XƏBƏRLƏR
Çap et
1511
Qaçqın və məcburi köçkünlərin problemlərinin həllini daim diqqətdə saxlayan ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə konfrans keçirilmişdir
Mətbuat xidmətinin məlumatı
26 Aprel, 2013

Aprelin 26-da “Gülüstan” sarayında ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasəti: qaçqınlara və məcburi köçkünlərə qayğısı, onların sosial problemlərinin həllində Azərbaycan hökumətinin, beynəlxalq humanitar təşkilatların iştirakı” mövzusunda konfrans keçirilmişdir.
Konfransın iştirakçıları aprelin 26-da Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini anmış, məzarı önünə əklil qoymuşlar.
Konfrans iştirakçıları görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anmış, məzarı üzərinə tər güllər düzmüşlər.
Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, beynəlxalq təşkilatların və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Əvvəlcə konfrans iştirakçıları ulu öndər Heydər Əliyev tərəfindən qaçqın və məcburi köçkünlərə göstərilən diqqət və qayğını, akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən stendlərdən ibarət sərgiyə baxmış, QMKİDK tərəfindən hazırlanmış informasiya-təbliğat materialları ilə tanış olmuşlar.
Sonra ümummilli lider Heydər Əliyevin qaçqın və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıdan bəhs edən film nümayiş olunmuşdur. Filmdə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlər, həm ümummilli lider Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin bu qəbildən olan insanlara diqqət və qayğısı sayəsində onlar üçün yeni qəsəbələr salınması məsələlərindən bəhs edilir.
Konfransı açan Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri cənab Əli Həsənov ulu öndər Heydər Əliyevin dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin iqtisadi inkişafı, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən danışmışdır. Bildirilmişdir ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev qaçqın və məcburi köçkünlərin problemlərinin həllini daim diqqətdə saxlamışdır.
Əli Həsənov qaçqınların və məcburi köçkünlərin sosial, şəraitinin yaxşılaşdırılması istiqamətində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin gördüyü işlərdən danışmışdır. Bildirilmişdir ki, bu sahəyə diqqət və qayğı nəticəsində qaçqınlar və məcburi köçkünlər üçün 78 müasir qəsəbə salınmışdır.
Ümummilli lider Heydər Əliyevin dahi şəxsiyyət və dünya siyasət akademiyasının bilicilərindən olduğunu diqqətə çatdıran Ə.Həsənov Ulu Öndərin həyat və fəaliyyətindən bəhs etmişdir. Vurğulanmışdır ki, Ulu Öndər Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi illərdə də ölkəmizdəki bütün sahələrdən xəbərdar olmuşdur. Ümummilli lider 1970-ci illərdə bu gün sürətlə inkişaf edən Azərbaycanın əsasını qoymuşdur. Ulu Öndər ölkəmizdə siyasi və iqtisadi sahələrin möhkəm təməlini formalaşdırmış, milli kadrların hazırlanması işini daim diqqətdə saxlamış və hərbi təhsilin bazasını yaratmışdır.
Məhz ulu öndər Heydər Əliyevin böyük nüfuzundan çəkinən ermənilərin Dağlıq Qarabağ məsələsini uzun illər qabarda bilmədiyini vurğulayan Ə.Həsənov Azərbaycanın işğal olunmuş ərazilərindəki separatçı hərəkatın zəifləməsinin də ümummilli liderin məqsədyönlü fəaliyyətinin nəticəsi olduğunu qeyd etmişdir. Ulu Öndər 2003-cü ilədək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün beynəlxalq və milli hüquqi bazanı yaratmışdır. Bildirilmişdir ki, hazırda Prezident İlham Əliyev də əsası Ümummilli Lider tərəfindən qoyulan bu strategiyanı uğurla davam etdirir.
2003-cü ildən - Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etməyə başladığı dövrdən etibarən Azərbaycanın inkişafının yeni mərhələsinin başladığını qeyd etmiş, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrin inkişafına nail olunduğunu diqqətə çatdırmışdır. Bildirilmişdir ki, Azərbaycan artıq beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilmişdir.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov ümummilli lider Heydər Əliyevin yubileylərinin hər zaman xalqımız tərəfindən böyük təntənə ilə qeyd edildiyini vurğulamışdır. Bildirilmişdir ki, Ulu Öndərin 90 illik yubileyi də dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış azərbaycanlılar tərəfindən qeyd olunur.
Ümummilli lider Heydər Əliyevin qaçqın və məcburi köçkünlərin problemlərinin aradan qaldırılması istiqamətində gördüyü işlərdən danışan Ə.Əhmədov qeyd etmişdir ki, Ulu Öndər məcburi köçkünlərin sayının artmasına imkan verməmək məqsədilə erməni təcavüzünün daha da dərinləşməsinin qarşısını almışdır. Qaçqın və məcburi köçkünlərin yerləşdirilməsi və onların məişət problemlərinin həll olunması məsələsi də hər zaman ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Bu problemlərin həll olunması üçün Azərbaycan dövlətinin güclənməsi vacib idi. Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev bəyan etmişlər ki, Azərbaycan hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının tərəfdarıdır.
Ə.Əhmədov diqqətə çatdırmışdır ki, ötən illər ərzində Azərbaycanda böyük dəyişikliklər baş vermiş və ölkə sürətlə inkişaf etmişdir. Bu dəyişikliklərin kökündə dahi şəxsiyyət Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya və həmin strategiyanın bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır.
Ulu öndər Heydər Əliyevin qaçqın və məcburi köçkünlərə diqqət və qayğısından danışan “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov qeyd etmişdir ki, hələ Sovet İttifaqı dövründə Ümummilli Lider Ermənistanın Azərbaycana qarşı təxribatlarının qarşısını almaq üçün çox böyük işlər görmüşdür.
Vurğulanmışdır ki, 1990-cı illərin əvvəllərində qaçqın və məcburi köçkünlər acınacaqlı vəziyyətdə yaşayırdılar. Ancaq ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Biz hamımız əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursu daim dəstəkləmişik və dəstəkləyəcəyik.
Konfransda çıxış edən BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycandakı nümayəndəsi Daq Siqurdson təmsil etdiyi qurumun 20 ildən artıqdır ki, Azərbaycan Hökuməti tərəfindən hərtərəfli dəstək aldığını və yüksək səviyyəli işgüzar münasibətlərdən bəhrələndiyini söyləmişdir. Qarşılıqlı hörmət üzərində qurulmuş bu əməkdaşlıq möhkəm qətiyyətdən və əzmkarlıqdan xəbər verir.
Bildirilmişdir ki, 1993-2012-ci illər ərzində donor ölkələrin dəstəyi sayəsində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycanın qaçqın və məcburi köçkünlərinə 100 milyon ABŞ dollarından çox yardım göstərmişdir. Bu problemlə üzləşmiş digər ölkələrlə müqayisədə Azərbaycanda məcburi köçkünlərin ehtiyaclarına xüsusi diqqətin ayrılmasında ölkə rəhbərliyinin uzaqgörən siyasəti göz önündədir.
Daq Siqurdson qeyd etmişdir ki, Azərbaycan artıq donor kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının illik büdcəsinə töhfə verir. O, əmin olduğunu bildirmişdir ki, Azərbaycan öz təcrübəsi, beynəlxalq nüfuzu və mövcud imkanları sayəsində bütün dünyada qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması işinə töhfəsini davam etdirəcəkdir.
Konfrans əraziləri işğal olunmuş rayonların mədəniyyət kollektivlərinin ifasında konsert proqramı ilə davam etmişdir.
03 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
03 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdərə rayonunun Həsənriz kəndinə ilk köç karvanı yola salınıb
26 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin Kollektivi “Ana Harayı” abidəsini ziyarət edib
25 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Diplomatlar Böyük Qayıdış haqqında məlumatlandırıb
24 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
24 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb
21 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
21 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlərin peşə bacarıqlarının artırılması müzakirə edilib
21 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
20 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsində kollegiya iclası keçirilib
19 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
19 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
17 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
17 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Qaradağlı faciəsi qurbanlarının xatirəsi anılıb
17 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
06 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi yanında İctimai Şuranın cari ildə ilk iclası keçirilib
04 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Hamımız üçün Böyük Qayıdış...
31 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
31 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb
30 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib