"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1771
Norveç Qaçqınlar Şurasının Daxili Köçürülmə üzrə Monitorinq Mərkəzinin əməkdaşları Dövlətqaçqınkomda olmuşdur.
Mətbuat xidmətinin məlumatı 15 May, 2013
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov Norveç Qaçqınlar Şurasının Daxili Köçürülmə üzrə Monitorinq Mərkəzinin Yaxın Şərq, Avropa, Qafqaz və Asiya İdarəsinin rəhbəri Frank Smit və adı çəkilən qurumun Avropa və Mərkəzi Asiya üzrə tədqiqatçısı xanım Nadine Valik ilə görüşmüşdür. Əvvəlcə qonaqlar Gəray Fərhadovun müşaiyəti ilə Dövlətqaçqınkomun foyesində qaçqın və məcburi köçkün soydaşlarımızın mərhələli şəkildə problemlərinin həlli istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi çoxsaylı tədbirləri özündə əks etdirən ekspozisiya və foto-stendlə tanış olmuşlar. Qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun tarixi kökləri və yaranma səbəbləri, bu münaqişə nəticəsində bir milyondan çox soydaşımızın Ermənistsnın hərbi təcavüzü nəticəsində qaçqın və məcburi köçkün vəziyyətində yaşaması, onların ağır sosial durumu və Azərbaycan dövlətinin bu sahədə gördüyü tədbirlər barədə hərtərəfli məlumat verən Gəray Fərhadov onu da diqqətə çatdırmışdır ki, torpaqlarımız işğaldan azad edilənədək bu təbəqədən olan soydaşlarımızın sosial-məişət problemlərinin həlli istiqamətində xeyli iş görülmüşdür. Belə ki, müxtəlif ərazilərdə bütün sosial-texniki infrastrukturu ilə birlikdə onlar üçün yeni qəsəbələr salındığını və hündürmərtəbəli yaşayış binaları komplekslərinin istifadəyə verildiyini, bu işlərin indi də uğurla davam etdirildiyini vurğulayan Gəray Fərhadov onu da bildirmişdir ki, ölkəmizin başçısı cənab İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi qaçqın və məcburi köçkünlərin problemləri daim proritet məsələ olaraq gündəmdə saxlanılır. Lakin onlar dövlət tərəfindən tam diqqət və qayğı ilə əhatə olunsalar da əsas arzuları, əsas problemləri doğma torpaqlarına qayıtmaqdan ibarətdir. Görüşdə belə bir əminlik ifadə olunmuşdur ki, dövlətimizin başçısının apardığı uğurlu siyasət nəticəsində Azərbaycan ərazi bütövlüyünün bərpasına nail olacaq və məcburi köçkünlərimiz öz doğma dədə-baba yurdlarına qayıdacaqlar. Qonaqlar səfər proqramı ərzində Bakı İdarəetmə və Texnologiya Kollecinin yataqxanasında, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində, Sabunçu rayonunun Ramana qəsəbəsində, Biləsuvar və Beyləqan rayonlarında məskunlaşmış məcburi köçkünlərlə də görüşmüşlər.
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Qayıdış davam edir – onlar doğma yurdlarını yenidən dirçəldir
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
25 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilərin keçirilməsi ilə əlaqədar Elan
25 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Yeni günə oyanan Ağalı...
24 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
24 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə və Ağdam rayonunlarına növbəti köç yola salındı
23 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması ilə bağlı iclas keçirilib
23 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib
21 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşlarını təltif edib
21 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Qarabağ — Azərbaycanın dilbər guşəsi, musiqimizin beşiyi
19 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Laçında yeni səhər, yeni həyat...
18 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
18 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
17 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı 27 ölkənin diplomatına Böyük Qayıdış prosesi haqqında məlumat verilib
14 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Şirvanda keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərilib
11 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Doğma yurda qayıdışın ilk ünvanı – Ağalı kəndi...
04 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Azad, abad Ağalı kəndimiz...
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı “Qarabağda gələcək” adlı sərgi və satış-yarmarka təşkil edilib
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı