XƏBƏRLƏR
Çap et
1711
Qobu məcburi köçkün yaşayış massivinin layihələndirilməsi ilə bağlı müşavirə keçirilmişdir
Mətbuat xidmətinin məlumatı
20 Aprel, 2013
Aprelin 19-da Abşeron rayonu, Qobu bələdiyyəsinin ərazisindən ayrılmış 500 hektar torpaq sahəsində salınacaq Qobu məcburi köçkün yaşayış massivinin layihələndirilməsi ilə bağlı müşavirə keçirilmişdir.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov son illər ölkəmizdə qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışmışdır. Bildirilmişdir ki, hazırda Bakı və Sumqayıt şəhərlərinin, Abşeron yarımadasının ərazisində ümumilikdə 300 mindən çox məcburi köçkün yaşayır. Bu ərazilərdə müvəqqəti məskunlaşan bütün məcburi köçkünlər yaxın iki-dörd il ərzində Abşeron rayonunda, Qobu bələdiyyəsinin ərazisindən ayrılmış yeni böyük yaşayış massivinə köçürüləcəkdir. Tikiləcək yeni yaşayış massivi müasir standartlara cavab verəcək, istilik, elektrik, su təminatı ilə tam təchiz olunacaqdır.
Hazırda 2200 ailənin Müşfiqabad və Masazırda tikilən yeni yaşayış massivlərinə köçürülməsi prosesinin davam etdiyini deyən Əli Həsənov bildirmişdir ki, hazırda Gəncədə 500 yerlik müasir tələblərə cavab verən mədəniyyət sarayı da tikilir. Cari ildə respublikanın yeddi-səkkiz rayonunda yeni qəsəbələrin tikintisi də davam etdiriləcəkdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qaçqınlara və məcburi köçkünlərə daim diqqət və qayğı göstərdiyini vurğulayan Əli Həsənov bildirmişdir ki, dövlətimizin başçısı son üç ayda üç yeni müasir qəsəbənin açılışında iştirak etmişdir. İnşa olunan bütün qəsəbələr yüksək keyfiyyətlə tikilmişdir.
Layihə barədə məlumat verən “Azərinşaatlayihə” Layihə-Konstruktor və Texnoloji İnstitutunun direktoru Yusif Nağıyev demişdir ki, ərazidə 1200 şagird yerlik on məktəb, on uşaq bağçası, uşaq-gənclər, səhiyyə, ictimai iaşə obyektləri, mədəniyyət və bədən tərbiyəsi müəssisələri yaradılacaqdır. Ümumilikdə 204 yaşayış binası inşa ediləcək yaşayış massivində hər birində 9 min nəfər olmaqla on belə mikrorayonun salınması nəzərdə tutulmuşdur.
Qobu yaşayış massivinin ərazisində geoloji kəşfiyyat işlərinin də aparıldığını diqqətə çatdıran Y.Nağıyev burada 3 min 250 kəşfiyyat quyusunun qazıldığını və ərazinin yaşayış üçün yararlı olduğunu bildirmişdir.
Layihə ilə bağlı aidiyyəti qurumların nümayəndələri tədbirdə çıxış edərək rəy və təkliflərini bildirmişlər. Qeyd etmişlər ki, müasir standartlara cavab verəcək bu yaşayış massivinin inşası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qaçqınlara və məcburi köçkünlərə diqqət və qayğısının bariz nümunəsidir.
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdərə və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Doğma yurdda xoşbəxt uşaqlıq
10 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Mətbuat xidmətinin məlumatı
09 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Gözün aydın, ay Laçın…
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd şəhərinə çatıb
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Kəlbəcər şəhərinə yola salınan köç ünvana çatıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Zabux: kənd də şəhər kimidir...
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd şəhərinə çatıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd şəhərinə çatıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xanabad kəndinə çatıb









