XƏBƏRLƏR
Çap et
2403
Gəncə şəhərində 1500 məcburi köçkün ailəsi üçün tikilmiş yeni çoxmərtəbəli yaşayış binaları kompleksi istifadəyə verilmişdir.
Mətbuat xidmətinin məlumatı
25 Dekabr, 2013
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na, həmin Proqrama 2011-ci il 21 fevral tarixli Sərəncamla təsdiq olunmuş Əlavələrə əsasən Gəncə şəhərində 1500 məcburi köçkün ailəsi üçün yeni çoxmərtəbəli yaşayış binaları kompleksi tikilmişdir.
Dekabrın 24-də kompleksin istifadəyə verilməsi ilə bağlı mərasim keçirilmişdir.
Mərasimdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov və başqaları iştirak etmişlər.
Məlumat verilmişdir ki, 25 hektar ərazini əhatə edən yeni kompleksə beşmərtəbəli 25 yaşayış binası və digər zəruri sosial infrastruktur obyektləri daxildir. Yeni binalara 1400-ü Kəlbəcərdən, 100-ü Ağdam, Cəbrayıl, Füzuli, Laçın, Şuşa, Zəngilan, Xocalı, Xocavənddən olmaqla 1500 ailə və ya 6750 nəfər məcburi köçkün köçürüləcəkdir.
Diqqətə çatdırılmışdır ki, inşa edilmiş 1500 mənzilin ümumi yaşayış sahəsi 115 min 380 kvadratmetrdir. Mənzillərdən 150-si birotaqlı, 650-si ikiotaqlı, 550-si üçotaqlı, 150-si isə dördotaqlıdır.
Bundan əlavə, kompleksin ərazisində 1200 yerlik məktəb, 280 yerlik uşaq bağçası, 500 yerlik Mədəniyyət Sarayı, Kəlbəcər Rayon İcra Hakimiyyəti üçün inzibati bina, tibb məntəqəsi, ATS tikilmişdir.
Bildirilmişdir ki, kompleksin tikintisi 2013-cü ilin martında başlanmış, sentyabrında başa çatdırılmışdır. Tikintinin sifarişçisi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondudur.
Mərasim iştirakçıları əvvəlcə Kəlbəcər Rayon İcra Hakimiyyətinin inzibati binasında olmuşlar. Onlar binanın foyesində ümummilli lider Heydər Əliyevin məcburi köçkünlərlə görüşlərini əks etdirən fotostendlərə baxmış, iş otaqlarında və akt zalında yaradılmış şəraitlə maraqlanmışlar.
Sonra 1200 yerlik Kəlbəcər rayon 9 nömrəli tam orta məktəbdə yaradılmış şəraitlə tanışlıq olmuşdur. Məktəbin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə məcburi köçkünlərlə görüşlərini, təhsilə diqqət və qayğılarını əks etdirən stendlər quraşdırılmış, kompleksin maketi qoyulmuşdur. Məktəblə tanışlıq zamanı bildirilmişdir ki, müasir avadanlıqla təmin edilmiş bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılmışdır. Məktəbin kompyuter otağı, laboratoriyası, sinif otaqları və idman zalı da müasir standartlara cavab verir.
Tədbir İştirakçıları Kəlbəcər rayonundan məcburi köçkün Ofelya Məmmədovanın evində yaradılmış şəraitlə tanış olmuşlar. Üç otaqdan ibarət mənzildə ailənin rahatlığı üçün hər cür şərait yaradılmışdır. O.Məmmədova məcburi köçkünlər üçün bu cür gözəl şəraiti yaratdığına və onlara göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürünü bildirmişdir.
Sonra mərasim iştirakçıları Mədəniyyət Sarayında olmuşlar. Sarayın foyesində ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın ölkəmizdə mədəniyyətin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşə yaradılmışdır. Mədəniyyət Sarayında teatr tamaşalarının, konsert proqramlarının və digər müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Nümunəvi tərtibatı ilə diqqəti cəlb edən 500 tamaşaçı yerlik salon ən müasir işıqlandırma və səs sistemi ilə təchiz olunmuşdur.
Daha sonra Mədəniyyət Sarayının tərkibində fəaliyyət göstərən musiqi məktəbində yaradılmış şəraitlə tanışlıq olmuşdur. Burada sinif otaqları ilə yanaşı, 50 yerlik zal da fəaliyyət göstərəcəkdir.
Mədəniyyət Sarayında yeni kompleksin istifadəyə verilməsi ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirmişdir ki, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması hər zaman Azərbaycan dövlətinin diqqət mərkəzində olmuşdur. Vurğulanmışdır ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməl prinsiplərindən biridir. Məcburi köçkünlərin maddi rifahının yaxşılaşdırılması üçün Dövlət proqramları qəbul edilmiş, onların sosial müavinətlərinin artırılması istiqamətində mühüm tədbirlər görülmüşdür. Gəncədə 1500 məcburi köçkün ailəsi üçün tikilmiş yeni kompleksdə yaradılan şərait onlara göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Bildirilmişdir ki, Prezident İlham Əliyevin 10 illik fəaliyyəti nəticəsində Azərbaycan inkişaf edərək dünya miqyasında ən qabaqcıl ölkələrdən birinə çevrilmişdir. Təsadüfi deyildir ki, bu gün regionda Azərbaycanın razılığı olmadan heç bir layihə reallaşdırılmır. Bütün bu uğurların təməlində Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin siyasətinə olan sadiqliyi dayanır. Bu gün hər bir azərbaycanlı qısa müddətdə böyük inkişaf yolu keçmiş ölkəmizlə, bu uğurlu siyasəti həyata keçirən Prezidenti ilə fəxr edir.
Əli Həsənov vurğulamışdır ki, Azərbaycan Prezidentinin uğurlu fəaliyyəti nəticəsində ölkəmizdə neft kapitalı insan kapitalına çevrilmişdir. Son 10 ildə dövlət büdcəsinin gəlirləri 19 dəfə, iqtisadiyyat 3,4 dəfə artmış, yoxsulluğun səviyyəsi 46 faizdən 5,5 faizə düşmüşdür. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş nailiyyətlərin bariz göstəricisidir.
Bu gün Azərbaycanda Dağlıq Qarabağ münaqişəsindən başqa heç bir ciddi problemin qalmadığını söyləyən Baş nazirin müavini əmin olduğunu bildirmişdir ki, bu münaqişənin həlli istiqamətində Prezident İlham Əliyevin gördüyü işlər tezliklə öz nəticəsini verəcəkdir.
Komitə sədri Gəncə şəhərində istifadəyə verilən bu kompleksin son 20 ildə tikilmiş ən böyük kompleks olduğunu diqqətə çatdırmışdır. Ümumilikdə 1993-2013-cü illər ərzində bu tipli 82 qəsəbənin salındığını deyən Əli Həsənov qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə bu müddət ərzində dövlət tərəfindən 4,3 milyard manat həcmində vəsaitin sərf olunduğunu qeyd etmişdir. Diqqətə çatdırılmışdır ki, indiyədək Azərbaycan hökuməti tərəfindən 40 min ailənin və ya 180 min qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Məcburi köçkünlər arasında yoxsulluq səviyyəsi son 10 ildə 75 faizdən 15 faizədək azalmışdır.
Otuz nömrəli məktəbin müəllimi Şəlalə Məmmədova tədbirdə çıxış edərək onlara göstərdiyi diqqət və qayğıya görə məcburi köçkünlər adından Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir. Bildirilmişdir ki, bu gün Azərbaycan sürətli iqtisadi inkişaf dövrünü yaşayır, ölkəmiz daha parlaq gələcəyə doğru inamla addımlayır. Cəmiyyətimizin elə bir sahəsi yoxdur ki, orada sürətli inkişaf müşahidə olunmasın. Təbii ki, bütün bu uğurlar dövlətimizin başçısı İlham Əliyevin yorulmaz səylərinin nəticəsidir.
Tədbir bədii hissə ilə davam etmişdir.
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Biz öz tariximizə qayıdırıq!
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Can Laçın!
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb