"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1675
İspaniya parlamentinin üzvləri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ağır nəticələri haqqında məlumatlandırılmışlar.
Mətbuat xidmətinin məlumatı 07 Fevral, 2014
Fevralın 7-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov ölkəmizdə səfərdə olan İspaniya parlamentinin üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə Əli Həsənov Azərbaycan-İspaniya münasibətlərinin inkişafından danışmışdır. Bildirilmişdir ki, İspaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Azərbaycan və İspaniya beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir. Baş nazirin müavini Azərbaycanın İspaniya ilə ikitərəfli əməkdaşlığın inkişafına önəm verdiyini vurğulamış, parlamentlərarası əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd etmişdir. Azərbaycanın əldə etdiyi nailiyyətlərdən danışan Əli Həsənov diqqətə çatdırmışdır ki, dünyanın heç bir ölkəsində son on il ərzində iqtisadi göstəricilər ölkəmizdəki qədər olmamışdır. Əldə olunmuş uğurlar yalnız enerji sektorunu əhatə etmir. Azərbaycanda qeyri-neft sahəsi də sürətlə inkişaf edir. Diqqətə çatdırılmışdır ki, Azərbaycan bu gün dünyanın maraq dairəsində olan ölkələrdəndir. Azərbaycan mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Komitə sədri vurğulamışdır ki, Azərbaycan bütün dövrlərdə dözümlülük, tolerantlıq məkanı olmuşdur. Müstəqil Azərbaycan öz siyasətini bu möhkəm təməl üzərində qurur. Bu gün müxtəlif millətlərin və dinlərin nümayəndələri Azərbaycanda dostluq və mehribanlıq şəraitində yaşayırlar. Qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları haqqında ətraflı məlumat verən Əli Həsənov demişdir ki, son 200 il ərzində Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalmışlar. Baş nazirin müavini diqqətə çatdırmışdır ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuş, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilmişdir. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ən başlıca problemi olduğunu deyən Əli Həsənov qeyd etmişdir ki, münaqişəni həll etmək üçün hərtərəfli hüquqi baza vardır. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən problemin tezliklə sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin qeyd-şərtsiz və dərhal boşaldılması, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında dörd qətnamə qəbul edilmişdir. Ermənistanın təcavüzkar siyasəti Avropa Şurası, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə də pislənilmişdir. Ancaq ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır ki, davam edən danışıqlar Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən heç bir nəticə vermir. Qeyd edilmişdir ki, Azərbaycan Hökuməti əhalinin həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərin ehtiyaclarını ödəmək üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər görür. İndiyədək 180 min qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. İspaniya parlamentinin nümayəndə heyətinin rəhbəri Xose Maria Çikiyo Ermənistanın Azərbaycana qarşı təcavüzü və doğma yurdlarından qovulmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemlərindən xəbərdar olduqlarını söyləmişdir. O, Ermənistanın BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələri yerinə yetirməməsinin təəssüf doğurduğunu vurğulamış, Azərbaycanın ədalətli mövqeyini dəstəkləyəcəklərini söyləmişdir. 2012-ci ilin noyabrında Azərbaycandan bir qrup nümayəndə heyətinin İspaniyaya səfər etdiyini xatırladan qonaq vurğulamışdır ki, həmin səfər çərçivəsində keçirilmiş görüşlərdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı müzakirə olunmuşdur. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Sonda qonaqlara “Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı” kitabı, ispan dilində hazırlanmış Ermənistanda azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasətini və erməni silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalının ağır nəticələrini əks etdirən buklet və disklər təqdim edilmişdir.
02 İyul, 2025 / Mətbuat xidmətinin məlumatı Cəbrayıla qayıdış: yeni başlanğıclar...
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Qayıdış davam edir – onlar doğma yurdlarını yenidən dirçəldir
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
25 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilərin keçirilməsi ilə əlaqədar Elan
25 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Yeni günə oyanan Ağalı...
24 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
24 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə və Ağdam rayonunlarına növbəti köç yola salındı
23 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması ilə bağlı iclas keçirilib
23 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib
21 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşlarını təltif edib
21 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Qarabağ — Azərbaycanın dilbər guşəsi, musiqimizin beşiyi
19 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Laçında yeni səhər, yeni həyat...
18 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
18 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
17 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı 27 ölkənin diplomatına Böyük Qayıdış prosesi haqqında məlumat verilib
14 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Şirvanda keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərilib
11 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Doğma yurda qayıdışın ilk ünvanı – Ağalı kəndi...
04 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Azad, abad Ağalı kəndimiz...
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı “Qarabağda gələcək” adlı sərgi və satış-yarmarka təşkil edilib