"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1594
Masazır qəsəbəsində məcburi köçkün ailələri üçün inşa olunan məhəllədə tikinti işlərinin gedişi diqqət mərkəzindədir
Mətbuat xidmətinin məlumatı 18 Yanvar, 2013
Qaçqın və məcburi köçkünlərin mənzil-məişət problemlərinin həlli Azərbaycan Prezidentinin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq məcburi köçkünlər üçün hər cür infrastrukturu olan yeni qəsəbələr, şəhərciklər, məhəllələr salınır. Doğma ata-baba torpaqlarından didərgin düşmüş insanların problemləri cari ildə də diqqət mərkəzində saxlanılacaqdır. Ümumilikdə 2013-cü ildə 4 minə yaxın ailə üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri olan yeni qəsəbələrin tikilməsi, yaşayış məhəllələrinin salınması nəzərdə tutulmuşdur. Belə məhəllələrdən biri də Abşeron rayonunun Masazır qəsəbəsində salınır. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov yanvarın 18-də Masazır qəsəbəsində məcburi köçkün ailələri üçün salınan yaşayış məhəlləsində tikinti işlərinin gedişi ilə tanış olmuşdur. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, Milli Məclisin deputatı Ayaz Orucov Baş nazirin müavininə məlumat verilmişdir ki, məhəllədə 760 məcburi köçkün ailəsi üçün beşmərtəbəli 13 bina tikilir. Məhəllədə 540 şagird yerlik yeni məktəb, 280 çarpayılıq uşaq bağçası, klub-icma mərkəzi, tibb məntəqəsi, inzibati və poçt binası da tikilir. Məhəllə qaz, su, elektrik, mərkəzləşdirilmiş istilik sistemi ilə tam təchiz olunacaqdır. Tikintisinə 350-dən çox işçinin cəlb olunduğu məhəllədə məcburi köçkünlərin istirahəti üçün parkın və idman meydançasının da tikilməsi nəzərdə tutulmuşdur. Sonra Baş nazirin müavini Əli Həsənov tikinti işlərini aparan şirkətlərin rəhbərləri ilə görüşmüş, qaçqınların və məcburi köçkünlərin məskunlaşdırılmasının ölkəmizin qarşısında duran prioritet məsələ olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da bu məsələ diqqət mərkəzində olmuşdur. Dövlətimizin başçısı qaçqın və məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlayır və bu məqsədlə qarşıya konkret vəzifələr qoymuşdur. Bu vəzifələrin yüksək səviyyədə həlli istiqamətində Prezident İlham Əliyevin müəyyən etdiyi strategiya, həmçinin dövlətimizin başçısının qaçqınlara və məcburi köçkünlərə diqqət və qayğısından irəli gələn tapşırıqlar vaxtından əvvəl və keyfiyyətlə yerinə yetirilməlidir. Sonra komitə sədri ərazini gəzmiş, məhəllədə tikinti işlərinin yüksək səviyyədə görülməsi ilə bağlı tapşırıq və tövsiyələrini vermişdir.
04 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Azad, abad Ağalı kəndimiz...
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı “Qarabağda gələcək” adlı sərgi və satış-yarmarka təşkil edilib
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
31 May, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb
31 May, 2025 / Mətbuat xidmətinin məlumatı Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı yola salınıb
30 May, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı Vəkillər keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərib
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı yola salınıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı Laçınım mənim...
23 May, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
23 May, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocalı rayonuna çatıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı Xocalıya növbəti köç karvanı yola salınıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turniri keçirilib
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı Ata yurdunda ilk addımlar...
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb