"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1930
Məcburi köçkünlər üçün salınan məhəllələrdə tikinti işlərinin gedişi ilə bağlı müşavirə keçirilmişdir
Mətbuat xidmətinin məlumatı 12 Aprel, 2013
Aprelin 11-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov Mingəçevir şəhərində məcburi köçkünlər üçün salınan və tikintisi başa çatmış yeni məhəllədə olmuşdur. Həmçinin baş nazirin müavini Mingəçevir şəhəri ərazisində məskunlaşmış məcburi köçkünlərlə də görüşmüş və onların problemləri ilə yaxından tanış olmuşdur. Cənab Əli Həsənov tikinti işlərinin gedişi ilə bağlı real vəziyyəti öyrənmək məqsədi ilə Gəncə və Bərdə şəhərlərində olmuş, burada inşaatçılarla görüşüb söhbət etmiş, onların arzu və təkliflərini dinləmiş, tövsiyələrini vermişdir. Şəhərcikdə aparılan tikinti işlərinin gedişi ilə yaxından tanış olan Baş nazirin müavini Əli Həsənov inşaat işlərini aparan tikinti şirkətləri rəhbərlərinin iştirakı ilə müşavirə keçirmişdir. Müşavirədə çıxış edən Əli Həsənov demişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə hər il minlərlə qaçqın ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Dövlət Proqramına uyğun olaraq Bakıda, Abşeronda, Gəncədə, Balakəndə, İsmayıllıda, Qəbələdə, İmişlidə, Bərdədə və s. yerlərdə qaçqın və məcburi köçkün ailələri üçün çoxlu sayda binalar inşa edilir. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri demişdir ki, Gəncədə salınan bu yaşayış massivi dövlətimizin başçısının müvafiq sərəncamları ilə inşa edilən qaçqın şəhərciklərindən ən böyüyüdür. Burada 1500 ailənin yerləşdirilməsi nəzərdə tutulmuşdur. Dövlətimizin başçısının tapşırıq və tövsiyələri əsasında tikinti işləri sürətlə aparılmaqla yanaşı, keyfiyyətə də ciddi fikir verilir. Müşavirədə tikinti şirkətlərinin nümayəndələri çıxış edərək inşaat işlərinin gedişində heç bir problemin yaranmadığını diqqətə çatdırmış və istənilən qədər texnikanın, işçi qüvvəsinin, eləcə də tikinti materiallarının olduğunu bildirmişlər. Qərara alınmışdır ki, şəhərcik avqust ayının sonunadək bütün infrastrukturla birlikdə və yüksək keyfiyyətlə təhvil verilsin. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov müşavirəyə yekun vurmuşdur.
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdərə və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Doğma yurdda xoşbəxt uşaqlıq
10 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
09 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Gözün aydın, ay Laçın…
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Kəlbəcər şəhərinə yola salınan köç ünvana çatıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Zabux: kənd də şəhər kimidir...
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xanabad kəndinə çatıb