XƏBƏRLƏR
Çap et
1659
Məcburi köçkünlər üçün İsmayıllı rayonunda istifadəyə verilmiş yeni yaşayış qəsəbəsinə köçürülmə başa çatdırıldı
Mətbuat xidmətinin məlumatı
11 Noyabr, 2013
Ölkəmizdəki qaçqın və məcburi köçkün probleminin Azərbaycan dövləti üçün prioritet məsələ olduğunu daim bəyan edən dövlətimizin başçısı cənab İlham Əliyev mövqeyini tam şəkildə açıqlayaraq bildirmişdir ki, Azərbaycanın bir qarış da olsun torpağı düşmənə verilməyəcək və nə qədər ki, sülh danışıqları davam edir, müxtəlif məskunlaşma obyektlərində ağır şəraitdə yaşayan məcburi köçkünlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, onların məşğulluqlarının təmin edilməsi üçün imkan daxilində hərtərəfli şərait yaradılacaqdır. Bütün bunlar isə özlüyündə bir daha bu sahənin, həmişə olduğu kimi, hazırda da dövlət başçısının daimi diqqət mərkəzində durduğunu göstərir.
Ötən müddət ərzində ölkə başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramına və ona edilmiş Əlavələrə uyğun olaraq müxtəlif ərazilərdə məcburi köçkünlər üçün salınmış qəsəbələrin və digər zəruri obyektlərin açılışlarında cənab Prezidentin iştirakı, məcburi köçkünlərlə görüşü, onlarla birbaşa ünsiyyətdə olması, bu tədbirlər zamanı dərin məzmunlu çıxışları, onların qayğı və problemləri ilə yerində maraqlanması da məhz bu deyilənlərin bariz nümunəsidir. Bütün bunlar isə bu təbəqədən olan soydaşlarımız arasında yüksək əhval-ruhiyyə, sabaha inam hissi yaratmaqla yanaşı, istər məcburi köçkünlərimizin, istərsə də ölkəmizin həyatında mühüm önəm daşıyır. Eyni zamanda bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan dövləti öz vətəndaşlarının taleyi, həyat tərzi ilə daim maraqlanır, onların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması üçün mümkün variantlardan lazımınca istifadə edir və bundan sonra da istifadə edəcəkdir.
Dövlətimizin başçısının bu sahəyə gündəlik qayğı və diqqətinin nəticəsidir ki, təkcə cari il ərzində Bakı Dövlət Universitetinin yataqxanalarında və Binəqədi rayonu ərazisindəki Təcili Tibbi Yardım Stansiyasının tikintisi yarımçıq qalmış binasında müvəqqəti məskunlaşmış məcburi köçkünlərin Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində tikilmiş 1440 ailəlik məhəlləyə, Mingəçevir şəhərindəki istismar müddəti başa çatmış fin tipli qəsəbələrdə və məktəb binalarında məskunlaşan məcburi köçkünlərin yeni salınmış 502 ailəlik məhəlləyə, Dövlət Neft Akademiyasının yataqxanalarında məskunlaşmış məcburi köçkünlərin Abşeron rayonunun Masazır qəsəsəbəsində 760 ailə üçün inşa edilmiş şəhərciyə köçürülməsindən sonra Qəbələ rayonunda turizmin inkişaf etdirilməsi istiqamətində aparılan quruculuq işləri ilə əlaqədar köçürülməsinə zərurət yaranmış obyektlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün rayonun Zarağan bələdiyyəsinin ərazisində inşa edilərək hələ 2010-cu ildə istifadəyə verilmiş 195 ailəlik məhəllənin ərazisində tikilmiş daha 155 ailəlik 2 ədəd beşmərtəbəli yeni yaşayış binalarına köçürülmə də qısa vaxt ərzində başa çatdırılmışdır.
Bu günlərdə isə İsmayıllı rayonu ərazisində yenicə istifadəyə verilmiş daha bir qəsəbəyə -45 ailəlik qəsəbəyə məktəblərdə yaşayan məcburi köçkünlərin köçürülmə prosesi yekunlaşmış və qısa vaxt ərzində artıq yeni qəsəbədə 45 məcburi köçkün ailəsi yeni mənzillə təmin olunmuşdur. Digər ərazilərdə olduğu kimi, bu qəsəbədə də mənzillər də ailə tərkibinə görə müvafiq rayon İH nümayəndələrinin və məcburi köçkün icmalarının nümayəndələrinin iştirakı ilə püşk atma yolu ilə paylanmışdır.
Qəsəbə su, elektrik və qaz təchizatı ilə tam təmin edilmiş, yol-küçə şəbəkəsi, yaşıllaşdırma işləri də yüksək səviyyədə aparılmışdır.
Bundan başqa ərazidə 96 yerlik məktəb binası və tib məntəqəsi də tikilmişdir. Hər bir ailəyə isə 12 sot həyətyanı torpaq sahəsi verilibdir.
Ümumiyyətlə, 2001-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 2,5 milyon kvadrat metr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 82 müasir qəsəbə salınmış, 40 min ailə 180 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır.
Yeni evlərə köçürülən məcburi köçkünlər ölkəmizin başçısı cənab İlham Əliyevə yaratdığı bu cür şəraitə, onları belə mənzillərlə təmin etdiyinə görə dərin minnətdarlıqların bildirməklə onu da vurğulayırlar ki, bu indiki şəraitdə onlar üçün dövlət başçısı tərəfindən ən böyük hədiyyə, diqqət və qayğıdır. Düzdür, bura da onlar üçün müvəqqəti məskunlaşma yerləridir. Amma insanın yaşaması, yaratması üçün onun rahat, geniş evə çox ehtiyacı var. İndi məcburi köçkünlər də ağır şəraitdən xilas olub belə gözəl, geniş, müasir tipli, yaşayış üçün hər cür şəraitlə təmin olunmuş evlərə köçürülüblər. Bu bir daha onu təsdiqləyir ki, Prezidentimiz cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət sayəsində düşmən üzərində də qələbə çalaraq doğma yurdlarımıza qayıdacağıq.
30 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib
20 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin kollektivi 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib
18 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
18 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
17 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər üçün növbəti maarifləndirmə tədbiri keçirilib
16 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
16 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
15 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocalı şəhəri və Ballıca kəndinə çatıb
15 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Şuşa, Xocalı və Ballıcaya növbəti köç karvanı yola salınıb
14 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər üçün növbəti maarifləndirmə tədbiri keçirilib
13 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
13 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
31 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkünlərin Həmrəylik Günü və Yeni il təbriki
30 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə videoçarx hazırlayıb
29 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Xuraman Qasımova: “Qarabağ möcüzəli torpaqdır”
27 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
27 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb
25 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
25 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
24 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər Prezident İlham Əliyevi təbrik ediblər