"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1768
Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli ulu öndər Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur
Mətbuat xidmətinin məlumatı 10 Dekabr, 2013
Dekabrın 10-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli ulu öndər Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Nazirlər Kabinetinin nümayəndələri, Milli Məclisin deputatları, işğal altında olan rayonların icra hakimiyyətlərinin başçıları, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun rəhbərliyi və Komitənin məsul əməkdaşları iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə ölkəmizdə qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş tədbirləri əks etdirən maketlərə baxmışlar. Sonra Azərbaycan və İngilis dillərində nəşr olunmuş “Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı” kitabının təqdimatı olmuşdur. Daha sonra tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüşlər. Tədbiri açan Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzolunmaz xidmətlərindən, müstəqilliyimizin möhkəmlənməsi, dövlətçiliyimizin inkişafı sahəsində gördüyü misilsiz işlərdən danışmışdır. Bildirilmişdir ki, Ümummilli Lider təkcə Azərbaycanın deyil, dünyanın sayılıb-seçilən siyasətçisi, dövlət xadimi idi. Əli Həsənov diqqətə çatdırmışdır ki, ulu öndər Heydər Əliyev Azərbaycanda yenidən hakimiyyətə qayıdanadək Ermənistandan qaçqın düşmüş və torpaqlarımızın işğalı nəticəsində məcburi köçkün həyatı yaşamağa vadar edilmiş insanlar üçün demək olar ki, heç bir iş görülməmişdi. Lakin Ümummilli Liderin hakimiyyəti illərində qaçqınlara və məcburi köçkünlərə dövlətin diqqət və qayğısı artırılmış, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər görülməyə başlanmışdır. Ulu Öndər Heydər Əliyevin xalqımıza ünvanladığı 2003-cü il 1 oktyabr tarixli müraciətini xatırladan Əli Həsənov bildirmişdir ki, ömrünün böyük qismini Azərbaycanın dövlətçiliyinə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına həsr etmiş Ümummilli Lider həmin müraciətdə də bu yolda bütün gücünü və iradəsini yalnız müdrik və qədirbilən xalqımızdan aldığını qeyd etmişdir. Ən çətin anlarda Ulu Öndər yalnız və yalnız Azərbaycan xalqına arxalanmışdır. Əli Həsənov vurğulamışdır ki, Ümummilli Liderin səhhəti ona başladığı bir sıra perspektivli planları həyata keçirməyə imkan vermədi. Buna görə də Ulu Öndər müraciətində onun axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Prezident İlham Əliyevin tamamlayacağından əminliyini ifadə etmiş və Azərbaycan xalqından onun siyasi varisini dəstəkləməsini istəmişdir. Baş nazirin müavini bildirmişdir ki, bu gün Ulu Öndərin həmin tarixi müraciətində qeyd olunan məsələlərin demək olar ki, hamısı öz həllini tapmışdır. Bu isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ümummilli Liderin siyasətini uğurla davam etdirməsi nəticəsində mümkün olmuşdur. Bu gün Azərbaycanda Dağlıq Qarabağ münaqişəsindən başqa heç bir ciddi problemin qalmadığını söyləyən Komitə sədri əmin olduğunu bildirmişdir ki, bu münaqişənin həlli istiqamətində Prezident İlham Əliyevin gördüyü işlər tezliklə öz nəticəsini verəcəkdir. Daha sonra çıxış edən Milli Məclisin deputatı Flora Qasımova demişdir ki, ümummilli lider Heydər Əliyev müstəqillik yolunda ilk qədəmlərini atan Azərbaycanın ən mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik məsuliyyətini öz üzərinə götürərək xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirmiş, xalqımızın ən görkəmli şəxsiyyəti kimi tarixdə silinməz iz qoymuşdur. Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Əliyev də ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışmış, Ulu Öndərin əbədiyaşar ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır. Tədbirdə Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatında və prezident seçkilərində fəal iştirak etdiklərinə görə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun bir qrup əməkdaşına fəxri fərmanlar verilmişdir.
02 İyul, 2025 / Mətbuat xidmətinin məlumatı Cəbrayıla qayıdış: yeni başlanğıclar...
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Qayıdış davam edir – onlar doğma yurdlarını yenidən dirçəldir
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
25 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilərin keçirilməsi ilə əlaqədar Elan
25 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Yeni günə oyanan Ağalı...
24 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
24 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə və Ağdam rayonunlarına növbəti köç yola salındı
23 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması ilə bağlı iclas keçirilib
23 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib
21 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşlarını təltif edib
21 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Qarabağ — Azərbaycanın dilbər guşəsi, musiqimizin beşiyi
19 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Laçında yeni səhər, yeni həyat...
18 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
18 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
17 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı 27 ölkənin diplomatına Böyük Qayıdış prosesi haqqında məlumat verilib
14 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Şirvanda keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərilib
11 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Doğma yurda qayıdışın ilk ünvanı – Ağalı kəndi...
04 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Azad, abad Ağalı kəndimiz...
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı “Qarabağda gələcək” adlı sərgi və satış-yarmarka təşkil edilib