"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1337
Dövlətqaçqınkomun kollegiya iclasında doqquz ayın nəticələri və qarşıda duran vəzifələr müzakirə edilmişdir
Mətbuat xidmətinin məlumatı 28 Oktyabr, 2013
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənovun sədrliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin cari ilin doqquz ayının yekunlarına həsr olunmuş kollegiya iclası keçirilmişdir. Kollegiya iclasında əsasən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı proqram xarakterli nitqində irəli sürülmüş vəzifələr müzakirə olunaraq öncə qeyd edilmişdir ki, ölkədə davamlı sosial-iqtisadi inkişafa nail olunması, son on ildə qazanılmış möhtəşəm uğurlar Prezident İlham Əliyevin növbəti seçkilərdə də inamlı qələbəsini təmin etmişdir. Bütün Azərbaycan xalqı kimi, qaçqın və məcburi köçkün soydaşlarımız da bu qələbəni dövlətimizin başçısının həyata keçirdiyi məqsədyönlü daxili və xarici siyasətin qanunauyğun nəticəsi kimi dəyərləndirirlər. Hesabat dövründə Dövlətqaçqınkomda görülən işlərdən söhbət açılarkən bildirilmişdir ki, bu müddət ərzində Komitənin və yerli bölmələrin rəhbərliyi və əməkdaşları bu təbəqədən olan soydaşlarımızla mütəmadi təmasda olmuş, onların sosial problemlərinin öyrənilməsi, üzləşdikləri çətinliklərin vaxtında aradan qaldırılması istiqamətində zəruri iş aparmışlar. Dövlətqaçqınkomun kollektivinin fəaliyyətində yenə də başlıca yeri xüsusilə məcburi köçkünlərin yığcam məskunlaşdıqları yerlərdə - yataqxana, pansionat, sanatoriya və digər məskunlaşma obyektlərində kommunal şəraitin yaxşılaşdırılması, bu baxımdan onları narahat edən problemlərin həllinə nail olunması tutmuşdur. Təbii ki, son illər məcburi köçkünlər üçün müxtəlif ərazilərdə salınmış qəsəbələr, hündürmərtəbəli yaşayış binaları kompleksləri bu soydaşlarımızın sosial-məişət şəraitlərinin yaxşılaşdırılmasında, müxtəlif problemlərin aradan qaldırılmasında mühüm önəm daşıyır. Yeni mənzillərə köçürülən soydaşlarımız dövlətimizin bu qayğısını yüksək qiymətləndirir, yaradılan hərtərəfli şəraitdən minnətdarlıqlarını bildirirlər. Belə ki, kollegiya iclasında da qeyd olunduğu kimi, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq olunmuş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»na 31 oktyabr 2007-ci il tarixli sərəncamla edilmiş Əlavələrin icrası ilə əlaqədar ötən müddət ərzində Mingəçevir şəhəri ərazisindəki fin tipli qəsəbədə və məktəblərdə ,Yasamal rayonu, BDU-nun yataqxanalarında, Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsində yerləşən Təcili Tibbi Yardım Stansiyasının yarımçıq binasında, Dövlət Neft Akademiyasının yataqxanasında və Qəbələ rayonu ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin yeni salınmış yaşayış komplekslərinə köçürülməsi təmin edilmişdir. Bundan əlavə Bərdə rayonu ərazisində məktəblərdə məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi məqsədi ilə Bərdə rayonu ərazisində yeni salınmış 886 ailəlik qəsəbəyə köçürüləcək ailələrin köçürülməsi üçün hazırlıq işləri başa çatdırılmışdır ki, tezliklə bu işlərə də başlanılacaq. Kollegiya iclasına yekun vuran Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri cənab Əli Həsənov iclasın gündəliyinə daxil edilmiş məsələlərin müzakirəsinə münasibət bildirərək ümumilikdə kollektivin ötən müddətdəki fəaliyyətini müsbət dəyərləndirmiş, qarşıda duran vəzifələrdən danışmışdır. Bir daha cənab Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışına toxunan Baş nazirin müavini bildirmişdir ki, cənab İlham Əliyev müşavirədəki çıxışında ötən doqquz ayın çox uğurlu keçdiyini, qarşıda qoyulan vəzifələrin icra edildiyini və bundan sonra da Azərbaycanın uğurlu inkişafının təmin ediləcəyini bildirmişdir. Bu baxımdan Dövlətqaçqınkomun kollektivinin də qarşısında mühüm vəzifələr durur. Bu vəzifələrin öhdəsindən gəlmək üçün cənab Prezident tərəfindən hər cür şərait yaradılıb və bundan sonra da yaradılacaqdır. Dövlətə, dövlətçiliyə öz sədaqətləri ilə daim seçilən, Azərbaycan Prezidentinin ətrafında sıx birləşən qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinin həlli istiqamətində bundan sonra da genişmiqyaslı təbirlərin həyata keçiriləcəyini bildirən Ə.Həsənov bu təbəqədən olan insanların 9 oktyabr Prezident seçkilərindəki fəallıqlarını da müsbət qiymətləndirərək bildirmişdir ki, bununla onlar xoşbəxt gələcəyə, sabitliyə, əmin-amanlığa səs verdilər və özlərinin Heydər Əliyev siyasi kursunun, Prezident İlham Əliyevin ən etibarlı və sınanmış sosial bazası olduqlarını bir daha nümayiş etdirdilər. Təbii ki, bu seçim qaçqın və məcburi köçkünlərimizin həyatında daha mühüm tədbirlərin həyata keçiriləcəyinə, onların doğma ocaqlarına məhz cənab İlham Əliyevin qətiyyəti və düşünülmüş siyasəti nəticəsində qayıdacaqlarına əminlikdən yaranan düzgün seçim idi.
04 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Azad, abad Ağalı kəndimiz...
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı “Qarabağda gələcək” adlı sərgi və satış-yarmarka təşkil edilib
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
31 May, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb
31 May, 2025 / Mətbuat xidmətinin məlumatı Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı yola salınıb
30 May, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı Vəkillər keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərib
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı yola salınıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı Laçınım mənim...
23 May, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
23 May, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocalı rayonuna çatıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı Xocalıya növbəti köç karvanı yola salınıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turniri keçirilib
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı Ata yurdunda ilk addımlar...
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb