XƏBƏRLƏR
Çap et
1513
Qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə iranlı qonaqlara ətraflı məlumat verilmişdir.
Mətbuat xidmətinin məlumatı
06 Avqust, 2013

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov avqustun 6-da İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyətinin prezidentinin səhiyyə, müalicə və reabilitasiya üzrə müavini Əfsin Əlixaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair məsələlər müzakirə olunmuş, qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılmışdır.
Azərbaycan ilə İran arasında sıx dini, tarixi, mədəni münasibətlərin olduğunu diqqətə çatdıran Baş nazirin müavini bildirmişdir ki, ölkələrimiz arasında əlaqələr dərinləşir və inkişaf edir. İranın Qızıl Aypara Cəmiyyətinin xətti ilə Azərbaycanda müxtəlif humanitar layihələr həyata keçirilir.
Əli Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən, ölkəmizdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışmışdır. Bildirmişdir ki, Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun ərazisi işğal olunmuş, bir milyon 200 min soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Bu gün Azərbaycan istənilən yolla işğal altındakı torpaqlarını azad etməyə qadirdir.
Komitə sədri qonaqlara Prezident İlham Əliyev və beynəlxalq təşkilatlar tərəfindən qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən də danışmışdır. Bildirmişdir ki, dövlətimizin başçısının bu sahəyə olan diqqəti və qayğısı nəticəsində qaçqınların və məcburi köçkünlərin problemləri həll edilir. Qaçqın və məcburi köçkünlər üçün 82 müasir qəsəbə salınmışdır. Bu qəsəbələrdə 160 minə yaxın qaçqın və məcburi köçkün yerləşdirilmişdir. Hazırda bu istiqamətdə işlər intensiv şəkildə davam etdirilir.
Baş nazirin müavini diqqətə çatdırmışdır ki, Prezident İlham Əliyev artıq ölkəmizin 2020-ci ilədək strateji istiqamətlərini müəyyənləşdirmişdir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında yoxsulluğun aradan qaldırılması, iqtisadiyyatımızın neftdən asılılığının minimuma endirilməsi, Azərbaycanda insan hüquqlarının qorunmasının beynəlxalq standartlara çatdırılması, korrupsiyaya qarşı mübarizənin maksimum gücləndirilməsi və digər məsələlər nəzərdə tutulur.
Əli Həsənov qeyd etmişdir ki, bir milyondan artıq məcburi köçkünü olan Azərbaycan öz inkişaf dövrünü yaşayır, beynəlxalq tədbirlərə, forumlara ev sahibliyi edir. Azərbaycan dünyanın tolerant ölkələrindən birinə çevrilmişdir. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, o cümlədən müxtəlif dinlərin təmsilçiləri arasında bir-birinə qarşı tolerant yanaşma mövcuddur.
Səmimi görüşə görə minnətdarlığını bildirən Əfsin Əlixani ölkələrimiz arasında münasibətlərdən söhbət açmış, təmsil etdiyi təşkilatın gördüyü işlərdən danışmışdır.
Azərbaycanın sürətlə inkişaf etdiyini deyən qonaq, İranın ölkəmizin əldə etdiyi nailiyyətlərə sevindiyini bildirmişdir.
Qonaqlara Ermənistanda azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasətinin və erməni silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalının ağır nəticələrini əks etdirən məlumat kitabçası və videodisk təqdim olunmuşdur.
Sonra nümayəndə heyəti Dərnəgül tələbə şəhərciyindəki Bakı İdarəetmə və Texnologiya Kollecinin yataqxanasına baş çəkmişlər.
Qonaqlar Ağdam rayonundan olan məcburi köçkünlər - şəhid ailələrinin üzvləri Zümrüd Quliyeva və Qəndab Səmədovanın problemləri ilə maraqlanmışlar. Məcburi köçkünlər daim öz doğma torpaqlarına qayıtmaq arzusunda olduqlarını diqqətə çatdırmışlar.
Əfsin Əlixaninin rəhbərlik etdiyi nümayəndə heyəti Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 1440 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllədə də olmuşdur.
Qonaqlar Ağdam rayonundan olan məcburi köçkün Nazilə Tağıyevanın evində yaradılmış şəraitlə maraqlanmışlar.
Öz doğma yurd-yuvalarına dönmək arzusunda olduqlarını dilə gətirən məcburi köçkün N.Tağıyeva onlar üçün yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirmişdir.
Məhəllədə tikilən 1300 şagird yerlik Ağdam rayon 33 nömrəli tam orta məktəb ilə tanış olan qonaqların diqqətinə çatdırılmışdır ki, müasir təlim avadanlığı ilə diqqəti cəlb edən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılmışdır.
Nümayəndə heyəti Azərbaycanda qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirmişlər.
02 İyul, 2025 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıla qayıdış: yeni başlanğıclar...
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Qayıdış davam edir – onlar doğma yurdlarını yenidən dirçəldir
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
25 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilərin keçirilməsi ilə əlaqədar Elan
25 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Yeni günə oyanan Ağalı...
24 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
24 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdərə və Ağdam rayonunlarına növbəti köç yola salındı
23 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması ilə bağlı iclas keçirilib
23 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib
21 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşlarını təltif edib
21 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Qarabağ — Azərbaycanın dilbər guşəsi, musiqimizin beşiyi
19 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Laçında yeni səhər, yeni həyat...
18 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
18 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
17 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
27 ölkənin diplomatına Böyük Qayıdış prosesi haqqında məlumat verilib
14 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Şirvanda keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərilib
11 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Doğma yurda qayıdışın ilk ünvanı – Ağalı kəndi...
04 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Azad, abad Ağalı kəndimiz...
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
“Qarabağda gələcək” adlı sərgi və satış-yarmarka təşkil edilib