XƏBƏRLƏR
Çap et
1637
Gəncə şəhərində məcburi köçkünlər üçün salınan məhəllədə tikinti işləri sürətlə davam edir
Mətbuat xidmətinin məlumatı
31 May, 2013

“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq Gəncədə 25 hektar sahədə salınmış qəsəbədə hər biri 5 mərtəbəli olmaqla 25 çoxmərtəbəli binanın inşası sürətlə davam etdirilir. Binalarda 150 bir otaqlı, 650 ədəd iki otaqlı, 550 üç otaqlı, 150 dörd otaqlı mənzillərin inşası nəzərdə tutulmuşdur. Bundan başqa şəhərcikdə 1200 yerlik məktəb, 280 yerlik uşaq bağçası, inzibati, 500 yerlik klub binaları, musiqi məktəbi, həkim məntəqəsi və ATS inşa edilir.
Qəsəbədə aparılan inşaat işlərinin vəziyyətini öyrənmək məqsədi ilə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov Gəncəyə səfər etmiş və tikinti ərazisində olmuşdur.
Sonra tikinti şirkətlərinin rəhbərləri ilə müşavirə keçirilmişdir.
Baş nazirin müavini çıxış edərək ölkə başçısının qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışmışdır.
Hazırda ölkənin 8 regionunda belə yaşayış kompleksləri salınır və bu, yaxın zamanlarda qaçqın və məcburi köçkünlərin mənzil probleminin birdəfəlik həll edilməsinə imkan verəcəkdir. Bu şəhərciklərin ən böyüyünün Gəncədə salındığını diqqətə çatdıran Əli Həsənov əlavə etmişdir ki, burada çalışan hər bir şirkət öhdəsinə götürdüyü işi vaxtında və yüksək keyfiyyətlə yerinə yetirməlidir.
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Qayıdış davam edir – onlar doğma yurdlarını yenidən dirçəldir
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
25 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilərin keçirilməsi ilə əlaqədar Elan
25 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Yeni günə oyanan Ağalı...
24 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
24 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdərə və Ağdam rayonunlarına növbəti köç yola salındı
23 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması ilə bağlı iclas keçirilib
23 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib
21 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşlarını təltif edib
21 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Qarabağ — Azərbaycanın dilbər guşəsi, musiqimizin beşiyi
19 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Laçında yeni səhər, yeni həyat...
18 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
18 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
17 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
27 ölkənin diplomatına Böyük Qayıdış prosesi haqqında məlumat verilib
14 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Şirvanda keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərilib
11 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Doğma yurda qayıdışın ilk ünvanı – Ağalı kəndi...
04 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Azad, abad Ağalı kəndimiz...
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
“Qarabağda gələcək” adlı sərgi və satış-yarmarka təşkil edilib
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Mətbuat xidmətinin məlumatı