"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2033
Mingəçevir şəhərində 502 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllə istifadəyə verilmişdir.
Mətbuat xidmətinin məlumatı 16 Aprel, 2013
Aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Mingəçevirdə 502 məcburi köçkün ailəsi üçün yeni salınan çoxmərtəbəli yaşayış binalarından ibarət məhəllədə yaradılan şəraitlə tanış olmuşdur. Dövlətimizin başçısı yeni məhəllənin sxeminə və Mingəçevirdəki məktəb binaları və uşaq bağçalarında müvəqqəti məskunlaşan məcburi köçkün ailələrinin yaşayış şəraitini əks etdirən fotolardan ibarət stendlərə baxdı. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verdi ki, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması hər zaman Azərbaycan dövlətinin diqqət mərkəzində olmuşdur. Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməl prinsiplərindən olan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin nəticəsində bu gün ölkəmizdə çadır şəhərciyi qalmamış, bu insanların hamısı müasir tipli qəsəbələrə köçürülmüşlər. Onların maddi rifahının yaxşılaşdırılması üçün Dövlət proqramları qəbul edilmiş, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülmüşdür. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Mingəçevirdə 502 məcburi köçkün ailəsi üçün salınan yeni məhəllədə yaradılan şərait bunu bir daha təsdiqləyir. Bildirildi ki, bu kateqoriyadan olan insanlara göstərilən diqqət və qayğının təzahürüdür ki, 1993-cü ildən başlayaraq ulu öndər Heydər Əliyev 81 Fərman və Sərəncam imzalamış, Nazirlər Kabineti 307 qərar vermiş, Milli Məclis 24 qanun qəbul etmişdir. 2003-2012-ci illərdə isə bu sahədə Prezident İlham Əliyevin 49 Fərman və Sərəncamı olmuşdur. Ötən dövrdə iki Dövlət Proqramı və onlara əlavələr təsdiq edilmiş və bu proqramlar uğurla icra olunmuşdur. 2001-2012-ci illərdə Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılan vəsait hesabına 31 min ailə və ya 140 min nəfərdən çox məcburi köçkün üçün 77 qəsəbə, hündürmərtəbəli evlərdən ibarət məhəllə və fərdi evlər tikilmişdir. Bu dövrdə 134 məktəb, 5 musiqi məktəbi, 48 uşaq bağçası, 51 tibb müəssisəsi, 2 Olimpiya-İdman Kompleksi, 37 rabitə evi inşa olunmuş, minlərlə kilometr uzunluğunda su, elektrik və qaz xətləri çəkilmişdir. Dövlətimizin başçısı Ağdam rayonundan məcburi köçkün, şəhid ailəsi Səidə İbrahimovanın mənzilində yaradılmış şəraitlə maraqlandı. Qeyd edildi ki, ailə üzvlərinin sayı beş nəfərdən ibarət olan Səidə İbrahimovanın mənzili dördotaqlıdır. Burada ailənin yaşaması üçün hər cür şərait yaradılmışdır. Məcburi köçkünlər üçün yaradılan gözəl şəraitə görə Azərbaycan Prezidentinə təşəkkür edən mənzilin sahibi Səidə İBRAHİMOVA dedi: - Möhtərəm Prezident, Siz bizə elə bir hədiyyə etmisiniz ki, sevincimizin həddi-hüdudu yoxdur. Biz Sizi həmişə dəstəkləyirik. Gün o gün olsun, bu cür evləri Qarabağda tikəsiniz. Biz həmişə Sizi dəstəkləyirik. Allah Sizə, ailənizə cansağlığı versin. Biz Sizə minnətdarıq. Siz qaçqınlara, köçkünlərə, şəhid ailələrinə, veteranlara böyük qiymət verirsiniz. Prezident İlham ƏLİYEV: Çox sağ olun, sizi təbrik edirəm, gözəl mənzildir. Burada rahat yaşamaq mümkün olacaqdır. Təkcə son üç ay ərzində Azərbaycanda üç böyük şəhərcik istifadəyə verilmişdir - Müşfiqabadda, Masazırda və Mingəçevirdə. Hər birində də 2000-3000 köçkün məskunlaşır. Əlbəttə ki, bu, həmişə deyirəm, müvəqqəti bir yerdir, ancaq rahat yerdir. Əsas məsələ o vaxt həll olunacaq ki, işğal altındakı torpaqlarda biz bundan da gözəl binalar tikəcəyik. O gün də gələcəkdir. Bu il 20 min köçkün yeni evlərə köçürüləcəkdir. Yəni, orta hesabla hər il Azərbaycanda bir şəhər salınır. Burada bütün imkanlar vardır, şərait yaxşıdır, otaqlar genişdir, məktəb, uşaq bağçası, tibb məntəqəsi vardır. Burada rahat yaşamaq olar. Ancaq əlbəttə, biz çalışırıq ki, siz hamınız tezliklə öz doğma vətəninizə - Ağdama qayıdasınız. Səidə İBRAHİMOVA: Sizin sayənizdə. Prezident İlham ƏLİYEV: Mən də çalışıram ki, bunu tezləşdirək. Bir daha sizi təbrik edirəm, sizə cansağlığı arzulayıram. Vurğulandı ki, bu məhəllə Prezident İlham Əliyevin 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Azərbaycan Prezidentinin 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilən əlavələrin müvafiq bəndlərinə əsasən inşa olunmuşdur. Buraya 502 ailə və ya 2006 məcburi köçkün köçürüləcəkdir. Həmin ailələrin 471-i Ağdam, 25-i Kəlbəcər, üçü Füzuli, üçü isə Şuşadandır. Məhəllənin ərazisi 9 hektardır və mənzillərin 36-sı birotaqlı, 261-i ikiotaqlı, 180-i üçotaqlı, 27-si isə dördotaqlıdır. Burada klub-icma mərkəzi, inzibati bina, təcili yardım stansiyası və poçt şöbəsi tikilmişdir. Su, elektrik və qaz təchizatı şəbəkələri Mingəçevir şəhərinin kommunikasiyalarına qoşulmuşdur. Yeni məhəllə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə inşa olunmuşdur. Məhəllənin tikintisinə 2012-ci ilin aprelində başlanılmış, bu ilin martında tam başa çatdırılmışdır. Prezident İlham Əliyev məhəllədə tikilən 480 yerlik Ağdam rayon 52 nömrəli tam orta məktəbi ilə də tanış oldu. Məktəbin foyesində ulu öndər Heydər Əliyevin təhsilə qayğısını və Ağdamdan olan məcburi köçkünlərlə görüşünü əks etdirən fotostendlər yaradılmışdır. Burada, həmçinin indiyədək istifadəyə verilən yeni qəsəbələrin fotostendləri də qurulmuşdur. Bildirildi ki, yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlığı ilə təmin edilən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılmışdır. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu sahə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilmişdir. Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir, doğma yurdlarından didərgin düşən soydaşlarımızın təhsilinin yüksək səviyyədə qurulmasına xidmət edir. Heydər Əliyev Fondunun dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına verdiyi dəstək isə bənzərsizliyi ilə seçilmişdir. Dövlətimizin başçısı yaradılan şəraiti yüksək qiymətləndirdi.
15 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Orxan Fikrətoğlu: "Böyük Qayıdış ona görə önəmlidir ki…"
07 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Vahid aylıq müavinətə dair növbəti maarifləndirmə tədbiri keçirilib
07 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
07 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Şuşa sakini: "Artıq öz evimizdə, öz torpağımızdayıq"
07 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
06 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Biz Şuşaya qayıtmışıq
05 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Suqovuşan qəsəbəsinə və Talış kəndinə infotur təşkil edib
01 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Xocalı şəhərində Böyük Qayıdışa həsr olunmuş fləşmob keçirib
31 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində kollegiya iclası keçirilib
30 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi minadan zərərçəkmiş şəxslərlə bağlı videoçarx hazırlayır
29 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Şərqiyyə Dadaşova: “Məcburi köçkün sözü keçmişdə qaldı…”
28 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin sədri Füzulidə vətəndaşları qəbul edib
28 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı İlqar Muradov: “Qarabağ yenidən parlamağa başlayır”
24 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı İşğaldan azad edilmiş Füzuli şəhərinə məktəblilərin infoturu təşkil olunub
22 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Gənc məşqçi: “Laçında futbolu inkişaf etdirəcəyik”
20 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Ağalının yeni həyatı...
18 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Böyük Qayıdışa həsr olunmuş növbəti fləşmob keçirib
17 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Füzulinin yeni növrağı
16 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin sədr müavini Cenevrədə keçirilən sessiyada iştirak edib