XƏBƏRLƏR
Çap et
1538
Estoniya Respublikası parlamentinin sədri məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olmuşdur
Mətbuat xidmətinin məlumatı
01 İyul, 2012
Azərbaycanda rəsmi səfərdə olan Estoniya Respublikası parlamentinin sədri xanım Ene Erqmanın rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 30-da paytaxtda məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.
Nümayəndə heyəti əvvəlcə Dərnəgül tələbə şəhərciyindəki Bakı İdarəetmə və Texnologiya Kollecinin 2 nömrəli yataqxanasında olmuşdur.
Qonaqlara məlumat verilmişdir ki, ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkünlərin ailələri üçün yeni qəsəbələr salınmış, 100 mindən çox soydaşımız yeni evlərə köçürülmüş, təhsil, səhiyyə, rabitə və mədəniyyət ocaqları tikilmiş, müvafiq infrastruktur yaradılmışdır. Hazırda qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir, yeni binalar tikilir, məhəllələr salınır.
Yataqxanadakı şəraitlə maraqlanan qonaqlar Füzuli rayonundan olan məcburi köçkün Abbas Əliyevin ailəsinin yaşadığı otağa baxmışlar.
Qonaqlar Binəqədi rayon 2 nömrəli evtikmə kombinatının ərazisində qaçqın və məcburi köçkünlər üçün salınmış yeni yaşayış kompleksində də olmuşlar.
Burada məcburi köçkün həyatı yaşayan Zəngilan şəhər 4 nömrəli orta məktəbi üçün inşa edilmiş bina ilə tanış olan Ene Erqmana ermənilərin qədim Azərbaycan torpaqlarına təcavüzü haqqında dolğun məlumat verilmişdir. Ene Erqma jurnalistlərə müsahibəsində qaçqın və məcburi köçkünlərin tezliklə doğma torpaqlarına qayıdacaqlarına inandığını vurğulamış, Estoniya ictimaiyyətinə onların vəziyyəti haqqında məlumat verəcəyini demişdir.
Estoniyanın Cənubi Qafqazda gedən prosesləri diqqətlə izlədiyini vurğulayan E.Erqma bildirmişdir ki, rəsmi Tallinn Azərbaycanı özünün yaxın müttəfiqi hesab edir. Bizim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimiz də dəyişməmişdir. Biz bu münaqişənin tezliklə və ədalətli həllinə tərəfdarıq.
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdərə və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Doğma yurdda xoşbəxt uşaqlıq
10 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Mətbuat xidmətinin məlumatı
09 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Gözün aydın, ay Laçın…
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd şəhərinə çatıb
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Kəlbəcər şəhərinə yola salınan köç ünvana çatıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Zabux: kənd də şəhər kimidir...
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd şəhərinə çatıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd şəhərinə çatıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xanabad kəndinə çatıb









