XƏBƏRLƏR
Çap et
1941
İnformasiya cəmiyyətinin qurulması və elektron hökumətin formalaşması istiqamətində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində də mühüm tədbirlər həyata keçirilir
Mətbuat xidmətinin məlumatı
14 Dekabr, 2012
Artıq dünyanın əksər inkişaf etmiş ölkələrində cəmiyyətin müasir tələblərə uyğun inkişafı, dövlət idarəçiliyinin təkmilləşdirilməsi və şəffaflığının təmin edilməsi məqsədini daşıyan elektron hökumət formalaşıb. Ölkəmizdə də bu istiqamətdə mühüm layihələr həyata keçirilir. Qeyd edək ki, respublikamızda hakimiyyət strukturlarının şəffaf fəaliyyətinə təkan verən elektron dövlətin formalaşması prosesi dövlət başçısının 22 oktyabr 2005-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)” üzrə həyata keçirilməyə başlamışdır.
İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) geniş tətbiqinə imkan yaradan, eləcə də bölgələrdə yayılmasını təmin edən bu fəaliyyət konsepsiyası ölkəmizdə texnoparkların, texnopolislərin, innovasiya mərkəzlərinin yaradılmasına, alim və mütəxəssislərin elmi-texniki potensialından daha səmərəli istifadə edilməsinə, rəqabətə davamlı, elmtutumlu məhsulların istehsalına, nəticə etibarilə, informasiya cəmiyyətinin əsasını təşkil edən biliklər iqtisadiyyatının formalaşmasına zəmin yaradıb.
“Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi bu sahədə həyata keçirilən dövlət siyasətinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Dövlət proqramının məqsədi Milli Strategiyadan irəli gələn vəzifələrin yerinə yetirilməsi, respublikanın informasiya cəmiyyətinə keçidinin təmin edilməsi, informasiya və biliklərə əsaslanan rəqabətədavamlı iqtisadiyyatın qurulması və inkişaf etdirilməsidir. Bununla yanaşı, dövlət idarəetmə mexanizmlərinin səmərəliliyinin artırılması və qərarların qəbulu prosesində vətəndaşların iştirakı imkanlarının genişləndirilməsi, cəmiyyətin informasiya məhsulu və xidmətlərinə olan tələbatının ödənilməsidir.
Dövlət proqramında qeyd olunmuş məqsədlərə çatmaq üçün respublikada müasir İKT infrastrukturunun inkişaf etdirilməsi, fiziki və hüquqi şəxslərin dövlət orqanlarının fəaliyyəti haqqında məlumatlara, dövlət informasiya resurslarına çıxışının, həmçinin informasiya-kommunikasiya xidmətlərinin genişləndirilməsi və onların keyfiyyətinin artırılması istiqamətində işlər aparılır.
Bu proqramın tərkib hissəsi olan “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” ölkə rəhbərinin 23 may 2011-ci il tarixli fərmanında qeyd edildiyi kimi, ölkəmizdə Elektron Azərbaycan DP, eləcə də İKT-nin inkişafı ilə bağlı qəbul edilən digər normativ hüquqi aktlar əsasında dövlət orqanlarının əhaliyə beynəlxalq standartlara müvafiq elektron xidmətlər göstərməsi sahəsində hüquqi baza artıq formalaşmışdır. Bu istiqamətdə modern və mobil idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədilə əhaliyə elektron xidmətlərin göstərilməsi zəruridir.
Adı çəkilən fərmanın icrası ilə əlaqədar Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmi internet saytında 2011-ci ilin avqust ayında “Elektron xidmətlər” bölümü yaradılmış, elektron xidmətlər müəyyənləşdirilmiş, bu xidmətlərin inzibati reqlamentləri qurum tərəfindən tərtib və təsdiq olunmuşdur.
Eyni zamanda Komitə əməkdaşları Xüsusi Dövlət Mühafizə Xidmətinin və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin hazırladığı elektron imzalarla təmin edilmişdir.
Komitədə texniki bazanın yaradılması məqsədilə bəzi tələb olunan avadanlıqlar alınmış, Komitənin mərkəzi aparatının lokal şəbəkə və sürətli internetlə təchiz olunma işlərinə başlanılmışdır. Hal – hazırda bu işlər davam etdirilir.
Elektron xidmətlərin inzibati reqlamentlərinin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə uyğun təsdiq olunması Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsinin zəruriliyini nəzərə alaraq Komitə tərəfindən göstəriləcəyi nəzərdə tutulan dörd elektron xidmətlərdən ikisinin (“Kommunal xidmətlərdən istifadə edən məcburi köçkünlərin müvafiq xidmət təşkilatları və icra hakimiyyəti orqanları tərəfindən təsdiq olunmuş siyahısının təqdim olunması” elektron xidməti və “Əraziləri işğal olunmuş rayon icra hakimiyyəti orqanları tərəfindən təsdiq olunan yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinəti alan məcburi köçkünlərin siyahısının təqdim olunması” elektron xidməti) təsdiq olunmuş inzibati reqlamentləri Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilmiş və hal-hazırda yuxarıda qeyd olunan hər iki elektron xidmətlərin inzibati reqlamentləri Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmişdir.
Bununla yanaşı, Komitə tərəfindən göstəriləcək elektron xidmətlərin “Elektron xidmətlər reyestri”ndə qeydə alınması təmin edilmişdir.
Komitənin “Elektron Hökumət Dövlət İnformasiya Sistemi” (EHDİS) portalına qoşulması 2012-ci il 10 iyul tarixindən təmin edilmişdir. Həmin portalın yeni yaradılan “Rəsmi yazışmalar” bölməsində təşkilatımızı təmsil edən məsul şəxs Komitə rəhbərliyi tərəfindən təyin olunmuş və bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə rəsmi məlumat verilmişdir.
Hazırda Komitə tərəfindən təqdim olunması nəzərdə tutulan elektron xidmətlərdə respublikanın müxtəlif regionlarında məskunlaşan məcburi köçkünlərə dair informasiya bazasının mükəmməlləşdirilməsi və müvafiq FİN (fərdi identifikasiya nömrəsi) koduna unifikasiya edilməsi üçün hazır vəziyyətə gətirilməsi istiqamətində işlər həyata keçirilir.
Yaxın zamanlarda Komitə əməkdaşlarının Rabitə və İnformasiya Texnologiyaları Naziliyinin “Elektron Hökumət” portalı vasitəsilə digər dövlət qurumlarının informasiya bazalarından istifadə etmələri üçün şərait yaradılacaqdır.
Respublikamızda fərmanda qeyd olunan dövlət qulluqçularının informasiya texnologiyalarından istifadəsi sahəsində hazırlıq səviyyələrinin artırılması məqsədi ilə tədris kurslarının təşkili istiqamətində də zəruri tədbirlər görülür. Bundan əlavə, ölkəmizdə biliklərə əsaslanan iqtisadiyyatın inkişafı, bütün sahələrdə yeni texnologiyaların geniş tətbiqinə nail olunması, qlobal informasiya fəzasına inteqrasiyanın genişləndirilməsi istiqamətində həyata keçirilən mühüm məsələlərdən biri də yeni texnologiyaları tətbiq və inkişaf etdirə biləcək kadrların hazırlanmasıdır.
Bu məqsədlə “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmandan irəli gələn vəzifələri rəhbər tutaraq ölkəmizdə informasiya cəmiyyətinin qurulması proseslərinin fəal iştirakçısına çevrilən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi əməkdaşlarının da informasiya texnologiyaları və “Elektron Hökumət”, “İnformasiya cəmiyyəti”, “Elektron sənəd dövriyyəsi”, “Elektron imza” sahəsində biliklərinin artırılması üçün Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu ilə əlaqə yaratmış və qarşılıqlı əməkdaşlıq nəticəsində teoretik və praktik dərslərdən ibarət olan kurslar təşkil edilmişdir.
Kursda, AMEA İnformasiya Texnologiyaları İnstitutunun aparıcı alimləri tərəfindən dinamik inkişafda olan müasir informasiya texnologiyalarının ölkəmizə transformasiyası proseslərinə dair müxtəlif mövzularda mühazirələr və məşğələlər keçirilmişdir. Kursun sonunda tədris olunan mövzulara dair imtahan təşkil edilib və Komitənin 53 məsul əməkdaşı həmin imtahanı müvəffəqiyyətlə verərək AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun sertifikatlarını əldə etmişlər.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ölkə başçısının müvafiq fərmanının icrasının təmin olunmasında, həmçinin cəmiyyətin informasiya məhsulu və xidmətlərinə olan tələbatının ödənilməsi, ölkəmizdə şəffaflığın təmin olunması və dövlət idarəetmə mexanizmlərinin səmərəliliyinin artırılması məqsədilə “Elektron Hökumət” in (“Elektron Azərbaycan”) və informasiya cəmiyyətinin qurulmasında fəal iştirak edəcək.
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Biz öz tariximizə qayıdırıq!
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Can Laçın!
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb