XƏBƏRLƏR
Çap et
2477
Azərbaycanda İspaniya səfirliyinin açılması qarşılıqlı iqtisadi əməkdaşlığın fəallaşmasına kömək edəcəkdir
Mətbuat xidmətinin məlumatı
22 Noyabr, 2012
İspaniyaya səfər çərçivəsində Baş nazirin müavini cənab Əli Həsənov İspaniya Senatının sədr müavini Xuan Xose Lukas ilə görüşmüşdür. İkitərəfli münasibətlərin möhkəmlənməsinin vacibliyindən danışan Əli Həsənov energetika sahəsində əməkdaşlığın inkişafı məsələlərinə toxunmuşdur. O demişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İspaniyada nümayəndəliyini və törəmə şirkətlərini aça bilər. Azərbaycanda bir çox Avropa ölkəsindən şirkətlərin işlədiklərini vurğulayan Baş nazirin müavini bildirmişdir ki, İspaniya mütəxəssisləri də Azərbaycanda fəaliyyət göstərə bilərlər. Buna görə də Azərbaycanda İspaniya səfirliyinin açılması qarşılıqlı surətdə faydalı iqtisadi əməkdaşlığın fəallaşmasına xidmət edəcəkdir.
Xuan Xose Lukas qonaqları salamlayaraq İspaniya-Azərbaycan münasibətlərinin inkişafından razılıq ifadə etmişdir. O demişdir ki, İspaniyanın Azərbaycanda səfirliyinin açılması üçün siyasi iradə mövcuddur. Lakin son illər dünya maliyyə böhranı İspaniya iqtisadiyyatına ziyan vurmuşdur. Senatın sədr müavini bildirmişdir ki, İspaniya Azərbaycan ilə bütün sahələrdə əlaqələrin genişlənməsində maraqlıdır.
Baş nazirin müavini Əli Həsənov qeyd etmişdir ki, Azərbaycan İspaniyada baş verən prosesləri maraqla izləyir və İspaniyanın böhrandan tezliklə çıxacağına ümid bəsləyir.
Sonra Baş nazirin müavini Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsiya Marqalo ilə görüşmüşdür.
Xarici işlər naziri qonaqları salamlayaraq ikitərəfli əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır. O Azərbaycanda diplomatik nümayəndəliyin tezliklə açılacağına ümidvar olduğunu bildirmiş və bunun dövlət rəhbərliyinin siyasi iradəsini əks etdirəcəyini vurğulamışdır.
Xarici siyasət idarəsinin başçısı Azərbaycanın əlverişli geosiyasi vəziyyətini, habelə İspaniyanın Aralıq dənizi və Atlantik okeana çıxışı olmasını nəzərə alaraq qarşılıqlı surətdə faydalı iqtisadi əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırmışdır.
İspaniya hökumətinin Azərbaycan ilə energetika, tikinti, nəqliyyat sahələrində sıx əməkdaşlıqda maraqlı olduğunu deyən nazir ümidvar olduğunu bildirmişdir ki, Azərbaycan 2015-2016-cı illərdə İspaniyanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini dəstəkləyəcəkdir.
Əli Həsənov səmimi qəbula görə təşəkkürünü bildirərək demişdir ki, Azərbaycan İspaniya ilə əlaqələrin inkişafında maraqlıdır və bunun üçün böyük imkanlar vardır. Azərbaycanın kiçik ölkə olmasına baxmayaraq, o, Avropa və dünya ölkələrinin diqqət mərkəzindədir. Azərbaycan enerji ehtiyatları və geosiyasi vəziyyəti ilə cəlbedicidir. Baş nazirin müavini vurğulamışdır ki, İspaniya ilə əlaqələrin inkişafı üçün daha bir əhəmiyyətli amil mövcuddur. Bu, xalqlarımızın və ənənələrimizin oxşarlığıdır. İqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyindən danışan Əli Həsənov qeyd etmişdir ki, Azərbaycan dünya iqtisadiyyatının müxtəlif sahələrinə sərmayələr qoyan investor ölkəyə çevrilmişdir. Nə üçün də Azərbaycan İspaniya iqtisadiyyatına sərmayə yatırmasın? İspaniyanın alternativ energetika, liman tikintisi sahəsində böyük təcrübəyə malikdir, İspaniya mütəxəssisləri müvafiq layihələrə cəlb edilə bilərlər.
Görüşdə parlamentlərarası qrupun fəaliyyətinin bütün sahələrdə əlaqələrin inkişafına kömək edəcəyinə əminlik ifadə olunmuşdur.
Görüşün sonunda xatirə şəkli çəkdirilmişdir.
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdərə və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Doğma yurdda xoşbəxt uşaqlıq
10 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Mətbuat xidmətinin məlumatı
09 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Gözün aydın, ay Laçın…
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd şəhərinə çatıb
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Kəlbəcər şəhərinə yola salınan köç ünvana çatıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Zabux: kənd də şəhər kimidir...
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd şəhərinə çatıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd şəhərinə çatıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xanabad kəndinə çatıb









