"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1571
Bakıda keçirilən beynəlxalq konfransda Xocalı soyqırımının ağır nəticələrindən danışılmışdır
Mətbuat xidmətinin məlumatı 24 Fevral, 2014
Fevralın 24-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılmışdır. Tədbiri açan Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyası idarə heyətinin üzvü, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı Xocalı faciəsinin ağrılı nəticələrindən danışmışdır. Bildirilmişdir ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ermənilər tərəfindən Azərbaycana böyük həcmdə maddi və mənəvi ziyan dəymişdir. Azərbaycanın işğal edilmiş 20 faiz ərazisində Ermənistan tərəfindən şəhər və kəndlər, infrastruktur dağıdılmış, qarət və talanlar törədilmişdir. Eyni zamanda, torpaqlarımızın işğal altında saxlandığı 20 il ərzində iqtisadiyyata, ətraf aləmə, fauna və floraya, tarixi-mədəni sərvətlərə amansız zərbələr dəymişdir. Bu ziyanın hesablanması prosesi gedir. Beynəlxalq təcrübəyə uyğun olaraq dəyən ziyan araşdırılır və müvafiq qiymətləndirmə aparılır. Sonra erməni silahlı qüvvələrinin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən söhbət açan filim nümayiş etdirilmişdir. Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov beynəlxalq konfransda çıxış edərək demişdir ki, Xocalı soyqırımı XX əsrdə törədilmiş ən qəddar faciədir. Bu beynəlxalq konfransda həm bu faciənin, həm də Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycana vurulmuş ziyanın beynəlxalq səviyyədə qiymətləndirilməsi məsələlərinin müzakirəsi çox önəmlidir. Əli Həsənov qeyd etmişdir ki, Xocalı faciəsi bir günün faciəsi deyil, bu soyqırımı ermənilərin son 200 il ərzində Azərbaycan türklərinə qarşı apardığı ədalətsiz, çirkin mübarizənin nəticəsidir. Yüz ildən artıqdır ki, dünyada fəaliyyət göstərən erməni diasporu türklərə qarşı qətl və terror aksiyaları həyata keçirməklə məşğuldur. Bu bədnam siyasət XX əsrdə daha intensiv xarakter almışdır. Azərbaycan torpaqlarının işğalı və Xocalı soyqırımı bunun əyani təsdiqidir. Artıq Xocalı soyqırımı ilə bağlı dünya ictimaiyyətinə kifayət qədər məlumat çatdırılmışdır. 2009-cu ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası bu istiqamətdə işi daha da fəallaşdırmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqları ilə xarici ölkələrdəki səfirliklərimiz, diplomatik nümayəndəliklərimiz bu işə fəal şəkildə qoşulmuşlar. Artıq görülmüş işlər öz nəticəsini də verir, hazırda dünyanın 3 ölkəsində Xocalı soyqırımı ilə bağlı abidə ucaldılmışdır. Bir sıra ölkələrdə Xocalı soyqırımına dair qətnamələr qəbul olunmuşdur, o cümlədən ABŞ-ın bir çox ştatında Xocalı soyqırımı tanınmışdır. Vurğulanmışdır ki, bu gün Azərbaycan dövləti kifayət qədər güclüdür. Prezident İlham Əliyevin səyləri və yorulmaz fəaliyyəti nəticəsində ölkəmiz bütün dünya ictimaiyyətinə tanıdılmışdır. Azərbaycanın tolerant, sülhsevər bir ölkə olduğu bütün dünyaya sübut edilmişdir. Əli Həsənov bildirmişdir ki, Azərbaycan güclü orduya sahibdir. Bu gün Azərbaycan ordusu işğal edilmiş bütün torpaqlarımızı azad etməyə qadirdir. Ermənistanın Azərbaycana vurduğu ziyanın qiymətləndirilməsinin beynəlxalq səviyyədə aparıldığını deyən Baş nazirin müavini bu ziyanın artıq 300 milyard dolları ötdüyünü bildirmişdir. Vurğulanmışdır ki, qiymətləndirmə başa çatandan sonra Azərbaycan bu ziyanın Ermənistan tərəfindən ödənilməsini tələb edəcəkdir. Çıxış edən baş prokurorun müavini - hərbi prokuror Xanlar Vəliyev bildirmişdir ki, 1988-ci ildən bəri Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycana qarşı törədilən soyqırımları, cinayətlər və deportasiyalarla bağlı prokurorluqda 3 istiqamətdə istintaq aparılır. Birinci istiqamət Xocalı, Meşəli, Qaradağlı və s. yaşayış məntəqələrində azərbaycanlılara qarşı törədilmiş cinayət əməlləri araşdırılır. İkinci istiqamət ermənilər tərəfindən nəqliyyat vasitələrində, metrolarda və müxtəlif yerlərdə törədilmiş terror aktları ilə bağlıdır. Üçüncü istiqamət isə, əsir və girov götürülmüş insanlara qarşı törədilmiş cinayətlərdir. Tədbirdə çıxış edən Moldova Qiymətləndiricilər Birlikləri Assosiasiyasının prezidenti Dmitriy Tereburke demişdir ki, işğal nəticəsində Azərbaycana dəyən ziyanın hesablanması istiqamətində beynəlxalq qiymətləndirmə standartlarına əsasən beynəlxalq ekspertlərin iştirakı ilə aparılan işlərdən xəbərdardır və bunu təqdir edir. Almaniya Bundestaqının üzvü Volkan Baran Xocalı soyqırımının tanıdılması istiqamətində aparılan işləri yüksək qiymətləndirmişdir. İyirmi iki il əvvəl Almaniyada yaşayan türklərin Xocalı soyqırımı ilə bağlı yetərincə məlumatlı olmadığını vurğulayan V.Baran hazırda bu istiqamətdə davamlı iş aparıldığını diqqətə çatdırmışdır. Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Xalq Yazıçısı Çingiz Abdullayev və başqaları çıxış edərək Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması istiqamətində görülmüş işləri yüksək qiymətləndirmişlər.
02 İyul, 2025 / Mətbuat xidmətinin məlumatı Cəbrayıla qayıdış: yeni başlanğıclar...
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Qayıdış davam edir – onlar doğma yurdlarını yenidən dirçəldir
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
25 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilərin keçirilməsi ilə əlaqədar Elan
25 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Yeni günə oyanan Ağalı...
24 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
24 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə və Ağdam rayonunlarına növbəti köç yola salındı
23 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması ilə bağlı iclas keçirilib
23 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib
21 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşlarını təltif edib
21 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Qarabağ — Azərbaycanın dilbər guşəsi, musiqimizin beşiyi
19 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Laçında yeni səhər, yeni həyat...
18 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
18 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
17 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı 27 ölkənin diplomatına Böyük Qayıdış prosesi haqqında məlumat verilib
14 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Şirvanda keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərilib
11 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Doğma yurda qayıdışın ilk ünvanı – Ağalı kəndi...
04 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Azad, abad Ağalı kəndimiz...
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı “Qarabağda gələcək” adlı sərgi və satış-yarmarka təşkil edilib