"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1433
Bakı şəhəri və Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin nəzərinə
Mətbuat xidmətinin məlumatı 19 Oktyabr, 2013
Məcburi köçkünlər tərəfindən mənzil problemi ilə əlaqədar olaraq müxtəlif dövlət, hökumət orqanlarına, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə edilmiş çoxsaylı müraciətlə bağlı bildiririk ki, məcburi кючкцнлярин сосиал, мянзил-мяишят şəraitinin yaxşılaşdırılması Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və həmin Dövlət Proqramına edilmiş Əlavələrə əsasən daha ağır şəraitdə yaşayan ailələrin vəziyyəti nəzərə alınmaqla mərhələli şəkildə həyata keçirilir. 2003-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 37,0 min ailə və ya 166 min nəfərdən çox məcburi köçkün üçün 2,2 milyon kvadrat metr sahəsi olan 61 qəsəbə və fərdi evlər inşa edilmiş, 120 məktəb, 6 musiqi məktəbi, 33 uşaq bağçası, 37 tibb müəssisəsi, 34 klub- icma mərkəzi, 28 rabitə evi tikilmiş, 490,6 kilometr yol, 644,0 kilometr su, 1059,0 kilometr hava elektrik, 310,0 kilometr qaz, 75,5 kilometr kanalizasiya, 20 kilometr istilik xətləri çəkilmiş, 581 müxtəlif gücə malik olan elektrik transformatoru quraşdırılmışdır. Ümumiyyətlə, 2001-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 2,5 milyon kvadrat metr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 82 müasir qəsəbə salınmış, 40 min ailə 180 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Dövlətqaçqınkomun mətbuat xidməti olaraq Bakı şəhəri və Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin nəzərinə çatdırırıq ki, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi və Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış yeni hünüdürmərtəbəli yaşayış binaları kompleksinə Bakı şəhəri ərazisində ağır şəraitdə yaşayan məcburi köçkünlərin köçürülməsi başa çatdırılmışdır. Məlumat üçün bildiririk ki, Bakı şəhəri və Abşeron rayonu ərazisində yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Dövlətqaçqınkom tərəfindən müvafiq tədbirlər görülür. Abşeron rayonunun Qobu bələdiyyəsi ərazisində ilkin mərhələdə 8000 ailənin məskunlaşdırılması üçün 2014-cü ildə həmin ərazidə layihələndirmə işlərinə başlanılacaq, 2015-ci ildə yaşayış kompleksinin texniki infrastrukturunun (mühəndis hazırlıq işləri, su, işıq, qaz, istilik sistemi və.s) qurulması və 2016-cı ildə isə mənzillərin tikintisi başa çatdırlıaraq məcburi köçkünlərin həmin əraziyə köçürülməsi prosesinə başlanılacaqdır. Bir daha məcburi köçkünlərin nəzərinə çatdırırıq ki, məcburi köçkünlərin problemlərinin həlli Dövlətin və Komitənin gündəlik nəzarətindədir və bu sahədə işlər mərhələli şəkildə həyata keçirilir.
02 İyul, 2025 / Mətbuat xidmətinin məlumatı Cəbrayıla qayıdış: yeni başlanğıclar...
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Qayıdış davam edir – onlar doğma yurdlarını yenidən dirçəldir
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
25 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilərin keçirilməsi ilə əlaqədar Elan
25 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Yeni günə oyanan Ağalı...
24 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
24 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə və Ağdam rayonunlarına növbəti köç yola salındı
23 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması ilə bağlı iclas keçirilib
23 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib
21 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşlarını təltif edib
21 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Qarabağ — Azərbaycanın dilbər guşəsi, musiqimizin beşiyi
19 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Laçında yeni səhər, yeni həyat...
18 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
18 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
17 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı 27 ölkənin diplomatına Böyük Qayıdış prosesi haqqında məlumat verilib
14 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Şirvanda keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərilib
11 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Doğma yurda qayıdışın ilk ünvanı – Ağalı kəndi...
04 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Azad, abad Ağalı kəndimiz...
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı “Qarabağda gələcək” adlı sərgi və satış-yarmarka təşkil edilib