"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2399
Mexikoda Meksika-Azərbaycan Dostluq Parkı və burada ümummilli lider Heydər Əliyevin abidəsi açılmışdır
Mətbuat xidmətinin məlumatı 25 Avqust, 2012
Avqustun 22-də Meksikanın paytaxtı Mexiko şəhərinin mərkəzi prospektində Meksika–Azərbaycan Dostluq Parkı və burada xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsinin təntənəli açılış mərasimi keçirilmişdir. Ərazisi 1.7 hektar olan Dostluq Parkı Azərbaycan Hökuməti tərəfindən tamamilə yenidən qurulmuş, burada əsaslı abadlıq və yaşıllaşdırma işləri aparılmışdır. Ulu öndərin abidəsinin müəllifi Xalq Rəssamı, heykəltəraş Natiq Əliyevdir. Açılış mərasimində Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyəti, Mexikonun meri Marselo Ebrard və şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsinin önünə əklil qoymuş, xatirəsini ehtiramla anmışlar. Mexikonun ətraf mühit naziri Marta Delqado mərasim iştirakçılarını salamlamış, Meksika-Azərbaycan Dostluq Parkının və ümummilli lider Heydər Əliyevin abidəsinin açılmasını şəhərin tarixində əlamətdar hadisə adlandırmışdır. Nazir parkın Mexiko şəhərinin tarixi ərazisində, müxtəlif muzey və digər istirahət mərkəzləri ilə vahid bir kompleksdə yerləşdiyini diqqətə çatdırmışdır. M.Delqado bu istirahət məkanının Azərbaycan hökumətinin Mexiko şəhərinə dəyərli töhfəsi olduğunu qeyd edərək, parkın şəhər əhalisi və turistlərin mənalı istirahət mərkəzinə çevriləcəyinə əminliyini bildirmişdir. Mexikonun şəhərsalma və inkişaf naziri Felipe Leal isə parkda görülmüş yenidənqurma işləri, burada quraşdırılmış müasir işıqlandırma və suvarma sistemləri barədə məlumat vermişdir. Nazir Meksika-Azərbaycan Dostluq Parkının ölkələrimiz və paytaxt şəhərlərimiz arasında mövcud əməkdaşlıq və dostluq əlaqələrinin göstəricisi olduğunu, bu münasibətlərin gələcəkdə də inkişaf etməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləmişdir. Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənov mərasimdə çıxış edərək Azərbaycan xalqının və Prezident İlham Əliyevin salamlarını çatdırmışdır. Baş nazirin müavini qeyd etmişdir ki, Mexiko şəhərində Azərbaycan–Meksika Dostluq Parkının yaradılması və burada ümummilli liderimiz Heydər Əliyevin abidəsinin ucaldılması bizim üçün tarixi hadisədir. Əli Həsənov Mexiko şəhərinin mərkəzində bu park üçün yer ayrılmasının xalqlarımızın dostluğu və gələcək əməkdaşlığı üçün gözəl təşəbbüs olduğunu qeyd edərək şəhərin rəhbərliyinə minnətdarlığını bildirmişdir. Sonra Baş nazirin müavini xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat vermişdir. Ulu öndərin dünya şöhrətli siyasi xadim və dövlət xadimi olduğunu diqqətə çatdıran Əli Həsənov 1982-ci ildə Heydər Əliyevin başçılığı ilə SSRİ nümayəndə heyətinin Meksikaya rəsmi səfəri və keçirdiyi görüşlər haqqında danışmışdır. Əli Həsənov Azərbaycan ilə Meksika arasında müxtəlif sahələrdə inkişaf edən münasibətlərdən söz açaraq, ikitərəfli əlaqələrimizin daha da genişlənəcəyinə əminliyini vurğulamışdır. Tədbirin sonunda çıxış edən mer Marselo Ebrard Azərbaycan nümayəndə heyətini Mexiko şəhərində qəbul etdiyindən şərəf duyduğunu bildirmişdir. Marselo Ebrard Meksika–Azərbaycan Dostluq Parkının yerləşdiyi ərazinin şəhərin mühüm tarixi hissəsi olduğunu qeyd etmişdir. O bildirmişdir ki, Azərbaycanın adı ilə bağlı olan bu istirahət məkanı şəhərin digər park və xiyabanlarından daha möhtəşəmdir. Bu park Mexiko şəhərinin əhalisi və qonaqlarının ən sevimli istirahət yerlərindən biri olacaqdır. Şəhərin meri Baş nazirin müavini Əli Həsənova və başçılıq etdiyi nümayəndə heyətinə təşəkkürünü bildirmiş, ölkələrimiz arasında münasibətlərin bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu söyləmişdir. Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov, Milli Məclisin deputatı Ayaz Orucov, Meksikanın Deputatlar Palatasının sədri Oskar Arse, Meksikanın hökumət və Konqres üzvləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, o cümlədən Rusiya, Gürcüstan və Ukraynanın səfirləri, burada yaşayan həmyerlilərimiz, habelə türk, rus və Ukrayna cəmiyyətlərinin təmsilçiləri tədbirdə iştirak etmişlər. Ümummilli lider Heydər Əliyevin Meksikaya səfəri çərçivəsində onunla görüşmüş yüksək rütbəli diplomatlar, keçmiş hökumət və Konqres üzvləri ulu öndər haqqında təəssüratlarını bölüşmüşlər. Meksika-Azərbaycan Dostluq Parkının və ümummilli lider Heydər Əliyevin abidəsinin açılışına həsr olunmuş mərasim ölkənin kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmışdır.
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkün qadınların peşə bilikləri təkmilləşdirilib
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Zabuxun yeni görkəmi
11 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
11 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ağdərəyə köçürüldü
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
07 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
07 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
05 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
05 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
02 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
02 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
14 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
14 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ballıcaya köçürüldü
06 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb