XƏBƏRLƏR
Çap et
1723
Beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qərar və qətnamələrin hələ də icra olunmaması təəssüf doğurur
Mətbuat xidmətinin məlumatı
01 Noyabr, 2013

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov noyabrın 1-də Braziliya-Azərbaycan dostluq qrupunun sədri, Deputatlar Palatasının müvəkkili Klaudio Kajadonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Əli Həsənov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi və ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat vermişdir. Bildirilmişdir ki, son 200 il ərzində Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalmışlar.
XIX əsrin əvvəllərindən başlayaraq Qafqazı işğal edən çar Rusiyasının sistemli siyasəti nəticəsində qonşu ölkələrin ərazisindən ermənilərin kütləvi şəkildə Azərbaycana, o cümlədən Dağlıq Qarabağ ərazisinə köçürülməsi həyata keçirilmişdir.
Baş nazirin müavini Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin – Dağlıq Qarabağ və ona bitişik 7 inzibati rayonun işğal olunduğunu, bir milyon iki yüz min soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, milli-mədəni sərvətlərimizin talan olunduğunu, bütün infrastrukturun dağıdıldığını qonaqların diqqətinə çatdırmışdır.
Əli Həsənov vurğulamışdır ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında dörd qətnamə qəbul olunmuşdur. Ermənistanın təcavüzkar siyasəti Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə pislənilmişdir. Təəssüf ki, bu qərar və qətnamələr hələ də kağız üzərində qalır. Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan Ermənistan işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirməkdədir. Vurğulanmışdır ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməmişdir.
Əli Həsənov bildirmişdir ki, Azərbaycan Hökuməti qaçqın və məcburi köçkünlərin ehtiyaclarını ödəmək üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər görür. Diqqətə çatdırılmışdır ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədi ilə Azərbaycan Hökuməti son 20 ildə 5,4 milyard ABŞ dolları məbləğində vəsait xərcləmişdir. Dövlət Neft Fonduna yığılan vəsait hesabına 180 min qaçqın və məcburi köçkün yeni qəsəbələrə köçürülmüşdür. Təkcə bu il isə qaçqın və məcburi köçkünlər üçün 700 milyon dollar vəsait sərf olunmuşdur ki, bunun 300 milyon dollarını komitənin, qalan 400 milyon dollarını isə Dövlət Neft Fondunun büdcəsi təşkil edir.
Əli Həsənov demişdir ki, yürütdüyü təcavüzkar siyasət nəticəsində Ermənistan regionda Azərbaycan tərəfindən həyata keçirilən bütün irimiqyaslı layihələrdən kənarda qalmışdır.
Baş nazirin müavini, həmçinin Azərbaycan ilə Braziliya arasında əlaqələrdən danışmışdır. Əli Həsənov bildirmişdir ki, Azərbaycan Braziliya ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Ölkələrimiz arasındakı münasibətləri daha da inkişaf etdirmək üçün kifayət qədər imkanlar vardır.
Klaudio Kajado ətraflı məlumata görə Əli Həsənova təşəkkürünü bildirmiş, Azərbaycanda onlara göstərilən qonaqpərvərliyi yüksək qiymətləndirdiklərini vurğulamışdır.
Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən danışan qonaq qeyd etmişdir ki, bu mötəbər tədbirdə müzakirə olunan məsələlər bütün dünya, o cümlədən Braziliya üçün çox önəmlidir.
Klaudio Kajado nüfuzlu beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qərar və qətnamələrin hələ də icra olunmamasından təəssüfləndiyini bildirmişdir.
Azərbaycanın geosiyasi baxımdan əlverişli mövqedə yerləşdiyini deyən qonaq parlamentlərarası dostluq qrupunun sədri kimi ölkəmiz ilə münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsinə çalışacağını diqqətə çatdırmışdır.
Sonda qonaqlara Ermənistanda azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasətini və erməni silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalının ağır nəticələrini əks etdirən kitab və videodisk təqdim olunmuşdur.
04 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Azad, abad Ağalı kəndimiz...
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
“Qarabağda gələcək” adlı sərgi və satış-yarmarka təşkil edilib
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Mətbuat xidmətinin məlumatı
31 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb
31 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı yola salınıb
30 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Vəkillər keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərib
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı yola salınıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Laçınım mənim...
23 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
23 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocalı rayonuna çatıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Xocalıya növbəti köç karvanı yola salınıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turniri keçirilib
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Ata yurdunda ilk addımlar...
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb