"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1579
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilmişdir.
Mətbuat xidmətinin məlumatı 30 İyul, 2012
2012-ci il 26 iyul tarixdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin geniş tərkibdə kollegiya iclası keçirilmişdir. Baş nazirin müavini- Dövlətqaçqınkomun sədri Əli Həsənovun sədrliyi ilə keçirilən kollegiya iclasında gündəliyə daxil edilmiş məsələlərin müzakirəsi zamanı bir daha xüsusi vurğulanmışdır ki, dövlət başçısının ölkədəki qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə müntəzəm qayğı və diqqət göstərməsi özlüyündə bir daha sübut edir ki, bu sahədə atılan hər bir addım , imzalanan fərman və sərəncam onların müxtəlif problemlərinin, xüsusən sosial-məişət problemlərinin həlli istiqamətində kollektiv qarşısında da ciddi vəzifələr qoymaqla yanaşı, hərtərəfli tədbirlər həyata keçirilməsinə də şərait yaratmışdır. Məhz bunun nəticəsidir ki, hesabat dövrü ərzində məcburi köçkünlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, yemək xərci müavinətlərinin, ailələrin yanacağa olan tələbatının, kommunal xidmətlərə görə xidmət təşkilatlarına müvafiq qaydalara uyğn vəsaitin ödənilməsi və digər mühüm məsələlərin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. İclasda qeyd olunmuşdur ki, cari ildə işlərin həcminə görə qarşıda daha ciddi vəzifələr durur. Belə ki, cənab Prezidentin müvafiq sərəncamına uyğun olaraq müxtəlif ərazilərdə yeni salınan və salınmaqda olan qəsəbələr, hündürmərtəbəli yaşayış binaları kompleksləri, Dövlət Proqramında və ona edilən Əlavələrdə nəzərdə tutulan və artıq uğurla həyata keçirilən digər tədbirlər də məhz deyilənlərin təsdiqidir. Bununla yanaşı, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ölkə Prezidenti cənab İlham Əliyevin daim ən çox diqqət yetirdiyi və qayğı göstərdiyi sahə olduğundan bu qayğı və diqqət cari ildə davam etdirilməkdədir. Belə ki, məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün daha genişmiqyaslı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur ki, hazırda bu sahədə də işlər uğurla davam etdirilməkdədir. Artıq cari il bu sahəyə ayrılmış vəsait hesabına bütün sosial-texniki infrastrukturları ilə birlikdə Müşviqabadda 1440 məcburi köçkün ailəsi üçün 20 ədəd, Masazırda 760 məcburi köçkün ailəsi üçün 13 ədəd beşmərtəbəli, Mingəçevirdə 502 məcburi köçkün ailəsi üçün 10 ədəd doqquzmərtəbəli, Qəbələ rayonunun Zarağan bələdiyyəsi ərazisində bu rayonun beynəlxalq turizm mərkəzinə çevrilməsi ilə bağlı aparılan quruculuq işləri ilə əlaqədar köçürülmə zərurəti yaranmış obyektlərdə məskunlaşmış 155 məcburi köçkün ailəsi üçün 2 ədəd beşmərtəbəli yaşayış binalarından ibarət məhəllələrin, Bərdə rayonu ərazisində 195 məcburi köçkün ailəsi üçün, Şəkidə 423 məcburi köçkün ailəsi üçün, İmişli rayonu ərazisindəki istismar müddəti başa çatmış fin tipli qəsəbələrdə məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitlərini yaxşılaşdırmaq məqsədilə nəzərdə tutulmuş 550 evdən, ilkin mərhələdə 325 evdən ibarət salınan yeni qəsəbələrin inşası sürətlə və keyfiyyətlə davam etdirilir ki, bunların da yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Ümumilikdə götürdükdə, kollegiya iclasında da qeyd olunduğu kimi, yeni qəsəbələrin salınması, orada məskunlaşdırılması nəzərdə tutulan soydaşlarımızın yeni yaşayış sahələrinə köçürülməsi, paytaxtdakı yataqxanalarda, bağçalarda və digər obyektlərdə məskunlaşmış məcburi köçkünlər üçün hündürmərtəbəli yaşayış binaları kompleksinin və qəsəbələrin tikintisi və ilk növbədə şəraiti daha ağır olan obyektlərin boşaldılması və digər məsələlər Dövlət Proqramına və ona edilmiş Əlavələrin müvafiq maddələrinə uyğun və mərhələli şəkildə həyata keçirilir. Kollegiya iclasına yekun vuran Baş nazirin müavini- Dövlətqaçqınkomun sədri Əli Həsənov müzakirə olunan məsələlər və qarşıda duran vəzifələrlə bağlı konkret tapşırıqlar verməklə əsas diqqəti bir daha Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağındakı dərin məzmunlu nitqinə yönəldərək cənab Prezidentin tövsiyyələrini Dövlətqaçqınkomun kollektivinin fəaliyyət proqramı kimi dəyərləndirmiş və qarşıya qoyulmuş tələblərin keyfiyyətlə və vaxtında yerinə yetirilməsini kollektivin hər bir üzvünün əsas vəzifəsi olduğunu vurğulamışdır.
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkün qadınların peşə bilikləri təkmilləşdirilib
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Zabuxun yeni görkəmi
11 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
11 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ağdərəyə köçürüldü
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
07 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
07 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
05 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
05 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
02 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
02 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
14 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
14 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ballıcaya köçürüldü
06 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb