missiyanın növbəti səfərinin uğurla həyata keçirilməsinə lazımi kömək göstərdiyinə görə, Azərbaycan hökumətinə, Beynəlxalq Hümanitar Yardım üzrə Respublika Komissiyasına, yerli icra strukturlarına minnətdarlığını bildirmişdir.
02 İyul, 2025 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıla qayıdış: yeni başlanğıclar...
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Qayıdış davam edir – onlar doğma yurdlarını yenidən dirçəldir
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
25 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilərin keçirilməsi ilə əlaqədar Elan
25 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Yeni günə oyanan Ağalı...
24 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
24 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdərə və Ağdam rayonunlarına növbəti köç yola salındı
23 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması ilə bağlı iclas keçirilib
23 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib
21 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşlarını təltif edib
21 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Qarabağ — Azərbaycanın dilbər guşəsi, musiqimizin beşiyi
19 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Laçında yeni səhər, yeni həyat...
18 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
18 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
17 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
27 ölkənin diplomatına Böyük Qayıdış prosesi haqqında məlumat verilib
14 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Şirvanda keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərilib
11 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Doğma yurda qayıdışın ilk ünvanı – Ağalı kəndi...
04 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Azad, abad Ağalı kəndimiz...
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
“Qarabağda gələcək” adlı sərgi və satış-yarmarka təşkil edilib