"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1911
Azərbaycan ilə Meksika arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır
Mətbuat xidmətinin məlumatı 25 Avqust, 2012
Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Həsənov Meksikaya rəsmi səfəri çərçivəsində avqustun 23-də bu ölkənin Deputatlar Palatasının sədri Oskar Arse ilə görüşmüşdür. Görüşdə, həmçinin Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov, Milli Məclisin deputatı Ayaz Orucov, Meksika Konqresinin üzvləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. Deputatlar Palatasının sədri Oskar Arse cari ilin iyulunda Bakıya səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olmasından, Milli Məclisin deputatları və hökumətin üzvləri ilə görüşlərindən məmnunluqla söz açmışdır. O, Azərbaycana səfərinin uğurlu olduğunu və gələcək əməkdaşlıq üçün yeni perspektivlər açdığını söyləmişdir. Ölkələrimiz arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu vurğulayan Baş nazirin müavini Əli Həsənov görüş iştirakçılarına Mexiko şəhərində Meksika-Azərbaycan Dostluq Parkının, burada ümummilli lider Heydər Əliyevin abidəsinin və Tlakskoake-Xocalı Meydanının açılışı mərasimində Mexiko şəhər rəhbərliyi və əhalisinin nümayiş etdirdiyi xoş münasibət haqqında danışaraq, təəssüratlarını bölüşmüşdür. Baş nazirin müavini Əli Həsənov, həmçinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Xocalı soyqırımının baş verməsini təsdiq edən qətnamənin 2011-ci ilin dekabr ayında Meksikanın Deputatlar Palatası tərəfindən qəbul edildiyinə toxunaraq, nümayiş etdirilmiş demokratik və ədalətli mövqeyə görə Azərbaycan Hökuməti adından dərin təşəkkürünü bildirmişdir. Görüşdə ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Bununla da, Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyətinin Meksikaya rəsmi səfəri başa çatmışdır.
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdərə və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Doğma yurdda xoşbəxt uşaqlıq
10 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
09 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Gözün aydın, ay Laçın…
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Kəlbəcər şəhərinə yola salınan köç ünvana çatıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Zabux: kənd də şəhər kimidir...
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xanabad kəndinə çatıb