XƏBƏRLƏR
Çap et
1829
İmişli rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş yeni müasir tipli qəsəbə istifadəyə verilmişdir
Mətbuat xidmətinin məlumatı
14 Noyabr, 2012
Noyabrın 14-də məcburi köçkünlər üçün İmişli rayonunda inşa olunmuş daha bir qəsəbənin açılışı olmuşdur.
Açılış mərasimində Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Milli Məclisin deputatları, məcburi köçkün və ətraf rayonların icra hakimiyyətlərinin başçıları və digər rəsmi şəxslər iştirak etmişlər.
Mərasim iştirakçıları əvvəlcə evlərə baxmış, Baş nazirin müavini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adından tam təmirli, mebel və digər məişət avadanlığı ilə təmin olunmuş üçotaqlı evin açarlarını Füzuli rayonundan olan məcburi köçkün Camal Sadıqovun ailəsinə təqdim etmişdir. Evin sahibəsi, qəsəbə qadınlar şurasının sədri Əsli Sadıqova göstərilən diqqət və qayğıya görə məcburi köçkünlər adından dövlətimizin başçısına dərin minnətdarlıq etmişdir.
Sonra tədbir qəsəbədəki tam orta məktəbdə davam etmişdir. Burada məktəbin özfəaliyyət kollektivinin ifa etdiyi xalq mahnıları iştirakçılara xoş ovqat bəxş etmişdir.
Baş nazirin müavini Əli Həsənov məcburi köçkünləri Prezident İlham Əliyevin adından yeni qəsəbənin açılışı münasibətilə təbrik etmişdir.
Əli Həsənov, həmçinin Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü münasibətilə partiya üzvlərini və bu siyasi partiyanı dəstələyən bütün insanları təbrik etmişdir.
Baş nazirin müavini demişdir ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev qaçqın və məcburi köçkünlərin problemlərinin həllini daim diqqətdə saxlamışdır. Ulu öndərimizin siyasi kursunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyev də qaçqın və məcburi köçkünlərə daim diqqət və qayğı göstərir, onların problemlərinin həllinə çalışır. Son bir neçə ildə qaçqın və məcburi köçkünlər üçün müasir tipli, hər cür şəraiti olan 72 yeni qəsəbə salınmış, 120 minə yaxın məcburi köçkün həmin qəsəbələrdə məskunlaşmışdır. Cari ilin sonunadək daha 4 yeni qəsəbə istifadəyə veriləcəkdir. Bu qəsəbələrdə daha 20 min məcburi köçkün məskunlaşacaqdır. Məcburi köçkünlər üçün yeni qəsəbələrin tikintisi növbəti illərdə də davam etdiriləcəkdir. Torpaqlarımız işğaldan azad olunduqdan sonra isə “məskunlaşdırma prosesi” “qayıdış proqramı” ilə əvəz olunacaqdır.
Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin daim inkişaf etdiyini deyən Baş nazirin müavini bildirmişdir ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsi, bir sıra mühüm beynəlxalq tədbirlərin Bakıda keçirilməsi bir daha sübut edir ki, dövlətimizin nüfuzu bütün dünyada artmış, mövqeləri daha da möhkəmlənmişdir.
Əli Həsənov demişdir: “Ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən, onun ideyalarını dönmədən həyata keçirən İlham Əliyevin digər siyasətçilərdən əsas fərqi ondadır ki, o, öz millətinin xoşbəxt gələcəyini düşünür. Xalqını parlaq gələcəyə aparır. Qədirbilən xalqımız da bu əməlləri layiqincə qiymətləndirir və onun siyasətini dəstəkləyir. Əminik ki, xalqımız növbəti seçkilərdə də öz düzgün seçimini edəcək və ulu öndərin layiqli davamçısına səs verəcəkdir”.
Əli Həsənov işğalçı Ermənistanda baş verən proseslərə də toxunmuş, son 15 ildə 1,5 milyon, təkcə bu ilin 9 ayında isə 90 min insanın Ermənistanı tərk etdiyini bildirmişdir. Baş nazirin müavini demişdir ki, Ermənistan dövləti tam iflasa uğramışdır və bu dövlətin rəhbərliyi bunu yaxşı başa düşür. Lakin onlar xarici havadarlarının həm təzyiqi, həm də köməyi qarşısında öz çirkin əməllərindən əl çəkə bilmirlər. Azərbaycan dövləti isə daha da möhkəmlənir və inkişaf edir. Bu inkişaf isə bizə öz problemimizi həll etməyə imkan verir.
Sonra Füzulu rayonundan olan məcburi köçkün Camal Sadıqov qaçqın və məcburi köçkünlər adından çıxış etmiş, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir.
Qəsəbədə ev ilə təmin olunmuş məcburi köçkün Ümidvar Ağayev və İradə Miriyeva da onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.
Məlumat üçün bildirilr ki, yeni qəsəbə Azərbaycan Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Azərbaycan Prezidentinin 2007-ci il 31 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş əlavənin müvafiq bəndinə əsasən tikilmişdir.
İmişli rayonu ərazisindəki fin tipli qəsəbələrdə müvəqqəti məskunlaşmış 550 məcburi köçkün ailəsindən birinci mərhələdə 325 ailə üçün yeni yaşayış qəsəbəsi salınmışdır.
Qəsəbənin ərazisi 100 hektar (ha) sahəni əhatə edir ki, bundan 32,54 ha qəsəbənin tikintisi üçün, 44,96 ha isə həmin qəsəbəyə köçürüləcək məcburi köçkünlərə pay torpaqları kimi nəzərdə tutulmuşdur.
Bu qəsəbədə inşa edilmiş 325 evdən, 30-u birotaqlı, 163-ü 2 ikiotaqlı, 115-i üçotaqlı, 17-si isə dördotaqlıdır.
Bundan əlavə, qəsəbənin ərazisində 360 yerlik məktəb, 50 yerlik uşaq bağçası, klub-icma mərkəzi, inzibati bina, feldşer-mama məntəqəsi tikilmişdir.
Tikintinin sifarişçisi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondudur.
Qəsəbənin elektrik və qaz təchizatı şəbəkələri İmişli rayonunun kommunikasiyalarına qoşulmuşdur.
Qəsəbədə qazanxana, istirahət parkı, su anbarı, eləcə də pay torpaqlarını və həyətyanı sahələri suvarmaq üçün 2,7 kilometr uzunluğunda qapalı suvarma şəbəkəsi, qrunt sularını kənarlaşdırmaq üçün isə qəsəbə ərazisində 4 kilometr uzunluğunda drenaj şəbəkəsi tikilmişdir.
Baş nazirin müavini qəsəbədə aparılmış tikinti-abadlıq işlərindən, məcburi köçkünlər üçün yaradılmış şəraitdən razılığını bildirmişdir.
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Biz öz tariximizə qayıdırıq!
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Can Laçın!
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb