"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1296
İtaliyalı gənclər Dövlətqaçqınkomda olmuşdur.
Mətbuat xidmətinin məlumatı 27 İyun, 2013
Azərbaycanda səfərdə olan İtaliyanın “Giovani nel Mondo” gənclər təşkilatının nümayəndələri iyunun 27-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olmuşlar. İtaliyalı qonaqlar əvvəlcə ölkəmizdə qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlərə dair fotolardan ibarət stend və maketə, habelə 1988-1993-cü illərdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü əks etdirən xəritəyə baxmışlar. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və nəticələri, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülən işlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuş, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Qeyd edilmişdir ki, Ermənistanın təcavüzkar siyasəti BMT, ATƏT, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə dəfələrlə pislənilmişdir. Həmçinin erməni silahlı qüvvələrinin işğal altındakı ərazilərdən çıxarılması, öz doğma yurd-yuvalarından didərgin salınmış qaçqın və məcburi köçkünlərin geri qayıtma hüququnun bərpası tələb edilmişdir. Bununla belə, beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan və danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutan Ermənistan işğal altında saxladığı ərazilərimizdə qanunsuz fəaliyyətini davam etdirməkdədir. Nəzarətdən kənarda qalmış bu ərazilərdə narkotik vasitələr əkilib-becərilir, transmilli cinayətkarlığın digər təhlükəli növləri tüğyan edir. Həmin nəzarətsiz zona böyük həcmdə narkotiklərin MDB və Avropa ölkələrinə tranzit marşrutuna çevrilmişdir. Qonaqlara qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə ölkə rəhbərliyi və beynəlxalq təşkilatlar tərəfindən görülmüş işlər barədə də məlumat verilmişdir. Bildirilmişdir ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə 5,4 milyard ABŞ dolları məbləğində vəsait sərf olunmuş, 78 müasir qəsəbə salınmışdır. Bu qəsəbələrdə 140 mindən çox qaçqın və məcburi köçkün yerləşdirilmişdir. Hazırda bu istiqamətdə işlər intensiv şəkildə davam etdirilir. “Giovani nel Mondo” gənclər təşkilatının nümayəndələri öz ölkələrinə qayıtdıqdan sonra Azərbaycan həqiqətləri haqqında topladıqları materiallar əsasında jurnal çap edəcəklərini və onu İtaliyanın ali məktəb tələbələri arasında yayacaqlarını bildirmişlər. Görüşdə qonaqları maraqlandıran suallar cavablandırılmışdır. Sonra italiyalı gənclər Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkün ailələri üçün yeni salınmış məhəlləyə baş çəkmişlər. Məhəllə ilə tanışlıq zamanı qonaqlara məlumat verilmişdir ki, buradakı 1440 mənzildən 211-i birotaqlı, 659-u ikiotaqlı, 429-u üçotaqlı, 141-i isə dördotaqlıdır. Ərazidə klub-icma mərkəzi, inzibati bina, təcili yardım stansiyası, poçt şöbəsi və iki çıxışlı yanğınsöndürmə deposu da vardır. Hazırda qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir, yeni qəsəbə və məhəllələr salınır. “Giovani nel Mondo” gənclər təşkilatının nümayəndələri Ağdam rayonundan məcburi köçkün Nazilə Tağıyevanın evində çay süfrəsinə qonaq olmuş, məhəllədə tikilən 1300 şagird yerlik orta məktəb binasına baxmışlar. İtaliyalı gənclər Azərbaycanda qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirmişlər.
02 İyul, 2025 / Mətbuat xidmətinin məlumatı Cəbrayıla qayıdış: yeni başlanğıclar...
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Qayıdış davam edir – onlar doğma yurdlarını yenidən dirçəldir
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
25 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilərin keçirilməsi ilə əlaqədar Elan
25 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Yeni günə oyanan Ağalı...
24 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
24 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə və Ağdam rayonunlarına növbəti köç yola salındı
23 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması ilə bağlı iclas keçirilib
23 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib
21 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşlarını təltif edib
21 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Qarabağ — Azərbaycanın dilbər guşəsi, musiqimizin beşiyi
19 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Laçında yeni səhər, yeni həyat...
18 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
18 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
17 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı 27 ölkənin diplomatına Böyük Qayıdış prosesi haqqında məlumat verilib
14 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Şirvanda keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərilib
11 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Doğma yurda qayıdışın ilk ünvanı – Ağalı kəndi...
04 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Azad, abad Ağalı kəndimiz...
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı “Qarabağda gələcək” adlı sərgi və satış-yarmarka təşkil edilib