"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1590
ABŞ səfiri məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olmuşdur
Mətbuat xidmətinin məlumatı 05 Mart, 2013
Martın 5-də ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Bakıda məskunlaşmış məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olmuşdur. Diplomat əvvəlcə Dərnəgül tələbə şəhərciyindəki Bakı İdarəetmə və Texnologiya Kollecinin 2 nömrəli yataqxanasında olmuşdur. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov məlumat vermişdir ki, qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqları əsasında ölkənin ayrı-ayrı şəhər və rayonlarında 77 müasir qəsəbə salınmış, 140 mindən çox soydaşımız yeni evlərə köçürülmüş, təhsil, səhiyyə, rabitə və mədəniyyət ocaqları tikilmiş, müvafiq infrastruktur yaradılmışdır. Hazırda qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir, yeni binalar tikilir, məhəllələr salınır. Yataqxanadakı şəraitlə maraqlanan səfir Füzuli rayonundan olan məcburi köçkün Abbas Əliyevin ailəsinin yaşadığı otağa baxmış və onların problemləri ilə yaxından tanış olmuşdur. R.Morninqstar Bakının Binəqədi rayonundakı 2 nömrəli evtikmə kombinatının ərazisində 369 məcburi köçkün ailəsi üçün tikilmiş doqquzmərtəbəli yaşayış binaları kompleksində də olmuşdur. Burada Zəngilan şəhər 4 nömrəli orta məktəbi üçün tikilmiş bina ilə tanış olan diplomata ermənilərin qədim Azərbaycan torpaqlarına təcavüzü haqqında ətraflı məlumat verilmişdir. Səfir Zəngilan rayonuna aid fotoşəkillərə də baxmışdır. Sonra R.Morninqstar Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 1440 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllədə də olmuşdur. Məhəllədə tikilən 1300 şagird yerlik Ağdam rayon 33 nömrəli tam orta məktəb ilə tanış olan diplomatın diqqətinə çatdırılmışdır ki, müasir təlim avadanlığı ilə diqqəti cəlb edən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılmışdır. Azərbaycan Prezidentinin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bu vacib amilin son dövrlərdə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edildiyini təsdiqləyir. Səfir məcburi köçkün ailələrinin mənzillərində yaradılan şəraitlə də tanış olmuşdur. R.Morninqstar jurnalistlərə müsahibəsində qaçqınlar və məcburi köçkünlər üçün bu cür şəraitin yaradılmasını yüksək qiymətləndirmişdir. Bildirilmişdir ki, qaçqınların və məcburi köçkünlərin yeganə arzusu doğma yurd-yuvalarına qayıtmaqdır. Bu da bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının nə dərəcədə əhəmiyyətli olduğunu göstərir. 1990-cı illərdə Azərbaycanda yerləşən bir sıra çadır şəhərciklərində olduğunu deyən diplomat qeyd etmişdir ki, həmin dövrdə məcburi köçkünlərin şəraiti heç də yaxşı deyildir. İndi belə bir dəyişikliyin şahidi olmaq çox xoşdur. Amma qaçqınların və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtmaları vacibdir. Diplomat vurğulamışdır ki, Azərbaycan qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində çoxlu sayda işlər görür.
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdərə və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Doğma yurdda xoşbəxt uşaqlıq
10 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
09 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Gözün aydın, ay Laçın…
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Kəlbəcər şəhərinə yola salınan köç ünvana çatıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Zabux: kənd də şəhər kimidir...
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xanabad kəndinə çatıb