XƏBƏRLƏR
Çap et
1193
Baş nazirin müavini cənab Əli Həsənov: Vaxtilə humanitar yardıma ciddi ehtiyacı olan Azərbaycan dövləti bu gün özü donor ölkə kimi çıxış edir
Mətbuat xidmətinin məlumatı
20 Fevral, 2014

Azərbaycan Respublikası Baş nazirinin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası Avropa zonasının direktoru xanım Anitta Underlini qəbul etmişdir.
Federasiya ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasındakı əməkdaşlığı, donorların dəstəyi ilə ölkəmizdəki qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində həyata keçirilən layihələri yüksək dəyərləndirən Baş nazirin müavini Əli Həsənov qeyd etmişdir ki, beynəlxalq humanitar təşkilatlara qayğı və diqqətlə yanaşmaq, onların fəaliyyəti üçün hərtərəfli şərait yaratmaq Azərbaycanda dövlət siyasətinin tərkib hissələrindən birini təşkil edir.
Qeyd olunmuşdur ki, son 20 ildə qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə dəstək məqsədilə ölkəmizdə 80-ə yaxın beynəlxalq humanitar yardım təşkilatı fəaliyyət göstərirdisə, bu gün onların sayı 30-a enib ki, bu da normal haldır. Çünki Azərbaycanın getdikcə artan iqtisadi imkanları artıq bu problemin də həllini öz üzərinə götürməyə imkan yaratmışdır. Vaxtilə humanitar yardıma ciddi ehtiyacı olan Azərbaycan dövləti bu gün özü donor ölkə kimi çıxış edir.
İşğalçı ölkənin qeyri-konstruktiv mövqe tutması nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də öz həllini tapmadığından, 90-cı illərdəki bir milyondan çox qaçqın və məcburi köçkünün sayının bu gün bir milyon 200 min nəfərə çatdığından təəssüfləndiyini bildirən Əli Həsənov bütün bunları dünyada hökm sürən ədalətsizliklə, beynəlxalq güclərin və nüfuzlu təşkilatların münaqişənin həllinə ikili standartlarla yanaşmasının nəticəsi kimi dəyərləndirmişdir. Lakin haqq-ədalətin tezliklə öz yerini tapacağına, qaçqın və məcburi köçkün soydaşlarımızın doğma ata-baba yurdlarına qayıdacaqlarına əminliyini ifadə edən Baş nazirin müavini Əli Həsənov Federasiya ilə Azərbaycan QAC arasındakı əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinin, gələcəkdə müxtəlif proqram-layihələrin daha yüksək səviyyədə həyata keçirilməsinin, bu cəmiyyətin istər qaçqın və məcburi köçkünlərin, istərsə də aztəminatlı əhalinin ehtiyaclarının müəyyənləşdirilməsi və müvafiq köməkliklərin göstərilməsində aparıcı rol oynayan cəmiyyətə çevrilməsinin vacibliyini də diqqətə çatdırmışdır.
Səmimi qəbula və hər iki qurum arasındakı əməkdaşlıq üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirən Federasiyanın rəsmisi xanım Anitta Underlin 6 il əvvəl Azərbaycanda olduğunu və ötən müddət ərzində ölkəmizin yüksək dərəcədə inkişaf etdiyindən qürur duyduğunu bildirərək demişdir ki, inkişaf etmiş ölkələrin inkişaf etmiş cəmiyyəti də olur və biz Azərbaycanda bunun bir daha şahidi olduq. Azərbaycan Qırmızı Aypara Cəmiyyəti onun təmsil etdiyi qurumla sıx əməkdaşlıq şəraitində fəaliyyətini yüksək dəyərləndirən qonaq ölkəmizin əhəmiyyətini, cəmiyyətin potensialını nəzərə alaraq əməkdaşlığı yeni mərhələdə davam etdirmək niyyətində olduqlarını vurğulamışdır. Elə görüşə də beynəlxalq humanitar fəaliyyətə qoşulmağın yollarını müzakirə edib müəyyənləşdirmək məqsədilə gəldiyini bildirən xanım Anitta Underlin bu sahədə də hərtərəfli əməkdaşlığa nail olunacağına əminliyini bildirmişdir.
Qəbulda istər bütün bunlar, istərsə də digər maraq doğuran məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılmışdır.
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkün qadınların peşə bilikləri təkmilləşdirilib
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Zabuxun yeni görkəmi
11 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
11 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ağdərəyə köçürüldü
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
07 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
07 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
05 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
05 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
02 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
02 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
14 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
14 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı
Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ballıcaya köçürüldü
06 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb