"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1317
Ümumdünya Qaçqınlar Günü ilə bağlı tədbir keçirilmişdir
Mətbuat xidmətinin məlumatı 20 İyun, 2013
İyunun 20-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının birgə təşkilatçılığı ilə Bakıda Dünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə qaçqın və məcburi köçkünlərin acı həyatını əks etdirən fotostendə baxmışlar. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov tədbirdə çıxış edərək demişdir ki, BMT Baş Məclisinin hər il 20 iyun tarixini Dünya Qaçqınlar Günü elan etməsinin məqsədi bu problemi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır. Əli Həsənov qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə ölkə rəhbərliyi və beynəlxalq humanitar təşkilatlar tərəfindən görülmüş işlər barədə də məlumat vermişdir. Bildirmişdir ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə 5,4 milyard ABŞ dolları məbləğində vəsait sərf olunmuş, müasir qəsəbələr salınmışdır. Bu qəsəbələrdə 150 min qaçqın və məcburi köçkün yerləşdirilmişdir. Hazırda bu istiqamətdə işlər intensiv şəkildə davam etdirilir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizə dəymiş ziyandan danışan Əli Həsənov qeyd etmişdir ki, beynəlxalq aləmdə münaqişələrin vurduğu ziyanın qiymətləndirilməsi təcrübəsi formalaşmaqdadır. Bu yanaşma ilə götürüldükdə təxmini hesablamalara görə, Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti nəticəsində Azərbaycana 300 milyard dollardan çox zərər dəymişdir. Bu ziyanı Ermənistan rəhbərliyi deyil, erməni xalqı ödəmək məcburiyyətində qalacaqdır. Baş nazirin müavini diqqətə çatdırmışdır ki, Azərbaycan Prezidenti İlham Əliyev daim bu problemin bütün dünya üçün təhlükə mənbəyi olduğunu vurğulamışdır. Artıq beynəlxalq ictimaiyyət üzləşdiyi problemlərin, xüsusilə nəzarətsiz ərazilərdə narkotik vasitələrin daşınması, terror faktları kimi məsələlərin qlobal xarakter almasını dərk etməyə başlamışdır. Ümid edirik ki, bu cür problemlər qısa müddətdə öz həllini tapacaq və dünyadakı münaqişə zonalarının, qaçqın və məcburi köçkünlərin sayı azalmağa başlayacaqdır. Yeni çapdan çıxmış “Qaçqınların və məcburi köçkünlərin rifahı naminə” üçcildliyi barədə tədbir iştirakçılarına məlumat verən Baş nazirin müavini qeyd etmişdir ki, nəşrdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində gördükləri genişmiqyaslı işlər öz əksini tapmışdır. Bu yeni nəşr Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağla bağlı münaqişənin öyrənilməsi və xarici vətəndaşlara düzgün çatdırılması, eləcə də dövlətimizin qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinin həllinə yönəltdiyi uğurlu layihələrin ardıcıllıqla izlənilməsi baxımından olduqca əhəmiyyətlidir. Sonra Suriya qaçqınlarının vəziyyəti ilə bağlı videoçarx nümayiş olunmuşdur. Tədbirdə çıxış edən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin rəhbəri Daq Siqurdson qeyd etmişdir ki, dünyada didərginliyin yeni faktoru kimi özünü göstərən Suriya böhranının başlaması ilə qaçqın və məcburi köçkünlərin sayı 1994-cü ildən indiyədək keçən dövr üçün ən yüksək həddə çatmışdır. Təmsil etdiyi təşkilatın dünya üzrə qaçqınların və məcburi köçkünlərin vəziyyətini əks etdirən hesabatı barədə məlumat verən Daq Siqurdson sənəddə bütün qaçqınların 55 faizinin müharibəyə məruz qalmış beş əsas ölkədən - Əfqanıstan, Somali, İraq, Suriya və Sudandan olduğunu diqqətə çatdırmışdır.
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkün qadınların peşə bilikləri təkmilləşdirilib
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Zabuxun yeni görkəmi
11 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
11 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ağdərəyə köçürüldü
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
07 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
07 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
05 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
05 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
02 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
02 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
14 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
14 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ballıcaya köçürüldü
06 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb