"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1631
Azərbaycan və ingilis dillərində hazırlanmış yeni kitablarda qaçqın və məcburi köçkünlər haqqında geniş məlumatlar yer almışdır
Mətbuat xidmətinin məlumatı 24 Fevral, 2013
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Ermənistanda aparılan etnik təmizləmə və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın 20 faiz ərazisinin işğalı nəticəsində yaranmış bir milyonadək qaçqın və məcburi köçkünlər haqqında məlumat (1988-2011-ci illər)” kitabı nəfis tərtibatla Azərbaycan və ingilis dillərində çap edilmişdir. Kitabdakı bölmələrdə Azərbaycan ərazilərinin işğal tarixi, qaçqınlar və məcburi köçkünlər probleminin yaratdığı humanitar çətinliklər, onların müvəqqəti məskunlaşma yerləri, ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, Dövlətqaçqınkomun, beynəlxalq donorların qaçqınların və məcburi köçkünlərə qayğısından geniş söhbət açılır. Kitabda, həmçinin Ermənistan silahlı qüvvələrinin 1988-1993-cü illərdə ölkəmizə hərbi təcavüzü və torpaqlarımızın 20 faizinin işğalı nəticəsində Azərbaycanda yaranmış bir milyona yaxın qaçqın və məcburi köçkünlərə olan müntəzəm dövlət qayğısı nəticəsində, onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlər, mövcud ehtiyaclar və s. barədə də məlumatlar əks olunmuşdur. İki min nüsxə tirajla buraxılmış kitab, həmçinin “Çağ” Öyrətim İşlətmələri Şirkəti tərəfindən Türkiyədə eyni tirajla nəşr olunaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təqdim edilmişdir. BMT Təhlükəsizlik Şurasının, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Şurası Parlament Assambleyasının, ATƏT-in Minsk Konfransının qətnamələrinin yer aldığı kitabın aidiyyəti dövlət orqanlarına, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə və Azərbaycanda fəaliyyət göstərən beynəlxalq və yerli humanitar təşkilatlara paylanılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə ölkəmizdə və xaricdə müntəzəm olaraq beynəlxalq tədbirlər təşkil olunur. Bu tədbirlərin iştirakçılarına paylanmaq üçün nəzərdə tutulan yeni nəşr Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəbləri, nəticələri barədə dəyərli mənbədir. Qeyd edək ki, təkcə 2004-2012-ci illər ərzində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində xarici ölkələrin, beynəlxalq maliyyə qurumlarının, humanitar təşkilatların nümayəndələri ilə 500-dən çox görüş keçirilmiş, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin, ölkədə rəsmi səfərdə olan nüfuzlu beynəlxalq qurumların nümayəndə heyətlərinin məcburi köçkünlərin sıx müvəqqəti məskunlaşma yerlərinə 250-dən çox səfəri təşkil edilmişdir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən bu nəşrlərdən əlavə Ermənistan-Azərbaycan,Dağlıq Qarabaş münaqişəsi nəticəsində öz yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinə həsr olunmuş 52 dəqiqəlik “Vətən həsrəti ... Sönməyən ümidlər” filmi çəkilmiş, dövlətimizin başçısı cənab İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə görülmüş tədbirləri əhatə edən 10 dəqiqəlik film, həmçinin 8 dildə 15 dəqiqəlik qısametrajlı film hazırlanmış, komitənin 2 dildə vebsaytı istifadəyə verilmişdir.
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdərə və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Doğma yurdda xoşbəxt uşaqlıq
10 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
09 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Gözün aydın, ay Laçın…
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Kəlbəcər şəhərinə yola salınan köç ünvana çatıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Zabux: kənd də şəhər kimidir...
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xanabad kəndinə çatıb