XƏBƏRLƏR
Çap et
1367
Azərbaycan beynəlxalq birlikdən və Avropa İttifaqından Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə adekvat addımlar atılmasını gözləyir.
Mətbuat xidmətinin məlumatı
22 Noyabr, 2012
Azərbaycan Respublikasının Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Madriddə rəsmi səfərdədir. Səfərin məqsədi İspaniya senatında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinə həsr edilmiş dinləmələr aparmaqdır.
Noyabrın 21-də Azərbaycan Respublikasının Baş nazirinin müavini, nümayəndə heyətinin rəhbəri Əli Həsənov İspaniya Senatının sədri Pio Qarsıya-Eskudero Markus ilə görüşmüşdür.
Görüşdə Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri üzrə şöbəsinin müdiri Qurban Sadıqov, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, Milli Məclisin deputatı Ayaz Orucov iştirak etmişlər.
Əvvəlcə Əli Həsənov Senatın Fəxri Qonaqlar Kitabına ürək sözlərini yazmışdır.
Senatın sədri Pio Qarsıya-Eskudero Markus Azərbaycan ilə İspaniya arasında bütün sahələrdə əlaqələrin inkişafının vacibliyini vurğulamış və ümidvar olduğunu bildirmişdir ki, həyata keçirilən qarşılıqlı səfərlər bu əlaqələrin daha da genişlənməsinə töhfə verəcəkdir.
Nümayəndə heyətinin rəhbəri Əli Həsənov səmimi qəbul üçün Senatın sədrinə təşəkkürünü bildirərək, iki ölkə arasında bütün sahələrdə əməkdaşlığı möhkəmlətməyin vacib olduğunu qeyd etmişdir. Parlamentlərarası əlaqələrin fəallaşdırılmasının zəruriliyi vurğulanmış, qeyd edilmişdir ki, bu, Azərbaycan ilə İspaniya arasında ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə və inkişafına xidmət edəcəkdir. Bildirilmişdir ki, iki xalqın ənənələri və mədəniyyətləri arasında oxşarlıqlar qarşılıqlı əməkdaşlığın hərtərəfli inkişaf etdirilməsi üçün böyük imkanlar yaradır.
Əli Həsənov ölkəmizin tarixi haqqında, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın çətin, lakin şərəfli yolu, ulu öndər Heydər Əliyevin ölkənin inkişafında, dövlətçiliyin və iqtisadi bazanın möhkəmlənməsində əvəzsiz rolu, Azərbaycan xalqının ümummilli liderinin müəyyən etdiyi fəaliyyət xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar barədə ətraflı məlumat vermişdir.
Baş nazirin müavini diqqətə çatdırmışdır ki, son doqquz ildə Azərbaycan indiyə qədər dünya tarixində analoqu olmayan inkişaf tempi nümayiş etdirir. Əli Həsənov demişdir ki, neft-qaz ehtiyatlarının düzgün idarə edilməsi özəl sektorun və iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafına təkan vermişdir. Baş nazirin müavini bu gün Azərbaycan iqtisadiyyatının Cənubi Qafqazın üç dövlətinin məcmu iqtisadiyyatının 80 faizdən çoxunu təşkil etdiyini vurğulayaraq qeyd etmişdir ki, beləliklə Azərbaycanın uğurlu və sürətli inkişafı təmin olunmuşdur.
Əli Həsənov bildirmişdir ki, Prezident İlham Əliyev 2020-ci ilə qədər olan dövr üçün Azərbaycanın inkişaf strategiyasının işlənib hazırlanması barədə Sərəncam vermişdir. Bu strategiyaya əsasən ölkədə imkansız adam qalmayacaq, qeyri-neft sektoru dinamik inkişaf edəcək, Azərbaycan həyat səviyyəsinin yüksək olduğu, inkişaf etmiş ölkələr sırasına keçəcəkdir.
Baş nazirin müavini bildirmişdir ki, Azərbaycanda tolerantlıq və dözümlülük mühiti mövcuddur və bu amil həm region, həm də bütövlükdə dünya üçün nümunə sayıla bilər. Bunu Bakıda keçirilmiş dinlərarası dialoqa dair beynəlxalq konfransda, habelə bir sıra xarici ölkələrin də iştirak etdiyi “Din və dini etiqad azadlığı” mövzusunda respublika konfransında iştirak etmiş din xadimləri də yəqin etmişlər.
Əli Həsənov xatırlatmışdır ki, 2002-ci ildə ulu öndər Heydər Əliyev Roma Papası II İohann Paveli qəbul etmiş, elə həmin vaxt Azərbaycan Prezidenti Bakıdakı Roma Katolik kilsəsinə yeni məbəd tikintisi üçün torpaq sahəsi ayırmışdır. Azərbaycan tolerant dəyərləri əsas götürərək müxtəlif konfessiyalara, o cümlədən ermənilərə aidiyyəti olan abidələrə hörmətlə yanaşır. Bakıdakı erməni kilsəsinin qorunub saxlanması buna sübutdur. Halbuki Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində nəinki bütün infrastrukturu, hətta Azərbaycanın bütün tarixi, mədəni və dini abidələrini məhv etmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət açan Əli Həsənov diqqətə çatdırmışdır ki, ATƏT-in Minsk qrupunun himayəsi altında 20 il ərzində davam edən danışıqlar heç bir nəticə verməmişdir. BMT Təhlükəsizlik Şurasının münaqişənin tənzimlənməsinə dair qəbul etdiyi dörd qətnamədə və digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılması tələb edildiyinə baxmayaraq, bu qətnamələr hələ də yerinə yetirilməmişdir. Azərbaycan ərazilərinin işğal edilməsi nəticəsində ölkənin 1 milyona yaxın vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
Bu gün ölkədə heç bir çadır düşərgəsi qalmamışdır. Bütövlükdə ötən müddətdə 26 min qaçqın və məcburi köçkün ailəsi üçün 76 müasir qəsəbə salınmışdır.
Baş nazirin müavini görüş iştirakçılarının diqqətinə çatdırmışdır ki, Ermənistan tərəfindən Azərbaycana vurulmuş ziyanın həcminin hesablanması üçün cəlb edilmiş beynəlxalq qiymətləndirmə təşkilatları bu ziyanın 300 milyard dollar olması qənaətinə gəlmişlər.
Əli Həsənov vurğulamışdır ki, Azərbaycan bu münaqişənin dinc yolla tənzimlənməsinin tərəfdarıdır, lakin təəssüf ki, ədalətsizlik davam edir. Bununla belə, Azərbaycan xalqının səbri hədsiz deyildir.
İspaniya Senatının sədri Pio Qarsıya-Eskudero Markus Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasını müdrik strategiya adlandırmışdır. Senatın sədri Dağlıq Qarabağ münaqişəsi mövzusuna toxunaraq vurğulamışdır ki, İspaniya hökuməti Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir və bu münaqişənin sülh və dialoq yolu ilə tənzimlənəcəyinə ümid edir. O, Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın ədalətli mövqeyinin dünya birliyinə, o cümlədən Avropa İttifaqına çatdırılması coğrafiyasını genişləndirməyin vacibliyini qeyd etmişdir. Pio Qarsıya-Eskudero Markus vurğulamışdır ki, Azərbaycan dözümlülük göstərməlidir, çünki ədalət həmişə qalib gəlir.
Senatın sədri qeyd etmişdir ki, Azərbaycanın xarici ölkələrlə genişlənməkdə olan iqtisadi əməkdaşlığı da bu münaqişənin beynəlxalq hüquq normaları və ərazi bütövlüyü prinsipləri çərçivəsində tənzimlənməsinə kömək edə bilər. Pio Qarsıya-Eskudero Markus İspaniya tərəfinin Azərbaycan ilə bütün sahələrdə əməkdaşlıqda maraqlı olduğunu qeyd edərək, ispaniyalı mütəxəssislərin Azərbaycanda həyata keçirilən nəqliyyat və tikinti layihələrində, habelə alternativ enerji mənbələrinin yaradılmasına dair layihələrdə iştirakının mümkün olduğunu bildirmişdir.
Əli Həsənov qeyd etmişdir ki, Azərbaycan Avropa İttifaqı ilə əlaqələrin daha da genişləndirilməsində maraqlıdır. Belə ki, ölkənin enerji resursları Avropaya nəql edilir, lakin bunun müqabilində Azərbaycan beynəlxalq birlikdən və Avropa İttifaqından Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə adekvat addımlar atılmasını gözləyir.
Baş nazirin müavini Əli Həsənov “Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” məsəlini xatırladaraq İspaniya Senatının sədri Pio Qarsıya-Eskudero Markusu Azərbaycana səfərə dəvət etmişdir.
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Biz öz tariximizə qayıdırıq!
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Can Laçın!
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb