XƏBƏRLƏR
Çap et
1342
Avropa Parlamenti ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı üçün yaxşı imkanlar mövcuddur
Mətbuat xidmətinin məlumatı
17 May, 2013
Mayın 17-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov Avropa Parlamentinin slovakiyalı üzvləri Boris Zala, xanım Katarina Nevedalova və Avropa-Azərbaycan Cəmiyyətinin Belçikadakı nümayəndəliyinin rəhbəri Roman Huna ilə görüşmüşdür.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilən görüşdə qonaqlar əvvəlcə ölkəmizdə qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlərə dair fotolardan ibarət stend, maket və 1988-1993-cü illərdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü əks etdirən xəritə ilə tanış olmuşlar.
Görüşdə Baş nazirin müavini Əli Həsənov Avropa Parlamenti ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcudluğunu bildirərək, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün bu cür səfərlərin önəmini qeyd etmişdir.
Ölkəmizin iqtisadi inkişafından, əldə olunan uğurlardan danışan Baş nazirin müavini diqqətə çatdırmışdır ki, respublikamızda son on ildə bir milyondan çox iş yeri açılmış, yoxsulluğun səviyyəsi aşağı düşmüşdür. Beynəlxalq aləmdə nüfuzu gündən-günə artan Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkədir.
Əli Həsənov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, nəticələri, qaçqın və məcburi köçkünlərin bugünkü vəziyyəti, onların sosial problemlərinin həlli istiqamətində görülən işlər barədə də məlumat vermişdir. Bildirilmişdir ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuş, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
Qeyd edilmişdir ki, Ermənistanın təcavüzkar siyasəti BMT, ATƏT, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə pislənilmiş, işğal edilmiş Azərbaycan ərazilərindən silahlı qüvvələrin geri çəkilməsi, öz doğma yaşayış yerlərindən didərgin salınmış qaçqın və məcburi köçkünlərin geri qayıtma hüququnun bərpası tələb edilmişdir. Ancaq Ermənistan beynəlxalq təşkilatların qərar və qətnamələrinə riayət etmir. ATƏT-in Minsk qrupunun himayəsi altında 20 ildən artıqdır danışıqlar aparılır. Münaqişənin həlli beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmalıdır. Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan və qeyri-konstruktiv mövqe tutan Ermənistan işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirməkdədir.
Baş nazirin müavini qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən də danışmışdır. Bildirilmişdir ki, dövlətimizin başçısının bu sahəyə olan diqqət və qayğısı nəticəsində qaçqın və məcburi köçkünlər üçün 78 müasir qəsəbə salınmışdır. Hazırda bu istiqamətdə işlər intensiv şəkildə davam etdirilir.
Diqqətə çatdırılmışdır ki, Ermənistanın işğalı davam etdirməsi təkcə Azərbaycan və region üçün deyil, eyni zamanda, beynəlxalq təhlükəsizlik üçün də ciddi təhdid yaradır və beynəlxalq ictimaiyyət bu ədalətsizliyə son qoymaq üçün hərəkətə keçməlidir.
Avropa Parlamentinin nümayəndə heyətinin rəhbəri, Slovakiyanın Sosial-Demokrat Partiyasının üzvü Boris Zala Azərbaycanın son illər ərzində qazandığı nailiyyətləri yüksək qiymətləndirərək demişdir: “Biz Azərbaycanın iqtisadi inkişafını, əldə etdiyi uğurları izləyirik və buna qibtə ilə yanaşırıq. Belə qısa müddətdə bu cür inkişafa nail olmaq Azərbaycanın böyük uğurudur. Slovakiya Azərbaycanı özünə dost bilir”.
Ölkələrarası münasibətlərdə iqtisadi əlaqələrin mühüm rol oynadığını deyən slovakiyalı qonaq, qarşılıqlı sərmayə qoyuluşunun bu münasibətləri daha da möhkəmləndirəcəyini vurğulamışdır. Azərbaycan-Slovakiya Ticarət Palatasının yaradılması təşəbbüsünü irəli sürən B.Zala Azərbaycan sərmayəsini Slovakiyada görməkdən şad olacağını diqqətə çatdırmışdır.
Azərbaycanda qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirən Avropa Parlamentinin üzvləri, Azərbaycanın tutduğu strateji xətti respublikamızın inkişafı və qonşu ölkələrlə mehriban əlaqələrin qurulması baxımından doğru yol olduğunu ifadə edərək, bunu alqışladıqlarını bildirmişlər.
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Biz öz tariximizə qayıdırıq!
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Can Laçın!
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb