XƏBƏRLƏR
Çap et
2451
İran İslam Respublikasının “İmam Xomeyni İmdad Komitəsi” nin nümayəndələri Dövlətqaçqınkomda olmuşdur.
Mətbuat xidmətinin məlumatı
20 Fevral, 2014

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov fevralın 19-da İran İslam Respublikasının “İmam Xomeyni İmdad Komitəsi” beynəlxalq humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinin başa çatması ilə əlaqədar həmin təşkilatın nümayəndələri ilə görüşmüşdür.
Görüşdə Əli Həsənov ölkəmizin son illər dinamik inkişafından danışmışdır. Bildirmişdir ki, respublikamızda fəaliyyət göstərən humanitar təşkilatların sayı getdikcə azalır, çünki Azərbaycan hökuməti onların gördükləri işləri artıq öz üzərinə götürmüşdür. İndi yardımlar dünyanın daha çox ehtiyac duyulan ölkələrinə göndərilir.
Baş nazirin müavini, həmçinin diqqətə çatdırmışdır ki, Azərbaycanda fəaliyyət göstərən 80 humanitar qurumdan bu qədər uzun müddət fəaliyyət göstərən təşkilat məhz İmdad Komitəsidir.
Əli Həsənov qeyd etmişdir ki, Azərbaycanda İmdad Komitəsinin gördüyü işlər həmişə yüksək qiymətləndirilmişdir.
Diqqətə çatdırılmışdır ki, Azərbaycan torpaqları işğaldan azad olunandan sonra İmdad Komitəsi həmin ərazilərdə fəaliyyət göstərəcək ilk humanitar təşkilatlardan biri olacaqdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Baş nazirin müavini bildirmişdir ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuş, 1 milyon 200 min soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
Nüfuzlu beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qətnamələrinə məhəl qoymayan Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində problem hələ də öz həllini tapmamışdır. Əli Həsənov qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyev və beynəlxalq təşkilatlar tərəfindən görülmüş işlərdən də danışmışdır. Bildirilmişdir ki, dövlətimizin başçısının bu sahəyə olan diqqəti və qayğısı nəticəsində qaçqın və məcburi köçkünlər üçün 82 müasir qəsəbə və məhəllə salınmış, 180 min nəfərin mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır.
Görüçdə qeyd edilmişdir ki, Azərbaycanın xarici siyasətinin istiqamətlərindən biri bütün ölkələr ilə, ilk növbədə, qonşularla dostluq, mehribanlıq şəraitində əməkdaşlıq etməkdir. Bizim Türkiyə, İran, Rusiya və Gürcüstan kimi dost və qonşu ölkələr ilə mehriban münasibətlərimiz vardır.
Ümid edirik ki, işğalçı Ermənistan təcavüzkar siyasətindən əl çəkəcək, konstruktiv mövqeyə gələrək başa düşəcək ki, bu ölkə 20 ildə ancaq özünə ziyan vurmuşdur.
Səmimi qəbula və təşkilatın fəaliyyəti üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirən “İmam Xomeyni İmdad Komitəsi” beynəlxalq humanitar təşkilatının beynəlxalq əlaqələr üzrə müavini Məhəmməd Məhəmmədifər təşkilatın yaranma tarixi və fəaliyyəti barədə danışmışdır. Qonaq bildirmişdir ki, komitənin fəaliyyəti həm də Azərbaycan ilə İran arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafına, ikitərəfli strateji əməkdaşlığın möhkəmlənməsinə töhfəsini vermişdir.
Sonda Əli Həsənov 20 ildən artıq müddətdə ölkəmizdə gördüyü işlərə görə İmdad Komitəsinə minnətdarlığını bildirmiş, təşkilatın rəhbərliyinə xatirə hədiyyəsi təqdim etmişdir.
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkün qadınların peşə bilikləri təkmilləşdirilib
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Zabuxun yeni görkəmi
11 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
11 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ağdərəyə köçürüldü
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
07 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
07 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
05 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
05 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
02 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
02 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
14 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
14 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı
Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ballıcaya köçürüldü
06 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb