"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1457
Meksika Senatında Azərbaycan nümayəndə heyəti ilə səmərəli görüşlər keçirilmişdir
Mətbuat xidmətinin məlumatı 24 Avqust, 2012
Azərbaycan Respublikası Baş nazirinin müavini cənab Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Mexiko şəhərində yaradılmış Meksika-Azərbaycan Dostluq Parkının, həmin parkda ucaldılmış xalqımızın Ümummilli lideri Heydər Əliyevin abidəsinin və Xocalı soyqırımına həsr edilmiş abidənin qoyulduğu “Tlakskoake-Xocalı” Meydanının açılışı ilə əlaqədar Meksika Birləşmiş Ştatlarında rəsmi səfərdədir. Səfər çərçivəsində Əli Həsənov 2012-ci il 22 avqust tarixində Meksika Senatının rəhbərliyi və senatorlarla, o cümlədən Senatın Vitse-Prezidenti (Sədrinin müavini) Fransisko Arroyo Vieyra, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı” ilə əlaqədar Meksika Senatında 2011-ci ildə qəbul edilmiş qərarın müəllifi, Senator Karlos Ximenes Masias, Senatda çoxluq təşkil edən İnstitusional İnqilab Partiyasının qrup rəhbəri Senator Karlos Navarrete Ruiz ilə geniş tərkibdə görüş keçirmişdir. Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənovu səmimi salamlayan Senatın Vitse-Prezidenti Arroyo Vieyra bu yaxınlarda Azərbaycanda səfərdə olduğunu xatırladaraq, ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası əlaqələrin inkişafından məmnun olduğunu qeyd etmişdir. Senator Arroyo Vieyra, həmçinin Azərbaycanda olduğu müddətdə ölkəmizdə demokratik dəyərlərin yüksək qiymətləndirildiyinin, Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyinin şahidi olduğunu söyləmişdir. O, Bakıda səfərdə olduğu müddətdə Meksika nümayəndə heyətinə göstərilmiş qonaqpərvərliyi görə minnətdarlığını bildirmişdir. Meksika Senatoru, həmçinin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi məsələsinə toxunaraq, Azərbaycan xalqının olduqca tolerant olduğunu, regionda və Avropanın enerji təhlükəsizliyi məsələsində xüsusi rol oynayan Azərbaycanın iqtisadi və hərbi potensialına baxmayaraq, ölkəmizin indiyədək bu münaqişənin diplomatik vasitələrlə və danışıqlar yolu ilə həll edilməsinə üstünlük verdiyini qeyd etmişdir. Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını Meksika Konqresinə və xalqına çatdırmaqdan şərəf duyduğunu bildirmişdir. Baş nazirin müavini ölkələrimiz arasında inkişaf edən ikitərəfli və parlamentlərarası əlaqələrin inkişaf etdiyini məmnunluqla qeyd edərək, bu sahədə bir çox sənədlərin imzalandığınıvurğulamışdır. Sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi, onun yaranma səbəbləri barədə ətraflı məlumat verən Əli Həsənov Ermənistan silahlı qüvvələri tərəfindən ərazimizin 20 faizinin işğal olunduğunu, bir milyon nəfərin qaçqın və məcburi köçkünə çevrildiyini, Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində 20 il ərzində bu problemin həll edilmədiyini bildirmişdir. O, Azərbaycan xalqının sülhsevər olduğunu, heç vaxt müharibə etmədiyini, lakin təcavüzə məruz qaldığını, qaçqın və məcburi köçkün probleminin ölkənin bir nömrəli problemi olduğunu qeyd etmişdir. Əli Həsənov nümayəndə heyətinin hazırki səfərinin məqsədinin Mexiko şəhərində yaradılmış Meksika-Azərbaycan Dostluq Parkının, həmin parkda ucaldılmış xalqımızın Ümummilli lideri, dahi şəxsiyyət, dünyanın nadir siyasətçisi, keçmiş SSRİ-nin siyasi rəhbərlərindən biri olan Heydər Əliyevin abidəsinin və Xocalı soyqırımına həsr edilmiş abidənin qoyulduğu Meydanın açılışı ilə əlaqədar olduğunu qeyd edərək, 2011-ci ildə Senatda Xocalı soyqırımı ilə bağlı qəbul edilmiş ədalətli qərara görə Senata səmimi təşəkkürünü bildirmişdir. O, belə bir Parkın Azərbaycanda da yaradılmasının vacibliyini qeyd edərək, Mexiko şəhərində yaradılmış Meksika-Azərbaycan Dostluq Parkının və Xocalı soyqırımına həsr edilmiş abidənin qoyulduğu Meydanın Meksika şəhərinin sakinlərinin əsil istirahət mərkəzinə çevriləcəyinə əmin olduğunu vurğulamışdır. Əli Həsənov çıxışının sonunda Senatın rəhbərliyini, üzvlərini, kütləvi informisiya vasitələrinin nümayəndələrini Azərbaycana səfərə dəvət etmişdir. Görüşdə iştirak edən Senator Karlos Navarrete Ruiz çıxışında Azərbaycana səfərini xatırlayaraq, ölkəmizdə davam edən inkişaf prosesləri və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumatlar əldə etdiyini söyləmişdir. O, Azərbaycan ərazilərinin indiyədək işğal altında qalmasını təəssüflə qeyd edərək, münaqişənin gec-tez ədalətli həll ediləcəyini və Azərbaycanın hazırda işğal edilmiş torpaqlarının azad olunmasından sonra həmin ərazilərə səfər etməyi arzuladığını və buna inandığını bildirmişdir. “Ermənsitan-Azərbaycan Dağlıq Qarabağ münnaqişəsi və Xocalı soyqırımı” ilə əlaqədar Meksika Senatında 2011-ci ildə qəbul edilmiş qərarın müəllifi, Senator Karlos Ximenes Masias çıxış edərək, həmçinin iki ölkənin parlamentləri arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini qeyd etmişdir. O, bu yaxınlarda başçılıq etdiyui nümayəndə heyəti ilə birgə Azərbaycana səfərini xatırlayaraq, onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirmişdir. Sonda Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənov Meksika Senatının xatirə kitabına öz ürək sözlərini yazmışdır. Geniş tərkibli görüşdən sonra Azərbaycan nümayəndə heyəti Senatın Prezidenti Xose Qonsales Morfin, habelə Konqresin hər iki palatası – senatorlar və deputatların iştirakı ilə ümumi sessiyalar salonunda təntənəli şəkildə qarşılanmışdır. Senatın Prezidenti X.Q.Morfin Əli Həsənovu konqresmenlərə təqdim etmiş, 2011-ci ildə Senatda Xocalı faciəsi müzakirə edilərək qıtnamə qəbul edildiyini, dünya ictimaiyyəti belə problemlərin həllində ədalətli olmağa çağırıldığını qeyd etmiş, işğaldan azad olunacaq Qarabağa səfər edəcəyini bildirmiş, Mexiko şəhərində Meksika-Azərbaycan Dostluq Parkı və “Tlakskoake-Xocalı” Meydanının açılması ilə əlaqədar öz təbriklərini yetirmişdir.
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Biz öz tariximizə qayıdırıq!
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Can Laçın!
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb