XƏBƏRLƏR
Çap et
1564
Avropa Parlamentinin üzvləri Dövlətqaçqınkomda olmuşlar
Mətbuat xidmətinin məlumatı
31 Avqust, 2012
Azərbaycanda səfərdə olan Avropa Parlamentinin üzvləri avqustun 31-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşmüşlər.
Avropa Parlamenti nümayəndə heyətinin ölkəmizə səfərini yüksək qiymətləndirən Əli Həsənov Azərbaycanın müstəqillik illərinin əvvəlində qarşılaşdığı problemlər, əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat vermişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, nəticələri, onun yaratdığı problemlər, qaçqın və məcburi köçkünlərin bugünkü vəziyyəti, onların sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışmışdır.
BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlar təcavüzkar Ermənistanın işğal etdiyi torpaqları azad etməsi barədə qərar və qətnamələr qəbul etmişdir. Rəsmi Bakı münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, sülh yolu ilə həllinə tərəfdardır və bu siyasəti dəyişməz olaraq qalır. Lakin terroru dövlət səviyyəsində dəstələyən Ermənistan öz işğalçılıq siyasətindən əl çəkmir, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə münaqişənin sülh yolu ilə həlli, ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı 4 qətnaməsinə, həmçinin digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qərarlarına məhəl qoymur.
Əli Həsənov Avropa Parlamenti deputatlarının ölkəmizə səfərinin və bugünkü görüşün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin, ümumilikdə Azərbaycan reallıqlarının dünyaya çatdırılmasına müsbət təsir göstərəcəyinə əmin olduğunu bildirmişdir.
Avropa Parlamenti nümayəndə heyətinin rəhbəri, Belçika Parlamentinin üzvü Alain Destexhe Azərbaycana gəlməkdən məmnun olduqlarını qeyd etmiş, burada gördükləri sürətli, dinamik inkişafın, Bakının, İçəri şəhərin gözəlliyinin onları heyran etdiyini bildirmişdir. Bu cür görüşlərin davamlı olmasının zəruriliyini vurğulayan qonaq demişdir: “Avropaya sürətlə inteqrasiya edən Azərbaycan bizim üçün çox önəmlidir. Azərbaycanın təkcə regionda deyil, bütün dünyada oynadığı rol və artan nüfuzu təqdirəlayiqdir. Səfərimizin əsas məqsədi həm Azərbaycan, həm də bütövlükdə region haqqında, eləcə də Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat toplamaqdır. Biz Azərbaycanın bölgələrinə də gedəcəyik, məcburi köçkünlərin vəziyyəti ilə tanış olacağıq”.
Sonra çıxış edən digər avropalı deputatlar Azərbaycanın Avropaya inteqrasiyasını və regiondakı rolunu, dünyada artan nüfuzunu yüksək qiymətləndirmiş, Dağlıq Qarabağ münaqişəsinin tezliklə, ədalətli həllinin vacibliyini vurğulamışlar. Bildirilmişdir ki, regionda sülhün bərqərar olması təkcə Azərbaycanın deyil, bütövlükdə regionun inkişafına müsbət təsir göstərəcəkdir.
Sonda nümayəndə heyətinin üzvlərinə Dağlıq Qarabağ münaqişəsindən bəhs edən filmin diski, jurnal və hədiyyə təqdim olunmuşdur.
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdərə və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Doğma yurdda xoşbəxt uşaqlıq
10 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Mətbuat xidmətinin məlumatı
09 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Gözün aydın, ay Laçın…
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd şəhərinə çatıb
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Kəlbəcər şəhərinə yola salınan köç ünvana çatıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Zabux: kənd də şəhər kimidir...
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd şəhərinə çatıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd şəhərinə çatıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xanabad kəndinə çatıb









