XƏBƏRLƏR
Çap et
1402
Fransalı senatorlar məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olmuşlar
Mətbuat xidmətinin məlumatı
10 Oktyabr, 2013

Azərbaycanda səfərdə olan Fransa Senatının deputatı xanım Natali Qulenin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 8-də məcburi köçkünlərlə görüşmüşdür.
Nümayəndə heyəti əvvəlcə Bakı İdarəetmə və Texnologiya Kollecinin yataqxanasında olmuşdur.
Yataqxanadakı şəraitlə maraqlanan qonaqlar Füzuli rayonundan olan məcburi köçkün Abbas Əliyevin ailəsinin yaşadığı otağa baxmışlar.
Dövlətqaçqınkomun sədr müavini Gəray Fərhadov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və nəticələri, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülən işlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuş, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
Qeyd edilmişdir ki, Ermənistanın təcavüzkar siyasəti BMT, ATƏT, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə dəfələrlə pislənilmişdir. Həmçinin erməni silahlı qüvvələrinin işğal altındakı ərazilərdən çıxarılması, öz doğma yurd-yuvalarından didərgin salınmış qaçqın və məcburi köçkünlərin geri qayıtma hüququnun bərpası tələb edilmişdir. Bununla belə beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan və danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutan Ermənistan işğal altında saxladığı ərazilərimizdə qanunsuz fəaliyyətini davam etdirməkdədir. Nəzarətdən kənarda qalmış bu ərazilərdə narkotik vasitələr əkilib-becərilir, transmilli cinayətkarlığın digər təhlükəli növləri tüğyan edir. Həmin nəzarətsiz zona böyük həcmdə narkotiklərin MDB və Avropa ölkələrinə tranzit marşrutuna çevrilmişdir.
Nümayəndə heyətinə qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə görülmüş işlər barədə də məlumat verilmişdir. Bildirilmişdir ki, son illərdə qaçqın və məcburi köçkünlər üçün 82 müasir qəsəbə salınmışdır. Bu qəsəbələrdə 160 minə yaxın qaçqın və məcburi köçkün yerləşdirilmişdir. Hazırda bu istiqamətdə işlər intensiv şəkildə davam etdirilir.
Görüşdə qonaqları maraqlandıran suallar cavablandırılmışdır.
Sonra Fransa Senatının nümayəndə heyəti Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin yaşayış şəraiti ilə də tanış olmuşdur.
Məhəllə ilə tanışlıq zamanı qonaqlara məlumat verilmişdir ki, buradakı 1440 mənzildən 211-i birotaqlı, 659-u ikiotaqlı, 429-u üçotaqlı, 141-i isə dördotaqlıdır. Ərazidə klub-icma mərkəzi, inzibati bina, təcili yardım stansiyası, poçt şöbəsi və ikiçıxışlı yanğınsöndürmə deposu da vardır. Hazırda qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir, yeni qəsəbə və məhəllələr salınır.
Qonaqlar Ağdam rayonundan məcburi köçkün Nazilə Tağıyevanın evində çay süfrəsinə qonaq olmuş, məhəllədə tikilən 1300 şagird yerlik orta məktəb binasına baxmışlar.
Senatorlar qaçqın və məcburi köçkünlərin tezliklə doğma torpaqlarına qayıdacaqlarına inandıqlarını vurğulamış, Fransa ictimaiyyətinə onların vəziyyəti haqqında məlumat verəcəklərini bildirmişlər. Qonaqlar Azərbaycanda qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirmişlər.
02 İyul, 2025 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıla qayıdış: yeni başlanğıclar...
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Qayıdış davam edir – onlar doğma yurdlarını yenidən dirçəldir
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
25 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilərin keçirilməsi ilə əlaqədar Elan
25 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Yeni günə oyanan Ağalı...
24 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
24 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdərə və Ağdam rayonunlarına növbəti köç yola salındı
23 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması ilə bağlı iclas keçirilib
23 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib
21 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşlarını təltif edib
21 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Qarabağ — Azərbaycanın dilbər guşəsi, musiqimizin beşiyi
19 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Laçında yeni səhər, yeni həyat...
18 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
18 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
17 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
27 ölkənin diplomatına Böyük Qayıdış prosesi haqqında məlumat verilib
14 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Şirvanda keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərilib
11 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Doğma yurda qayıdışın ilk ünvanı – Ağalı kəndi...
04 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Azad, abad Ağalı kəndimiz...
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
“Qarabağda gələcək” adlı sərgi və satış-yarmarka təşkil edilib