"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1342
Münaqişənin həllinin uzanmasından daha çox qaçqın və məcburi köçkünlər əziyyət çəkirlər
Mətbuat xidmətinin məlumatı 04 Dekabr, 2013
Dekabrın 4-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Haydrun Tempellə görüşmüşdür. Azərbaycanda yeni fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edən və ona gələcək fəaliyyətində uğurlar arzulayan Baş nazirin müavini cənab Əli Həsənov Azərbaycanla Almaniya arasındakı əlaqələrin yaxşı əsaslar üzərində qurulduğunu diqqətə çatdırmaqla bu əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirmişdir. O, həmçinin bu ölkəni təmsil edən beynəlxalq humanitar təşkilatların xətti ilə azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə göstərilən köməkliyə görə Almaniya Federativ Respublikası hökumətinə təşəkkürünü bildirmişdir. Ermənistanın hərbi təcavüzünün nəticələri, qaçqın və məcburi köçkünlərin vəziyyəti və onların sosial, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması sahəsində görülən işlər və digər məsələlər barədə ətraflı söhbət açılan görüşdə həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun yaranma tarixi və səbəbləri, Azərbaycan dövlətinin münaqişənin həlli istiqamətində yürütdüyü siyasət, Ermənistanın qeyri-konstruktiv mövqe tutması nəticəsində problemin hələ də həllini tapmaması, ATƏT-in Minsk qrupunun, eləcə də bəzi nüfuzlu beynəlxalq təşkilatların problemin həllinə loyal münasibət bəsləmələri və digər məsələlər barədə fikir mübadiləsi aparılmışdır. Baş nazirin müavini Əli Həsənov onu da diqqətə çatdırmışdır ki, Azərbaycan dövləti hazırda bu təbəqədən olan vətəndaşlarının bütün problemlərinin həllini öz üzərinə götürüb və bu işin öhdəsindən lazımınca gəlir. Ancaq bunlara baxmayaraq ölkədə beynəlxalq humanitar və yerli qeyri-hökumət təşkilatlarının fəaliyyətlərini davam etdirməsinə də zərurət var. Onların fəaliyyəti üçün Azərbaycan hökuməti tərəfindən hərtərəfli şərait yaradıldığını deyən Əli Həsənov bildirmişdir ki, hazırda ölkəmizdə Almaniya hökumətinin də təmsil olunduğu 30-a yaxın beynəlxalq və 70-ə yaxın yerli qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Hərtərəfli məlumata və səmimi görüşə görə minnətdarlığını bildirən almaniyalı diplomat Almaniyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatının nümayəndəsinin də daxil olduğu bu görüşə gəlməsinin əsas məqsədinin ölkəsinin Avropa ailəsində Azərbaycandakı qaçqın və məcburi köçkün probleminin həllinə adıçəkilən təşkilatın xətti ilə kömək göstərməkdən ibarət olduğunu vurğulamışdır. Almaniya ictimaiyyəti arasında bütün bunlardan az məlumatlı olduqlarından təəssüfləndiyini dilə gətirən xanım Haydrun Tempel onu da bildirmişdir ki, qaçqın və məcburi köçkün problemi ilə bağlı yeni layihə həyata keçirməyə hazırlaşırlar ki, yaxın vaxtlarda da buna başlanılacaqdır. Görüşdə qonaq həmçinin Azərbaycanın sürətli inkişafından, burada gördüyü səmimi münasibətdən məmnunluğunu ifadə edərək xüsusilə bu yaxınlarda Göygöl rayonuna səfəri zamanı burada vaxtilə almanların yaşadığı ərazinin orjinal arxitekturasının və şəhər quruluşunun qorunub saxlanmasını və Azərbaycan hökuməti tərəfindən alman irsinə xüsusi diqqət göstərildiyini yüksək dəyərləndirmişdir.
02 İyul, 2025 / Mətbuat xidmətinin məlumatı Cəbrayıla qayıdış: yeni başlanğıclar...
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Qayıdış davam edir – onlar doğma yurdlarını yenidən dirçəldir
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
25 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilərin keçirilməsi ilə əlaqədar Elan
25 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Yeni günə oyanan Ağalı...
24 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
24 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə və Ağdam rayonunlarına növbəti köç yola salındı
23 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması ilə bağlı iclas keçirilib
23 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib
21 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşlarını təltif edib
21 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Qarabağ — Azərbaycanın dilbər guşəsi, musiqimizin beşiyi
19 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Laçında yeni səhər, yeni həyat...
18 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
18 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
17 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı 27 ölkənin diplomatına Böyük Qayıdış prosesi haqqında məlumat verilib
14 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Şirvanda keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərilib
11 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Doğma yurda qayıdışın ilk ünvanı – Ağalı kəndi...
04 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Azad, abad Ağalı kəndimiz...
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı “Qarabağda gələcək” adlı sərgi və satış-yarmarka təşkil edilib