"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1275
Avropa Parlamentinin siyasi məsləhətçilərindən ibarət nümayəndə heyəti Dövlətqaçqınkomda olmuşdur.
Mətbuat xidmətinin məlumatı 01 Noyabr, 2012
Avropa Parlamentinin siyasi məsləhətçilərindən ibarət nümayəndə heyəti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadovla görüşmüşlər. Əvvəlcə qonaqlar Gəray Fərhadovun müşaiyəti ilə Dövlətqaçqınkomun foyesində ölkəmizdə qaçqın və məcburi köçkünlərin problemlərinin mərhələli şəkildə həlli istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi çoxsaylı tədbirləri özündə əks etdirən ekspozisiya və foto-stendlə tanış olmuşlar. Burada Ermənistan silahlı birləşmələrinin təcavüzü nəticəsində zor gücünə doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın ilk günlərdəki acınacaqlı durumlarını, o vaxtkı məskunlaşma obyektlərindəki dözülməz şəraiti, Ümummilli liderimizin, həmçinin Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərlə görüşlərini, çadır düşərgələrinin ləğvini, yeni salınmış qəsəbələr və hündürmərtəbəli yaşayış komplekslərinin ümumi görüntülərini və digər tədbirləri özündə əks etdirən foto-stend və ekspozisiyalar qonaqlarda böyük maraq doğurmuşdur. Vaxt tapıb ölkəmizin bir saylı problemi ilə daha yaxından tanış olmaq üçün görüşə gəldiklərinə görə, Avropa Parlamentinin üzvlərinə təşəkkürünü bildirən Gəray Fərhadov xəritə üzərində qonaqlara həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun tarixi kökləri və yaranma səbəbləri, bu münaqişə nəticəsində bir milyondan çox soydaşımızın Ermənistanın hərbi təcavüzü nəticəsində qaçqın və məcburi köçkün vəziyyətində yaşaması, onların ağır sosial durumu və Azərbaycan dövlətinin bu sahədə gördüyü tədbirlər barədə hərtərəfli məlumat vermişdir. Gəray Fərhadov münaqişənin dinc yolla həlli istiqamətində danışıqlar aparılması ilə bağlı Azərbaycan tərəfinin konstruktiv səylərinə baxmayaraq, Ermənistanın müəyyən bəhanələrlə danışıqlardan boyun qaçırdığını qeyd etmiş, işğal altındakı ərazilərdə Azərbaycan xalqına məxsus tarixi abidələrin, mədəniyyət və incəsənət əsərlərinin, təbii sərvətlərin ermənilər tərəfindən məhv edilməsindən və mənimsənilməsindən söhbət açmışdır. Azərbaycanın münaqişənin sülh yolla həllinə səy göstərməsinə diqqət çəkən natiq bunun dünya ölkələri və beynəlxalq qurumlar tərəfindən dəstəkləndiyini xüsusi vurğulamış, işğal altındakı Azərbaycan ərazilərinin tezliklə azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının və digər beynəlxalq təşkilatların qətnamə və qərarlarını Ermənistan tərəfinin saya salmadığını qeyd etmişdir. O, sonda qeyd etmişdir ki, bu soydaşlarımız üçün hərtərəfli şərait yaradılmasına baxmayaraq onların bir arzu, istəkləri vardır: doğma torpaqlarına qayıtmaq! Azərbaycanın hərtərəfli inkişafına ciddi mane yaradan, eləcə də regionun və Avropanın təhlükəsizliyinə ciddi təhdid olan Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları ilə bağlı fikirlərini yekunlaşdıran Gəray Fərhadov Avropa Parlamentinin Ermənistanın işğalçılıq siyasətini pisləyən, Azərbaycanın haqlı mövqeyini dəstəkləyən qətnaməsinin indiyədək icra olunmamasından təəssüfləndiyini bildirib. O, bu qətnamənin və Dağlıq Qarabağ münaqişəsinin həllinə dair digər sənədlərin icrası ilə bağlı avropalı parlamentarilərin fəallıq göstərməsinin vacibliyini də qeyd edib. Görüşdə qonaqları maraqlandıran suallara da hərtərəfli cavab verilmişdir.
07 May, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin komandası gümüş medalla təltif edildi.
07 May, 2025 / Mətbuat xidmətinin məlumatı Şuşa şəhəri: Gündüzdən gecəyə ...
01 May, 2025 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış yeni iş imkanları yaradır
30 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
30 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
29 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı “ZƏFƏRİN 5-Cİ İLİ: BÖYÜK QAYIDIŞIN ADDIMLARI” mövzusunda fotomüsabiqə elan olunur
29 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
29 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
29 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ballıcaya köçürüldü
29 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində kollegiya iclası keçirilib
29 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
28 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocalı şəhərinə çatıb
28 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Xocalı şəhərinə növbəti köç karvanı yola salınıb
22 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
22 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ağdərəyə köçürüldü
21 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
21 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
21 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Yataqxana və digər inzibati binalarda yaşayan ailələr köçürüldü
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkün qadınların peşə bilikləri təkmilləşdirilib
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib