XƏBƏRLƏR
Çap et
1799
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ötən doqquz ayın yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.
Mətbuat xidmətinin məlumatı
26 Oktyabr, 2009
Kollegiya iclasını giriş sözü ilə açan Baş nazirin müavini- Dövlətqaçqınkomun sədri Ə. Həsənov gündəliyə daxil edilmiş məsələlərə münasibətini bildirərək bu günlərdə Nazirlər Kabinetinin 2009-cu ilinin 9 ayının sosial- iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışından irəli gələn məsələlər barədə məlumat verərək qarşıda duran vəzifələrdən danışmışdır.
Kollegiya iclasının gündəliyinə daxil edilmiş məsələlərin müzakirəsi zamanı qeyd olunmuşdur ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli həmişə dövlət başçısının diqqət mərkəzində olmuşdur. Cənab İ. Əliyevin 2 sentyabr 2009-cu il tarixdə imzaladığı “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncamı buna əyani sübutdur.
Qeyd olunmuşdur ki, Dövlət Proqramında və ona edilmiş əlavələrdə nəzərdə tutulmuş müvafiq bənd və maddələrin tələblərinə uyğun olaraq yeni salınmış qəsəbələrə köçürmə işləri vaxtında başa çatdırılmış, Goranboy rayonu ərazisində 596 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbəyə köçürülmə işlərinə hazırlıq gedir.
Əmək qabiliyyətli məcburi köçkünlərin xeyli hissəsi müxtəlif büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə təmin olunmuşdur. Məcburi köçkünlərin əksəriyyəti kənd rayonlarında, o cümlədən yeni salınmış qəsəbələrdə məskunlaşmışlar. Həmin ərazilərdə məcburi köçkünlərə torpaq sahələri ayrılmış, onlara fermer təsərrüfatlarını təşkil etmək üçün müvafiq şərait yaradılmışdır. Komitənin müvafiq şöbəsi ilə Baş Məşğulluq İdarəsinin qarşılıqlı əməkdaşlığı nəticəsində 1324 nəfər daimi işlə təmin edilmiş, 428 nəfər işsizlik statusu almış, 438 nəfər peşə hazırlığı kursuna göndərilmiş, 196 nəfər ictimai işlərə cəlb olunmuş, 528 nəfərə isə işsizlik müavinəti verilmişdir.
İclasda qeyd olunmuşdur ki, Dövlət Proqramına edilmiş Əlavələrdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrinə məxsus binalarda müvəqqəti məskunlaşmış və köçürülməyə ehtiyacı olan 1479 məcburi köçkün ailəsi üçün Bakı, Gəncə, Sumqayıt şəhərlərində, həmçinin, Abşeron və Göygöl rayonlarının ərazisində bütün sosial- texniki infrastrukturu ilə birlikdə yeni qəsəbələrin salınması və ya hündür mərtəbəli binaların tikintisi nəzərdə tutulmuşdur.
Sonda Ə. Həsənov qeyd etmişdir ki, ölkə başçısı cənab İ.Əliyevin siyasi uzaqgörənliyi, xalqımızın və ölkəmizin mənafeyi naminə atdığı qətiyyətli addımlar bir daha bizdə inam yaradır ki, Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi özünün ədalətli həllini tapacaqdır.
Kollegiya iclasında müzakirə olunan məsələlərlə bağlı müvafiq qərar qəbul edilmişdir.
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Təbiətin Kəlbəcər səsi...
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdış: Ağdam şəhərinə 417 nəfər köçdü
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Şuşanın Böyük Qaladərəsi kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdış: Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 535 nəfər köçdü
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Fuad Hüseynov WUF13-də mina təhlükəsinin Böyük Qayıdış prosesinə təsirindən danışıb
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə növbəti köç olub
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
20 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Fuad Hüseynov: “İşğaldan azad edilmiş ərazilərdə yeni məskunlaşma planları təsdiqlənib”
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsində AzQAC və IFRC Azərbaycan nümayəndəliyinin əməkdaşları ilə görüş keçirilib
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalı və Şuşa sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Xocalı rayonunun Badara, Təzəbinə, Xanabad, Ballıca, Xanyurdu və Daşbulaq kəndlərinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanları Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Badara, Xanabad, Ballıca və Xanyurdu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib









