XƏBƏRLƏR
Çap et
1350
AŞPA-nın üzvü Dövlətqaçqınkomda olmuşdur.
Mətbuat xidmətinin məlumatı
13 Yanvar, 2014

Yanvarın 13-də AŞPA-nın Bosniya və Hersoqovinalı üzvü (Parlament üzvü) xanım Miliça Markoviç və AŞPA-da Bosniya və Hersoqovina nümayəndə heyətinin katibi xanım Sevda Valjevcic Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadovla görüşmüşlər.
Vaxt tapıb ölkəmizin bir saylı problemi ilə daha yaxından tanış olmaq üçün görüşə gəldiklərinə görə, AŞPA üzvlərinə təşəkkürünü bildirən Gəray Fərhadov xəritə üzərində qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun tarixi kökləri və yaranma səbəbləri, bu münaqişə nəticəsində bir milyondan çox soydaşımızın Ermənistanın hərbi təcavüzü nəticəsində qaçqın və məcburi köçkün vəziyyətində yaşaması, onların ağır sosial durumu və Azərbaycan dövlətinin bu sahədə gördüyü tədbirlər barədə hərtərəfli məlumat vermişdir.
Gəray Fərhadov münaqişənin dinc yolla həlli istiqamətində danışıqlar aparılması ilə bağlı Azərbaycan tərəfinin konstruktiv səylərinə baxmayaraq, Ermənistanın müəyyən bəhanələrlə danışıqlardan boyun qaçırdığını qeyd etmiş, işğal altındakı ərazilərdə Azərbaycan xalqına məxsus tarixi abidələrin, mədəniyyət və incəsənət əsərlərinin, təbii sərvətlərin ermənilər tərəfindən məhv edilməsindən və mənimsənilməsindən söhbət açmışdır.
Azərbaycanın münaqişənin sülh yolla həllinə səy göstərməsinə diqqət çəkən natiq bunun dünya ölkələri və beynəlxalq qurumlar tərəfindən dəstəkləndiyini xüsusi vurğulamış, işğal altındakı Azərbaycan ərazilərinin tezliklə azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının və digər beynəlxalq təşkilatların qətnamə və qərarlarını Ermənistan tərəfinin saya salmadığını qeyd etmişdir.
O, qeyd etmişdir ki, bu soydaşlarımız üçün hərtərəfli şərait yaradılmasına baxmayaraq onların bir arzu, istəkləri vardır: doğma torpaqlarına qayıtmaq!
Məlumat verilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tapşırıqları əsasında ölkənin ayrı-ayrı şəhər və rayonlarında 82 müasir qəsəbə salınmış, 180 mindən çox soydaşımız yeni evlərə köçürülmüş, təhsil, səhiyyə, rabitə və mədəniyyət ocaqları tikilmiş, müvafiq infrastruktur yaradılmışdır. Hazırda qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir, yeni binalar tikilir, məhəllələr salınır.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə hərtərəfli, dolğun məlumata görə minnətdarlıqlarını ifadə edən qonaqlar bu cür səfər və görüşlərin əhəmiyyətindən söz açaraq bildirmişlər ki, bu səfər istər regionun geosiyasi vəziyyətinə, istərsə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, bunun nəticəsində yaranmış qaçqın və məcburi köçkün probleminə və onun həlli yollarına dair hərtərəfli məlumatların əldə edilməsi üçün geniş imkanlar yaradıb ki, sizin verdiyiniz hərtərəfli məlumatlardan biz bu imkanı əldə etdik. Görüşdə qonaqları maraqlandıran suallara da hərtərəfli cavab verilmişdir.
Sonra qonaqlar Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 1440 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllədə olmuşdur. Məhəllə ilə tanış olan parlament üzvünün diqqətinə çatdırılmışdır ki, buradakı 1440 mənzildən 211-i birotaqlı, 659-u ikiotaqlı, 429-u üçotaqlı, 141-i isə dördotaqlıdır. Ərazidə klub-icma mərkəzi, inzibati bina, təcili yardım stansiyası, poçt şöbəsi və iki çıxışlı yanğınsöndürmə deposu da tikilmişdir.
Qonaqlar Ağdam rayonundan olan məcburi köçkün Nazilə Tağıyevanın evində çay süfrəsinə qonaq edilmişdir.
Öz doğma yurd-yuvalarına dönmək arzusunda olduqlarını dilə gətirən məcburi köçkün N.Tağıyeva onlar üçün yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirmişdir.
Qonaq məhəllədə tikilən 1300 şagird yerlik Ağdam rayon 33 nömrəli tam orta məktəb ilə də tanış olmuşdur. Məlumat verilmişdir ki, müasir təlim avadanlığı ilə diqqəti cəlb edən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılmışdır. Qonaqlara “Ermənistanda aparılan etnik təmizləmə və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın 20 faiz ərazisinin işğalı nəticəsində yaranmış bir milyonadək qaçqın və məcburi köçkünlər haqqında məlumat (1988-2011-ci illər)” kitabı, münaqişədən bəhs edən filmin diski təqdim edilmişdir.
04 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Azad, abad Ağalı kəndimiz...
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
“Qarabağda gələcək” adlı sərgi və satış-yarmarka təşkil edilib
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Mətbuat xidmətinin məlumatı
31 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb
31 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı yola salınıb
30 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Vəkillər keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərib
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı yola salınıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Laçınım mənim...
23 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
23 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocalı rayonuna çatıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Xocalıya növbəti köç karvanı yola salınıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turniri keçirilib
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Ata yurdunda ilk addımlar...
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb