XƏBƏRLƏR
Çap et
1448
Avropa Parlamentinin nümayəndə heyəti məcburi köçkünlər üçün yaradılmış şəraiti yüksək qiymətləndirmişlər
Mətbuat xidmətinin məlumatı
03 May, 2013

Azərbaycanda səfərdə olan Avropa Parlamentinin Avropa Mühafizəkarlar və İslahatçılar Siyasi Qrupunun sədri Martin Kallananın başçılıq etdiyi nümayəndə heyəti mayın 3-də Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkün ailələri üçün yeni salınmış məhəllədə olmuşdur.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov məhəllə ilə tanış olan qonaqlara məlumat vermişdir ki, yeni məhəlləyə 1440 ailə və ya 5 min 756 məcburi köçkün köçürüləcəkdir. Məhəllənin ərazisi 22 hektardır. Ərazidə klub-icma mərkəzi, inzibati bina, təcili yardım stansiyası, poçt şöbəsi də tikilmişdir.
Gəray Fərhadov demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqları əsasında qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ölkənin ayrı-ayrı şəhər və rayonlarında 78 müasir qəsəbə salınmış, 140 mindən çox soydaşımız yeni evlərə köçürülmüş, təhsil, səhiyyə, rabitə və mədəniyyət ocaqları tikilmiş, müvafiq infrastruktur yaradılmışdır.
Hazırda qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir, yeni binalar tikilir, məhəllələr salınır.
Azərbaycanın tarixi torpaqlarının ermənilər tərəfindən işğal edildiyini qonaqların diqqətinə çatdıran sədr müavini bildirmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizə külli miqdarda ziyan dəymişdir. Doğma yurdlarından didərgin düşmüş adamlar bu gün qaçqın və məcburi köçkün həyatı sürürlər.
Gəray Fərhadov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinin yerinə yetirilmədiyini xatırlatmışdır.
Qonaqlar Ağdam rayonundan olan məcburi köçkün Həvva Hacıyevanın evində çay süfrəsinə qonaq edilmişlər. Qonaqlar ailənin şəraiti ilə yaxından tanış olmuş, ev sahibinə xatirə hədiyyəsi təqdim etmişlər.
Məcburi köçkünlər üçün yaradılan şəraitə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildirən ailə üzvləri qeyd etmişlər ki, biz hamımız doğma torpaq həsrəti ilə yaşayırıq. Dövlətimizin başçısı tərəfindən bizə hər cür şərait yaradılır. Amma bütün bunlara baxmayaraq bizim ürəyimiz Qarabağla döyünür. Biz ümidlə gözləyirik ki, nə vaxtısa öz doğma torpaqlarımıza qayıdacağıq.
Məhəllədə inşa edilmiş 140 yerlik uşaq bağçası ilə də tanış olan Avropa Parlamentinin nümayəndə heyətinə məlumat verilmişdir ki, zəruri avadanlıqla təchiz olunan bağçada balacaların təlim-tərbiyəsi üçün bütün tələblər nəzərə alınmışdır.
Qonaqlar məhəllədə tikilən 1300 şagird yerlik Ağdam rayon 33 nömrəli tam orta məktəblə də tanış olmuşlar. Diqqətə çatdırılmışdır ki, müasir təlim avadanlığı ilə diqqəti cəlb edən bu təhsil ocağında nümunəvi təlim-tədris üçün hər cür şərait yaradılmışdır.
Avropalı qonaqlara “Ermənistanda aparılan etnik təmizləmə və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın 20 faiz ərazisinin işğalı nəticəsində yaranmış bir milyonadək qaçqın və məcburi köçkünlər haqqında məlumat (1988-2011-ci illər)” kitabı, münaqişədən bəhs edən filmin diskləri təqdim edilmişdir.
Qonaqlar sonra Dərnəgül tələbə şəhərciyindəki Bakı İdarəetmə və Texnologiya Kollecinin 2 nömrəli yataqxanasına gəlmişlər. Burada müvəqqəti məskunlaşmış məcburi köçkünlərin şəraiti ilə maraqlanan qonaqlar Füzuli rayonundan olan məcburi köçkün Abbas Əliyevin ailəsinin yaşadığı otağa baxmışlar.
Nümayəndə heyəti Azərbaycanda qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirmişlər.
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Qayıdış davam edir – onlar doğma yurdlarını yenidən dirçəldir
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
25 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilərin keçirilməsi ilə əlaqədar Elan
25 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Yeni günə oyanan Ağalı...
24 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
24 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdərə və Ağdam rayonunlarına növbəti köç yola salındı
23 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması ilə bağlı iclas keçirilib
23 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib
21 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşlarını təltif edib
21 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Qarabağ — Azərbaycanın dilbər guşəsi, musiqimizin beşiyi
19 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Laçında yeni səhər, yeni həyat...
18 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
18 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
17 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
27 ölkənin diplomatına Böyük Qayıdış prosesi haqqında məlumat verilib
14 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Şirvanda keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərilib
11 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Doğma yurda qayıdışın ilk ünvanı – Ağalı kəndi...
04 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Azad, abad Ağalı kəndimiz...
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
“Qarabağda gələcək” adlı sərgi və satış-yarmarka təşkil edilib
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Mətbuat xidmətinin məlumatı