"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1618
Məcburi köçkünlər üçün iftar süfrəsi təşkil edilmişdir.
Mətbuat xidmətinin məlumatı 16 Avqust, 2012
Avqustun 15-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə birlikdə Dövlət İqtisad Universitetinin 4 nömrəli yataqxanasında baş verən yanğından zərər çəkmiş məcburi köçkün ailələri üçün iftar süfrəsi təşkil etmişdir. Mərasimdə əvvəlcə müqəddəs Qurani-Kərimdən ayələr oxunmuşdur. Daha sonra iftar süfrəsi ətrafında on bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışılmış, bu ayda görülməsi vacib olan xeyirxah əməllərdən, savab işlərdən söz açılmış, şəhidlərimizin ruhuna dualar oxunmuşdur. Növbəti Ramazan bayramının Qarabağ torpaqlarında keçirilməsi arzulanmışdır. Vurğulanmışdır ki, bütün müsəlman aləminin səbirsizliklə gözlədiyi müqəddəs Ramazan ayında edilən ən böyük ibadətlərdən biri də oruc tutmaqdır. Oruc tutmaq fəzilətli bir əməl olduğu kimi, oruclu bir kimsəyə iftar vermək də onun qədər fəzilətlidir. Tədbirdə çadırlarda müvəqqəti yerləşdirilmiş məcburi köçkünlərə dövlət tərəfindən daim diqqət və qayğı göstərildiyi, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılmışdır. Sonda iftar süfrəsində iştirak edənlər təşkilatçılara minnətdarlıqlarını bildirmişlər.
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdərə və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Doğma yurdda xoşbəxt uşaqlıq
10 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
09 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Gözün aydın, ay Laçın…
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Kəlbəcər şəhərinə yola salınan köç ünvana çatıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Zabux: kənd də şəhər kimidir...
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xanabad kəndinə çatıb